31.12.2014 Views

davamı... - Bakı Slavyan Universiteti

davamı... - Bakı Slavyan Universiteti

davamı... - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

TƏHSİL İSLAHATLARI VƏ

TƏHSİL SİYASƏTİ BÖLMƏSİ

Məqalə Bakı Slavyan Universitetinin

yaradılmasının 10-illik yubileyinə

Həsr olunur

HEYDƏR ƏLİYEV BAKI SLAVYAN

UNİVERSİTETİNİN YARADICISIDIR

Mahal Qaçar,

BSU-nun Azərbaycan tarixi və

ictimai elmlər kafedrasının dosenti,

tarix üzrə fəlsəfə doktoru

Azərbaycan xalqının

Ümummilli lideri, böyük dövlət

xadimi və görkəmli dünya siyasətçisi

Heydər Əliyev respublikamizın

sosial-iqtisadi, ictimai-siyasi və

mədəni həyatının inkişafı

istiqamətində iri miqyaslı planların və

proqramların hazırlanmasında və

həyata keçirilməsində misilsiz

xidmətlər göstərmişdir. Onun

uzaqgörən siyasəti nəticəsində

Azərbaycan Respublikası nəinki

siyasi eyni zamanda sosial-iqtisadi və

mədəni sahələrdə Avropa və dünya

qurumlarına inteqrasiya olunmuşdur.

H. Əliyev respublikamızım

çiçəklənməsi naminə, onun həyatının

bütün sahələrinin harmonik surətdə

inkişafı üçün çalışırdı və fəaliyyət

göstərirdi. Xalqin həyatının,

respublikanın inkişafının elə bir

sahəsi yox idi ki, ulu öndər onunla

maraqlamasın, onların haqqında

düşümnəsin. Gənclərin Vətənə, xalqa

sədaqətlə xidmət etməsi, hərtərəfli

səviyyədə bölünməsi və Azərbaycan

cəmiyyətində layiqli yer tutması ulu

öndərin diqqət mərkəzində olmuşdur.

H. Əliyev “Azərbaycan

Respublikasının təhsil sahəsində

İslahat Proqramı”nı və onun əsasında

təhsilin gələcək inkişaf konsepsiyasını

hazırlamağı ön plana çəkirdi. Təhsil

proqramı və təhsil konsepsiyası isə

respublikada təhsil sistemində

islahatların aparılması və təhsilin

Avropa standartlari səviyyəsinə

çatdırılmasını nəzərdə tuturdu. Bunlar

isə ali təhsil sistemində daha qabarıq

şəkildə oz əksini tapırdı və onun

inkişafına xüsusi qayğı və diqqət

yetirilirdi. Bu istiqamətdə atılan

addımlardan biri də Bakı Slavyan

Universitetinin yaradılması oldu.

2000-ci il iyun ayının 13-də

Prezident H. Əliyevin Fərmanı ilə

respublikamızda yeni istiqamətdə

fəaliyyət göstərən Bakı Slavyan

Universitetinin əsası qoyuldu.

Prezident M. F. Axundov adına

Azərbaycan Pedaqoji Rus Dili

genişləndirilməklə onun bazasında

Bakı Slavyan Universitetinin

yaradılması haqqında fərman verdi.

Respublika Prezidenti yeni yaradılan

universitet kollektivi qarşısında böyuk

vəzifələrin durduğunu vurğulayır və

professor-müəllim kollektivinin

onlarin öhdəsindən şərəflə gələcəyinə

əminliyini bildirdi. Bu institut isə

1973-cü ildə respublikanın o vaxt

rəhbəri olan H. Əliyev tərəfindən

yaradılmışdı. Bu ali təhsil ocağı bir

neçə onilliklər ərzində müstəqil

fəaliyyət göstərmiş və yüksək ixtisaslı

rus dili və ədəbiyyatı müəllimlərinin

hazırlanması ilə məşğul olmuşdur.

2001-ci ilin yanvar ayında H. Əliyev

Rusiya Prezidenti V. V. Putinə Bakı

Slavyan Universitetinin Fəxri doktoru

adı verilməsi ilə bağlı mərasimindəki

çıxışında universitetin professormüəllim

kollektivinin bu sahədə

əməyini yüksək qiymətləndirmiş və

onun haqqında çox dəyərli fikir

söyləmişdır. (4, s.320).

Prezident H. Əliyev

Azərbaycanin təhsil sisteminin

inkişafının, təkmilləşdirilməsinin və

genişləndirilməsinin zəruri olduğunu,

xalqımız üçün müstəsna əhəmiyyət

kəsb etdiyini dəfələrlə qeyd etmişdir.

