02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

15

Lakin Neylin oxuduğu roman, povestlər Daryanın ona daha az qəribə görünməsinə səbəb oldu.

Kitablar Daryaya bu imkanı verirdilər. Və Neyl bu qadında rus bədii ədəbiyyatındakı əksər surətlər

üçün adi xarakterik xüsusiyyətləri görüb tanıdı, hərçənd onun Şotlandiyada görüb tanıdığı qadınlar,

anası, Qlazqodakı əmisinin qızları üçün bütün bunlar qeyri-adi xüsusiyyətlər idilər.

Artıq o, Daryanın bolluca çay içərək gecəyarısına qədər oturmasına, kitab oxumaq və siqaret

çəkməklə demək olar ki, bütün günü divanda uzanmasına qətiyyən təəccüblənmirdi. Günlərlə dalbadal

əlini ağdan-qaraya heç nəyə vurmadan otururdu. Bu qadında yorğunluqla çılğınlığın çox qəribə

qarışığı hökm sürürdü. Çox zaman çiyinlərini çəkərək Şərq əhlindən olduğunu və Avropaya təsadüfən

düşdüyünü söyləyirdi. Onda nə isə pişik hiyləgərliyinə bənzəyən bir məlahət var idi ki, bu da doğrudan

da onun Şərq əhlindən olduğunu xəbər verirdi. Həddindən artıq səliqəsizdi və deyəsən qonaq otağı

boyunca ora-bura dağılmış siqaret kötükləri , köhnə kağız-kuğuzlar, boş konserv qutuları onu heç də

narahat etmirdi. Lakin Neyl onda Anna Kareninaya məxsus hansısa bir xüsusiyyətin olduğunu

düşünürdü və o ürəksızladan məxluqa – Anna Kareninaya duyduğu acıma hissimi Daryaya qarşı

duyurdu. Neyl onun dikbaşlığını anlamağa çalışırdı. Əlbəttə, bu, təbii idi ki, Darya Neylin yavaş-yavaş

tanış olduğu cəmiyyətə mənsub olan qadınlara nifrət edirdi; çünki onlar adi idilər. Daryanın ağlı

onlarınkından daha iti idi, daha geniş dünyagörünüşü vardı və bunlardan əlavə ona nə isə o cəmiyyətə

mənsub qadınları onun yanında qeyri-adi bir şəkildə sönükləşdirən titrək bir həssaslıq xas idi. Darya

onların etimadını, ya da sevgisini qazanmağa heç səy belə göstərmirid. Evdə saronq 20 və ya bajuya 21

bürünərək gəzməsinə baxmayaraq, Anqasla bayırda nahar etməyə gedəndə Darya çox gözəl geyinirdi.

Lakin bu, bir az yersiz idi; iri döşlərini və böyük yançaqlarını nümayiş etdirməkdən zövq alırdı.

Səhnəyə çıxan aktrisa kimi yanaqlarını boyayır, gözlərinə qara çəkirdi. Daryanın zahiri görünüşünə

camaatın gülüş və həqarət dolu baxışlarla baxmasını görmək Neyli əsəbləşdirsə də ürəyində Daryanın

özünü bu vəziyyətə salmasına təəssüf edirdi. Olduqca bəzək-düzəkli idi. Kim olduğunu bilməsəydin,

elə düşünərdin ki, əxlaqsız birisidir. Hətta elə şeylər vardı ki, Neyl heç cür özünü bunlara alışdıra

bilmirdi. Çox böyük iştahı vardı və oğlanı təəccüləndirirdi ki, o, Neyllə Anqasın birlikdə yediyindən

də çox yemək yeyir.

Daryanın seks məsələlərini birbaşa, kəskin şəkildə müzakirə etməsinə də alışmaq asan deyildi. O,

Neylin öz vətənində də, Edinburqda da olanda çoxlu qadınlarla eşq macərası yaşadığını ehtimal

etmişdi. Onu həmin macəralar barədə təfsilatı ilə danışmağa məcbur edirdi. Şotlandlara məxsus bicliyi

ona qadının bu cür zərbələrini dəf etməyə bir növ kömək edirdi və onun suallarından özünəməxsus bir

ehtiyatla qaçırdı. Darya da onun belə qapalı olmağına gülürdü.

Bəzən Darya onu lap çaşdırırdı. Artıq o, bu qadının necə səmimiyyətlə ona məftun olduğunu

söyləməsinə alışmışdı və Darya ona allahlar qədər yaraşıqlı olduğunu deyəndə heç tükü də tərpənmədi.

20 Malayya və İndoneziya kişi və qadınlarının geyindiyi uzun pambıq və ya ipək parçadan olan və beldən bağlanan köynək

tipli geyim növü

21 Geyim növü

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!