02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

23

ki! Hamısı qaraürəkli adamlardır! Özləri iyrəncdirlər, ona görə də elə bilirlər ki, hamı elədir.

Barmağının oynağı onu bir az incidirdi. Ancaq Bişopu vurduğuna peşman deyildi. Fikirləşirdi ki, bu

ürəkbulandıran söhbəti uydurub ortaya salanı bircə tanısaydı, onda o adamın boynunu sındırardı.

Indi isə Manro bu qədər çox müzakirə etdikləri ekspedisiyanın gününü artıq təyin etdi və

özünəməxsus ehtiyatlı bir tövrlə hazırlıqlara başladı ki, son anda unudulan bir şey olmasın. Planda

mümkün qədər çox çayyuxarı getmək, sonra yolu cəngəllikdən salmaq və daha sonra az tanınan Maunt

Hitamda 29 nümunə axtarışlarına çıxmaq nəzərdə tutulmuşdu. Onlar iki ay burada olmayacaqlarını

ümid edirdilər. Yola düşəcəkləri gün yaxınlaşdıqca Manronun kefi kökəlir, az danışmağına, özünü

sakit və mümkün qədər təmkinli aparmağına rəğmən gözlərindəki işıqdan, şən yerişindən bunu necə də

səbirsizliklə gözlədiyini duymaq çətin deyildi.

Amma bir səhər muzeydə yaman həyəcanlı görünürdü.

- Sənə yaxşı bir xəbərim var, - deyə apardıqları eksperimentə nəzər saldıqdan sonra Manro

qəflətən Neylə tərəf dönüb dedi, - Darya da bizimlə gəlir!

- Doğrudan! Bu ki əladır!

Neyl çox sevindi. Bax, bu, lap yerinə düşdü.

- Birinci dəfədir ki, onu özümlə getməyə razı sala bilmişəm. Həmişə deyib-dururdum ki, bu,

onun xoşuna gələcək, ancaq heç vaxt mənə qulaq asmazdı. Qadınlar qəribə məxluqdurlar,

vallah. Elə indi də mənimlə getməsini ondan istəməyi heç ağlıma da gətirməzdim. Birdən

keçən gecə heç gözləmədiyim halda özü mənimlə getmək istədiyini dedi.

- Buna çox sevindim, - Neyl dedi.

- Onu təkbaşına uzun müddətə qoyub getmək fikri həmişə məni narahat edib. Indi istədiyimiz

qədər orada qala bilərik.

Bir səhər tezdən içində Malayyalılar da olan dörd minikdə yola düşdülər. Əlavə olaraq özləri ilə

xidmətçilər və dörd nəfər Dyaklı 30 ovcular da götürdülər. Onlardan üçü çardağın altında, taxtın

üstündə yanbayan uzandılar. Digər qayıqlarda isə çinli xidmətçilər və digər Dyaklılar qaldılar. Onlar

düyü dolu çantalar, özləri üçün azuqə ehtiyatı, pal-paltar, kitab və iş üçün laızm olan başqa şeylər

aparırdılar. Sivilizasiyalı şəhər həyatını geridə qoyub buralara gəlmək qəlbi riqqətə gətirir və

valehedici bir təsir bağışlayırdı. Elə buna görə də onlar hamısı həyəcanlı idilər. Söhbətləşir, siqaret

çəkir, mütaliə edirdilər. Çay olduqca sakit idi. Sonra otlu sahildə nahar da etdilər.

Qaş qaralırdı. Gecəni keçirmək üçün sahilə yan almaq lazım idi. Uzun bir evin yanında yatdılar və

oranın Dyaklı sahibləri qonaqların gəlişini gözəl çıxışla, valehedici rəqslə qeyd etdilər. Səhərisi gün

get-gedə daralan çay onlarda belə bir hiss yaradırdı ki, suyun kənarında sahili basmış naməlum, qeyriadi

yaşıllığa doğru getmək qorxulu deyil. Bu, Neylin ürəyini dağa döndərirdi. Bu, nə isə möcüzəli və

29 Dağ adı

30 Yer adı

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!