Azərbaycan təhsilinin inkişafı ilə

bağlı qəbul edilmiş fərmanlar və

sərəncamlarda, öz çıxışlarında

Prezident H. Əliyev təhsilimizin

dövrün tələblərinə cavab verəcək

səviyyəyə qaldırılması üçün bütün

imkanlardan istifadə edilməsini

tövsiyə edirdi. Təhsil sistemində

islahatlarin aparılmasına böyük diqqet

yetiren Ulu öndər göstərirdi ki, təhsil

sistemində islahatların əsas məqsədi

ondan ibarətdir ki, Azərbaycanın

təhsil sistemi dünya təhsil sisteminin

standartlarına uyğunlaşdırılsın. Əgər

biz bu yolla gediriksə, qisa bir

zamanda Azərbaycan təhsil sistemini

dünya standartlarina çatdira bilərik.

Onun proqram xarakterli nitq və

çixişlarında müstəqil Azərbaycanın

təhsilinin inkişafı üçün bütöv bir

konsepsiya öz əksini tapmışdır.

Prezident H. Əliyev 1 sentyabr 2001-

ci il Bakıda məktəb kompleksinin

açılışındakı nitqində göstərirdi ki,

təhsil sistemi Azərbaycanin gələcəyini

təmin edən bir sistemdir. Hər bir

millətin, hər bir ölkənin gələcəyi

gənclərdir. Biz gənclərimizi nə qədər

yüksək təhsilli etsək, həqiqi yüksək

təhsilli etsək, onların müəyyən

ixtisaslara mükəmməl yiyələnməsinə

şərait yarada bilsək, mustəqil

Azərbaycanın inkişafı, elminin

inkişafı, təhsilinin inkişafı,

insanlarının rifah halı bir o qədər də

yaxşı olacaqdır. (4, s.415).

H.Əliyev gözəl bilirdi ki, qəbul

olunmuş qərarların, proqramların

müvəffəqiyyətlə həyata keçirilməsi

üçün onlara səlahiyyətli, səriştəli və

mötəbər kadrlar rəhbərlik etməlidirlər.

Böyük siyasətçi və dövlət xadimi

bunu çox gözəl bilirdi və kadrların

seçilməsi və yerləşdirilməsi

məsələlərində daim bu prinsiplərə

söykənirdi. Ulu öndər tərəfindən

təhsil sahəsində hazırlanmış

konsepsiya bu gün Prezident İlham

Əliyev tərəfindən müvəffəqiyyətlə

həyata keçirilir. “Azərbaycanin ali

təhsil müəssisələrinin Avropa ali

təhsil məkanına inteqrasiya ilə bağlı

bəzi tədbirlər haqqında” 2008-ci ilin

yanvarında Prezident İ. Əliyevin

Sərəncamında Azərbaycan təhsilinin

Avropa məkanina inteqrasiyasına

geniş yer verilir və əsas vəzifələr

müəyyənləşdirilir. Orada ali təhsilin

bütün sahələrinin hərtərəfli inkişafı,

Avropa və dünya təhsil sisteminə

qoşulması, bu işin, əlbəttə ki, düzgün

seçilmiş kadrların uzərinə düşdüyü

vurğulanır.

Heydər Əliyev 2000-ci il 30

iyun tarixli Sərəncamı ilə görkəmli

alim, yazıçı dramaturq, əməkdar elm

xadimi, filologiya elmləri doktoru,

professor, Milli Elmlər

Akademiyasının müxbir üzvi Kamal

Mehdi oğlu Abdullayevi Bakı

Slavyan Universitetinə rektor təyin

etdi. Universitet kollektivinin və

rektorun qarşısında ali təhsilin inkişafı

istiqamətində böyük və şərəfli

vəzifələr qoyuldu və bu sahədə

professor K.Abdullayevin rəhbərliyi

altında fəaliyyət göstərən universitet

kollektivinə böyük ümidlər bəsləndi.

H. Əliyev göstərirdi ki, bu kollektivdə

çalışan insanlar universitetin ən yaxşı

nümayəndələridir, millətimizin

qaymağıdır. Bu təhsil ocağında

çalışanlar rus dilinin Azərbaycan

gənclərinə öyrədilməsində,

Azərbaycan məktəbləri üçün rus dili

müəllimlərinin hazırlanmasında, rus

dilinin həm keçmişdə, həm də indi

xalqımız üçün mühüm əhəmiyyət

kəsb etməsində, onun Azərbaycanda

layiqli yer tutmasında bir deyil, bir

neçə on illər xidmət göstərmiş

adamlardır. Ulu öndər bu universitetin

böyük gələcəyi, böyük perespektivi

olduğunu xüsusilə qeyd edirdi.

