02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

19

Əlbəttə, pul xərcləmədən qalmaq daha sərfəli idi. O, maaşının böyük bir hissəsini yığırdı. Qənaitcil

idi, lüzum olmadıqca pul xərcləməzdi, ancaq həm də qürurlu idi, başqalarının hesabına yaşamağa

davam edə bilməzdi. Darya sakit, diqqətli nəzərlərlə ona baxdı.

- Anqasla mən sənə yaman öyrəşmişik. Mənə elə gəlir ki, sənsiz darıxarıq. Əgər bu, sənin üçün

qürur məsələsidirsə, onda burada yaşadığın üçün kirayə haqqı ödəyə bilərsən. Onsuz da burada

qalmağın bizə baha başa gəlmir. Ancaq əgər səni rahat edəcəksə, mən hansı xörəyi daha çox

bəyəndiyini öyrənərəm, sən də yalnız onun pulunu ödəyərsən.

- Evdə kənar adamın olması yəqin ki, narahatçılığa səbəb olur, - Neyl tərəddüdlə cavab verdi.

- Orada sənin günün yaxşı keçməyəcək. Allah göstərməsin, yedikləri zir-zibildir.

Əlbəttə, Manroların evində yeməyə söz ola bilməzdi. Bir-iki dəfə bayırda yemək yemişdi. Hətta

rezidentin iqamətgahında da yaxşı yemək yox idi. Darya öz xörəklərini bəyənir və aşbazı da tələblərə

cavab verən səviyyədə saxlayırdı. Aşbazın hazırladıqlarını təam etmək ayrıca bir ləzzət idi. Daryanın

borşunu dadmaq üçün beş mil yol getməyə dəyərdi. Ancaq hələ Manro öz sözünü deməmişdi.

- Burada bizimlə qalsan şad olaram, - nəhayət o dilləndi, - çətin vəziyyətdə sənin burada olmağın

daha münasibdir. Ortaya bir şey çıxanda, sən yanımda olsan, onu əlüstü müzakirə edə bilərik.

Əlbəttə, Uorinq də, Conson da çox yaxşı oğlanlardı, ancaq bir az keçmiş özün görəcəksin ki,

çox dardüşüncəli uşaqlardır.

- Əgər belə məsləhətdirsə, onda qalmağıma məmnun olaram. Allah da şahiddir ki, daha bundan

yaxşısını istəyə bilmərəm. Sadəcə olaraq, sizə maneçilik törətməkdən qorxurdum.

Səhərisi gün şıdırğı yağış yağdığından futbol və ya tennis oynamaq mümkün deyildi. Ancaq saat 6-

ya yaxın Neyl makintoşunu geyinib kluba getdi. Kresloda oturub qəzet oxuyan rezidentdən başqa

orada heç kəs yox idi. Rezidentin adı Trevelyan idi və demişdi ki, Bayronun dostlarından birinə

qohumluğu çatır. O, ucaboy və kökdü, qısa vurulmuş ağ saçları olan və komik aktyorlarınkı kimi yekə,

qırmızı sifətli bir adam idi. Özfəaliyyət tamaşalarını xoşlayır, həyasız hersoqları 27 və zarafatcıl

eşikağalarını oynamaqda püxtələşmiş tamaşaları bəyənirdi. Evlənməmişdi. Qızlarla gün keçirməyi

deyəsən yamanca xoşlayırdı. Nahardan əvvəl mütləq cin-nahit içirdi. Bu mövqeyə Sultanla olan

dostluğu sayəsində gəlib çatmışdı. Hər şeyin öz yolunda getməsini, heç kəsin problem yaratmamasını

arzulayan laqeyd, arxayın, söhbət etməyi sevən, işə can yandırmayan biri idi. O qədər işinin mahir

bilicisi hesab olunmasa belə oralarda müəyyən nüfuz sahibi idi. Çünki olduqca şən və qonaqpərvərdi.

Bacarıqlı və çalışqan olsaydı da bundan daha rahat həyat qura bilməzdi. O, başını Neylə tərəf döndərib

soruşdu:

- Hə, cavan oğlan, həşəratların necədir

- Havaya qarşı yaman həssasdırlar, cənab, - deyə Neyl ciddiyyətlə cavab verdi.

- Hi-hi-hi...

27 Ali dvoryan titullarından biri

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!