02.01.2015 Views

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

Uilyam Somerset Moyem - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

14

şeylərini satmaqla miskin bir şəkildə yaşayıblar. Sonra Darya orada sürgündə olan bir adama ərə gedib.

Ancaq onunla xoşbəxt olmadığından iki il sonra boşanıb. Anası ölüb və bir qəpiksiz qalan qız çörək

pulunu bacardığı kimi qazanmağa məcbur olub. Bir Amerika yardımçı təşkilatı ona iş təklif eləyib.

Missioner məktəbində dərs deyib, xəstəxanada işləyib. Müdafiəsziliyindən və yoxsulluğundan istıfadə

edərək ondan yararlanmağa çalışan kişilər haqda danışanda isə Neyl özündən çıxdı, eyni zamanda da

çaşıb qaldı.

- Vəhşilər! – o bağırdı.

- Əşi, elə bütün kişilər belədir, - Darya çiyinlərini çəkərək cavab verdi. Sonra isə hətta bir dəfə

revolverin gücünə ləyaqətini necə qorumağını da danışdı. – And içdim ki, əgər o, bir addım da

irəli ayaq atsa, onu öldürəcəm. Həqiqətən də əgər o, buna cəsarət etsəydi onu it kimi

gəbərdəcəkdim.

- Lənət olsun! – Neyl nifrət yağdırdı.

Elə Anqasla da Darya Yokohamada tanış olub. Anqas Yaponiyada məzuniyyət günlərini keçirirdi.

Qadını onun səmimiyyəti, ləyaqəti, ədəb-ərkanı, nəzakəti, diqqətcil olmağı məftun eləyib. O, ticarətçi

deyildi. Alim idi, elm də ki, incəsənətin süd qardaşı hesab olunur. O, Daryaya sakit həyat, təhlükəsizlik

təklif edib. Darya Yaponiyadan bezmişdi. Borneo sirrlə dolu bir yer idi. Artıq beş il idi ki, evlidirlər.

Sonra Neylə mütaliə üçün rus yazıçılarının əsərlərini verdi. Bunlar “Atalar və oğullar”, “Anna

Karenina” və “Karamazov qardaşları” əsərləri idilər.

- Bu üç əsər bizim rus ədəbiyyatının zirvəsi hesab olunurlar. Onları oxu. Dünyada olan

möhtəşəm romnlardır.

Digər yurddaşları kimi elə danışırdı ki, sanki dünyada başqa ədəbiyyat bu qədər əhəmiyyət kəsb

eləmir və guya bir neçə roman, hekayə, əhəmiyyətsiz şeir və beş-altı yaxşı pyes dünyanın az miqdarda

yaratdığı nə isə başqa bir şeydir. Neyl məftun olmuşdu.

- Sən özün daha çox Alyoşaya 18 oxşayırsan, Neyl! – o, xoş, səmimi gözlərlə ona baxdı. –

Şübhəli və tədbirli, Şotland mətanəti olan, içindəki ruhun – mənəvi gözəlliyin üzə çıxmasına

fürsət verməyən Alyoşasan.

- Mən qətiyyən Alyoşaya bənzəmirəm, - deyə Neyl utancaqlıqla cavab verdi.

- Sən özünün necə olduğunu bilmirsən. Özün haqda heç nə bilmirsən. Niyə təbiətşünas olmusan

Pula görə Əgər Qlazqodakı əminin yanında işə düzəlsəydin bundan daha çox pul qazaan

bilərdin. Hiss edirəm ki, səndə nə isə qəribə və fövqəladə bir şey var. Zossima ata Dmitrinin 19

qarşısında diz çökdüyü kimi sənin qarşında diz çökə bilərdim.

- Xahiş edirım, lazım deyil, belə deməyin, - deyə Neyl utancaqlıqıa cavab verdi.

18 F.M.Dostoyevskinin “Karamazov qardaşları” əsərinin qəhrəmanı

19 F.M.Dostoyevskinin “Karamazov qardaşları” əsərindən obrazlar

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!