Həmin dövürdən on ildən bir

qədər artıq vaxt keçir. Bəs bu müddət

ərzində rektor prof. K.Abdullayevin

rəhbərliyi altında fəaliyyət göstərən

universitet kollektivi ulu öndərin

qarşıya qoyduğu vəzifələrin həyata

keçirilməsində,

ümidlərin

gərçəkləşməsində hansı nəaliyyətlər

əldə etmiş oldu Bu suala cavab

vermək üçün, yəqin ki, keçmiş on il

ərzində universitetdə görülmüş işlərə,

aparılmış islahatlara, qısaca da olsa,

nəzər yetirmək lazımdır.

Universitetə rektor təyin

olunmuş prof. Kamal Abdullayev

böyük enerji ilə başladı. Universitetin

elmi-pedoqoji potensialını, madditexniki

imkanlarını yaxindan öyrəndi,

ölçüb-biçdi. Onun rəhbərliyi altında

Azərbaycanda təhsilin inkişafı ilə

bağlı Azərbaycan Respublikası

Prezidentinin fərman və

sərəncamlarindan, müxtəlif

səviyyələrdə etdikləri nitq və

çıxışlarından,

Azərbaycan

Hökümətinin və Təhsil Nazirliyinin

qəbul etdikləri qərar və

sərəncamlardan, irəli gələn tələbləri

nəzərə alaraq universitetin inkişafı

üçün geniş həcmli islahatlar proqramı

hazırlandı. Proqramda universitetin

rəhbərliyinin və kollektivinin

Azərbaycan Prezidentinin qarşıya

qoyduğu vəzifələrin yerinə yetirilməsi

istiqamətində gələcək fəaliyyəti ön

plana çəkildi.

Ölçülüb-biçilmiş və qəbul

edilmiş islahatlar proqramı, ilk

növbədə, universitetin daxili

strukturunda islahatlar aparılmasını

nəzərdə tuturdu. Prof. K.Abdullayev

Azərbaycan təhsil sisteminə yaxından

bələd olduğundan ali təhsil ocağının

günün tələblərinə cavab vermədiyini

yaxşı bilirdi və bu səbəbdən də

universitetdə köklü islahatların

aparılmasına üstünlük verirdi. İlk

növbədə universitetin iş prinsiplərini

kökündən dəyişdirərək rektorluğun və

Elmi Şuranın fəaliyyətini yenidən

qurmalı oldu. Ali məktəbdə rəhbər

kadrların düzgün seçilməsi və

yerləşdirilməsi məsələsinin həlli

böyük, demək olar ki, həlledici

əhəmiyyət kəsb edirdi. Ona görə də,

rektor universitet rəhbərliyinə cavan

və çevik, istedadlı və bacarıqlı

alimləri cəlb edərək kadr məsələsini

həll edirdi. Bu məsələnin həllində o,

kollektivin aparıcı mütəxəssislərinin

məsləhətlərindən də bacarıqla istifadə

edirdi. Universitetin bütün

istiqamətlərdə fəaliyyətinə rəhbərlik

edən prof. K.M.Abdullayev özünün

tələbkarlığı,

obyektivliyi,

prinsipiallığı, yüksək təşkilatçılıq

bacarığı ilə seçilir.

Rektorun iş üslubunda maraqlı

və mütərəqqi cəhətlərdən biri də

qərarların qəbulu və onların icrasına

nəzarət mexanizmi əsas yer tutur.

Prof. K.Abdullayevin rəhbərliyi

altında rektorluq, Elmi Şura

tərəfindən islahatlar proqramının əsas

tərkib hissəsi kimi fakültələrin,

dekanlıqların, kafedraların, digər

qurum və bölmələrin işlərini günün

tələbləri səviyyəsində qurmaq üçün

onların

rəhbərliklərinin

möhkəmləndirilməsi istiqamətində də

böyük dəyişikliklər aparıldı.

Növbəti

mərhələdə

universitetdə yeni ixtisaslar üzrə

mütəxəssislərin hazırlanması üçün

yeni fakültələr və yeni ixtisasyönümlü

kafedraların yaradılmasına başlanıldı.

