02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

22

- Xanım Manro mənim böyük dostumdur. Mənə qarşı hər zaman mehriban olub. Onun əleyhinə

bir kəlmə belə eşitməyi arzulamıram.

- Onda qorxuram ki, əgər buralarda bir az da çox qalsan, işini atıb getməli olacaqsan.

Neyl bir anlığa susdu. Ucaboy və qədd-qamətli bir gənc olan Neyl rezidentin qarşısında

dayanmışdı, ciddi üzü səmimi görünürdü. Birdən başını kobudcasına arxaya atdı. O qədər həyəcanlı idi

ki, hətta həmişəkindən daha güclü Şotlandiya ləhcəsində danışırdı.

- Mən Manrolarla dörd aydır ki, bir dam altında yaşayıram. Şərəfimə and içə bilərəm ki, o

heyvanın dediklərində zərrə qədər də olsun həqiqət deyilən şey yoxdur. Xanım Manro mənə

qarşı qeyri-münasib saydığınız ədəbsizliyi etməyib. Heç vaxt! Nə sözlə, nə də bir hərəkətlə

mənə beynində qeyri-əxlaqi fikir olduğu barədə kiçicik bir işarə belə verməyib. Həmişə mənə

bir ana, ya da böyük bir bacı kimi yanaşıb.

Rezident ona istehzalı nəzər saldı.

- Bunu eşitdiyimə çox şadam. Uzun müddət ərzində onun haqqında qulağıma çatan ən yaxşı

sözdür.

- Siz mənə inanırsınız, cənab, deyilmi

- Əlbəttə. Yəqin ki, sən onu düz yola qaytarmısan!!

Rezident xidmətçini səslədi.

- Ey, oradan mənə cin-nahit gətir! – Sonra yenidən Neylə tərəf döndü. – Bəsdir daha. Getmək

istəyirsənsə, gedə bilərsən. Ancaq yadında saxla: dava-dalaş olmasın. Yoxsa qovulacaqsan!

Manronun bunqalosuna gələndə yağış artıq kəsmişdi, göyün üzü ulduzlardan par-par yanırdı.

Bağda işıldaquşlar o yan-bu yana uçuşurdular. Torpaqdan xoş iyli qoxu qalxırdı. Hiss eləyirdin ki,

sanki ayaq saxlayıb dayansan sıx, qalın bitki örtüyünün boy artımını belə duya bilərsən. Ətrafa

çiçəklərin zərif və xoş rayihəsi yayılırdı. Manro verandada oturub bəzi qeydlərini makinada çap eləyir,

Darya isə uzun kürsüdə yayxanaraq mütaliə ilə məşğul idi. Onun oturduğu kürsünün arxasındakı lampa

onun saçını elə işıqlandırırdı ki, şəfəq kimi parıldayırdı. O, başını qaldırıb Neylə baxdı, oxuduğu kitabı

yerə qoydu və gülümsədi. Çox səmimi təbəssüm idi.

- Haralardaydın Neyl

- Kluba getmişdim.

- Adam var idi oralarda

Rahat və ailəvi bir mənzərə yaranmışdı. Daryanın davranışı elə sakit və qətiyyətli idi ki, buna

rəğbət hissi ilə yanaşmamaq qeyri-mümkündü. Hər ikisi, hərəsinin başı öz işinə qarışmış halda elə

mehriban, bir-birinə yaxınlıqları elə təbii görünürdü ki, heç kəs onların xoşbəxt olmadıqlarını təsəvvür

belə edə bilməzdi. Neyl nə Bişopun dediklərinə, nə də rezidentin eyhamına inanırdı. Bu, nə isə

ağlasığmaz bir şey idi. Bütün bunlar bir yana, axı, onlaırn Neyl barədəki şübhələri də əsassız idi. Belə

olan halda onlaırn düşündükləri digər şeylərin doğru olduğunu güman etməyə əldə hansı əsas vardı

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!