01.01.2015 Views

Hacı Qara - AZERI.org

Hacı Qara - AZERI.org

Hacı Qara - AZERI.org

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sona xanı: Allah kərimdir, ac ki, qalmayacayıq

Heydər bəy: Necə ac qalmanıq Deyirsən, oğurluğa getmə, quldurluğa getmə, qaçaq mala

getmə, çörək bacadan ki, düşməz!

Sona xanım: Sabah açılır. Hələ dur gedək! Məni apar evinə qoy, iki həftədən sonra istəyirsən

get qaçaq mala!

Heydər bəy: Çünki rüxsət verirsən, iki həftə atan evində otur, əgər sonra sənə toy edib

aparmasam, məndən əksik adam yoxdur!

Sona xanım: İstəmirəm! İstəmirəm! Mən indi gedəcəyəm! Dur gedək! (Qalxır ayağa.)

Heydər bəy: Belə başına dönüm, qadan alım, ayağından öpüm, yalvarıram, iki həftə səbr et!

İki həftədən sonra, vallah, toy ilə səni aparram. Səni toysuz aparmaq mənə ölümdən bədtər

görünür. Atan, anan yanında məni xəcil eləmə!

Sona xanım – İki həftə səbr eləmək cəhənnəm əzabından artıqdır. Dəxi dayana bilmənəm,

dur gedək!

Heydər bəy: Allahı sevirsən, sözümə qulaq as!

Sona xanım: (başlayır ağlamağa) Heydər, görükür ki, məndən soyumusan

Heydər bəy: Sona xanım, ürəyimi dağlama! Çünki tablaşa bilmirsən, atı min, gedək.

Sona xanım istəyir ayağın üzəngiyə qoya, bu halda dan yeri ağarıb Sona xanımın anası

Təyyibə xanım alaçıqdan çıxır, çağırır.

Təyyibə xanım: Sona, Sona, Sona huy!

Sona xanım: Vay dədəm vay, anam çağırır, dəxi gedə bilmənəm! (Tez qısılır yerə.)

Heydər bəy: A qız, bəs mən necə edim

Sona xanım: Dəxi burda durma, get! Anam indicə bu tərəfə gəlir!

Heydər bəy: Ha vaxt bəs gəlim

Sona xanım: Heç vaxt, get dəxi məni görməzsən!

Heydər bəy: Sona, sözünü dəyiş, yoxsa bu xəncəri çaxaram ürəyimin başına, özümü

öldürrəm!

Sona xanım: Yox, yox, allahı sevirsən! Get qaçaq mala, sonra gəl, toyunu elə! Get, get, anam

səni görməsin!

Heydər bəy: (onun boynun qucaqlayıb üzündən öpür) Bu saatda gedirəm, qadan alım, dərd

eləmə, bax, özün izn verdin!

Təyyibə xanım: Ay qız, Sona, hardasan (Heydər bəy tez atı minib tələsik uzaqlaşır.)

Sona xanım: Ay ana, burdayam, gəlirəm.

Təyyibə xanım: (yaxınlaşıb) A qız, çöldə nə qayrırsan bu qədər vaxt

Sona xanım: Ay ana, gündüz burda xalça salıb oturmuşdum. Gecə yadıma düşdü ki, xalça

burda qalıbdır. Yerdən qalxıb gəldim götürüm ki, tezdən sıqırçıya, buzovçuya rast gəlib

aparmasın. Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı, qaranlıqda

axtarıram, tapmıram. (Əyilib başmağın axtarır.)

Təyyibə xanım: Ayağını düz yerə basa bilmirsən Hansı tərəfdə düşdü

Sona xanım: Elə burda düşdü ey! (Əlin yerə sürtür.)

Təyyibə xanım: (yerə əyilib) Bəs hanı, əgər burda düşübdür

Sona xanım: Bax, budur, tapdım! (Başmağın tayın əlində göstərir.)

Təyyibə xanım: Di gey ayağına, gedək! (Sona xanım başmağı geyib anası ilə gedir.)

Pərdə salınır.

İKİNCİ MƏCLİS

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!