1946-cı ildən fəaliyyət göstərən

Pedaqoji və Filologiya fakültələrinin

işi yenidən quruldu. Onların rəhbərliyi

möhkəmləndirildi. Universitetin

rektoru prof. K.Abdullayev həmişə

olduğu kimi burada da yenilikçi

fikirlər irəli sürərək, bu fakültədə

hazırlanan ixtisasları nəzərə aldı və

orada tədris olunan fənlərə uyğun

kafedraları həmin fakültənin

sərəncamına verdi. Bununla təhsilin

effektivliyinin və keyfiyyətinin

yüksəldilməsi istiqamətində yeni

addım atıldı. Filologiya fakültəsinin

imkanları nəzərdən keçirilərək, onun

tərkibində Azərbaycan dili və

ədəbiyyatı şöbəsi, sonra isə

jurnalistika şöbəsi yaradıldı.

Fakültənin tərkibində yeni

Türkologiya, Azərbaycan dili və onun

tədrisi metodikası, Jurnalistika və

Azərbaycan ədəbiyyatı kafedraları

yaradıldı və fəaliyyətə başladılar.

Onu da qeyd etmək lazımdır ki,

prof. K.Abdullayev Azərbaycan

Respublikasında təhsil siyasətinin

inkişafı yolunda universitetin

götürdüyü istiqaməti düzgün

müəyyənləşdirərək, günün tələblərinə

uyğun olaraq, yeni kafedraların

yaradılmasını, bəzi eyni profilli

kafedraların birləşdirilməsini, bəzi

kafedraların isə ixtisaslarını həyata

keçirir, universitetin təhsil həyatını

modernləşdirmə yolu ilə inkişafına

çalışır.

Daim axtarışda olan və islahatçı

rektor, əldə olunanlarla heç zaman

kifayətlənməyən Əməkdar Elm

xadimi Kamal müəllim universitetin

nəzdində fəaliyyət göstərən

İxtisasartırma və yenidənhazırlanma

fakültəsinin işini daha da

təkmilləşdirdi. Son illərdə

respublikanın orta məktəblərində rus

dili dərslərinə ayrılan saatların

azalması rus dili müəllimlərinin işlə

təmin olunması sahəsində

problemlərin yaranmasma səbəb

olmuşdur. Kamal müəllim bu böyük

sosial problemin qismən də olsa həll

olunması yolunu seçdi və Təhsil

Nazirliyi qarşısında məsələ qaldıraraq,

universitetin ixtisasartırma

ımkanlarını genişləndirdı və rus dili

müəllimlərinin yeni ixtisaslar -

Azərbaycan dili, tarix, psixoloq və s.

ixtisaslar almalarına şərait yaratdı. Bu

fakültədə yüzlərlə ali təhsilli

mütəxəssis yeni ixtisaslara

yiyələnərək özlərinin iş problemlərini,

qismən də olsa, həll edə bildilər.

Universitetin, adından da bəlli

olduğu kımi, onun əsas fəaliyyəti

gənc nəslin təlim-tərbiyəsi ilə

bağlıdır. Gənclər də daim axtarışda,

yaratmaqdadırlar. Onlar humanitar

ixtisaslar seçmişlər və bu istiqamətdə

ir çoxu ədəbi yaradıcılıq sahəsində

də özlərini sınamalı olurlar. Rektor

onlara böyük qayğı göstərərək, 2007-

cı ildə Yaradıcılıq fakültəsinin

formalaşmasına nail oldu. Fakültə

respublikada bu istiqamətdə fəalıyyət

göstərən ilk fakültədir. Onun özü bir

yazıçı, ədib, publisist, tərcüməçi, dilçi

kimi daim tələbələr arasında

olduğundan bu sahədə onlara yardım

edir və onların yaradıcılıq fəaliyyətini

istiqamətləndirir. Respublikanın

yaradıcı ziyalıları bu fakültənin işinə

cəlb edildi. Bununla da gələcək ədib

və şairlərə yüksək səviyyədə əməli

olaraq mütəxəssis köməyi göstərən bir

qurum fəaliyyət göstərməyə başladı.

Burada tələbə gənclərə ədəbi

yaradıcılığın əsasları öyrədilir və

onların yaradıcılığının ilk addımları

istiqamətləndirilir.

1960-cı ildən fəaliyyət göstərən

və 2002-ci ildən müstəqil quruma

çevrilmiş Qiyabi şöbə bu gün

yeniləşmiş istiqamətdə işləyır. Burada

Azərbaycan və rus filologiyası, ibtidai

təhsıl və beynəlxalq münasibətlər

ixtisasları üzrə mütəxəssis hazırlığı

həyata keçırilir. 1997-ci ildən

fəaliyyət göstərən Magistratura

şöbəsində yeni-yeni istiqamətlər -

dilçilik, filologiya, regionşünaslıq,

beynəlxalq münasibətlər, maarif və

jurnalistika üzrə mütəxəssis hazırlığı

ilə məşğuldur.

BSU nəzdində Hazırlıq şöbəsi

fəaliyyət göstərir. Şöbədə Azərbaycan

dili, slavyan xalqlarının dılləri,

Avropa xalqlarının, həmçinin türk,

yunan, ərəb, fars dilləri üzrə kurslar

təşkıl edilir, hazırlıq məşğələləri

aparılır. Burada Azərbaycan gəncləri

ilə yanaşı, dil öyrənməyə maraqları

olan əcnəbi gənclər də hazırlıq

kursları keçirlər.

Həmin vaxtdan BSU-nun

nəzdində Humanitar lisey fəaliyyət

göstərir. Lisey yeni tipli orta təhsil

müəssisəsi olaraq Azərbaycan və rus

bölmələri üzrə böyüməkdə olan nəslin

təlim-tərbiyəsi ilə məşğuldur.

Ulu öndər H.Əliyev Bakı

Slavyan Universitetini yaradarkən

onun profilini genişləndirməyi

kollektivin qarşısında vacib bir vəzifə

kimi qoymuşdur. Prof.

K.Abdullayevin rəhbərliyi altında

Elmi Şura bu istiqamətdə tam qüvvəsi

ilə fəaliyyət göstərərək yeni-yeni

qurumların yaradılması prosesini

davam etdirir. İslahatlar dərinləşır,

yeni qurumlar, bölmələr və elmitədqiqat

laboratoriyaları yaradılır.

Artıq BSU slavyan xalqlarının

Azərbaycanda mədənı irsini öyrənən

və araşdıran böyük bir elm mərkəzinə

çevrilmişdır. Bakı Slavyan

Universitetində yaradılmış “Lüğət

mərkəzi”, “Tərcümə problemləri”,

“Türk-slavyan

əlaqələri”,

“Ölkəşünaslıq”,

“Folklor

araşdırmaları” elmi-tədqiqat

laboratorıyaları, “Analitikinformasiya

mərkəzi”, “Kıtab aləmi”

nəşriyyat-poliqrafiya mərkəzı uğurla

fəaliyyət göstərir.

Xalqlar arasında elm, təhsil və

mədəniyyət sahəsində əlaqələrin

genişləndirilməsində ulu öndər

H.Əliyevin tövsiyələrini və

göstərişlərini rəhbər tutan universitet

kollektivi bu istiqamətdə də

məqsədyönlü iş aparır. Rektorun

təşəbbüsü ilə universitetdə Rusiya

tədris-mədəniyyət mərkəzi (Moskva

auditoriyası), “Sankt-Peterburq”

mədəniyyət və tədris mərkəzi,

Ukrayna tədris-mədəniyyət mərkəzi,

Yunan dili və mədəniyyəti mərkəzi,

Bolqar dili və mədəniyyəti mərkəzı,

Polyak dili və mədəniyyəti mərkəzı

yaradılmış və uğurla fəaliyyət

göstərməkdədir. Qeyd etmək lazımdır

kı, bütün bu mərkəzlər müvafiq

ölkələrin xalqlarının dillərində olan

elmi ədəbiyyat, tədris vəsaitləri,

mədəniyyət və incəsənət materialları

ilə təmin edilmış və kompüter

avadanlığı ilə birlikdə tələbə və

müəllimlərin sərəncamına verilmişdir.

Bu mənbələrdən təkcə tələbələr deyil,

eyni zamanda elm, təhsil işçiləri,

müvafiq ölkələrin dili, mədəniyyəti və

elmi ilə maraqlanan gənc

mütəxəssislər də istifadə edirlər.

Bundan əlavə, universitetdə bir çox

dillər üzrə tədris kabinetləri

yaradılmış, onlar müvafıq dillər üzrə

kitab və digər ədəbiyyatla təmin

olunmuşlar. Əcnəbi dilləri öyrənmək

istəyən tələbələr üçün bu kabinetlərin

əhəmiyyəti danılmazdır.

Universitet rəhbərliyi ulu

öndərin başqa bir fikrini “Azərbaycan

gəncləri Şekspiri ingilis dilində,

Puşkini rus dilində, Nizamini isə

Azərbaycan dilində oxumalıdırlar”

sözlərinı heç vaxt unutmur,

universitetin profilıni nəzərə alaraq,

türkçülüyü və azərbaycançılığı daim

yüksəkdə tutur və bu istiqamətdə

universitetin imkanlarını genişləndirir.

Bununla da mədəniyyətlərin və

dillərin qarşılıqlı əlaqələrinin

möhkəmləndirilməsı və bir-birindən

faydalanması məsələlərinin həllinə

çalışır. Həmin məqsədlə universitetdə

yaradılmış Azərbaycanşünaslıq

Tədris-Mədəniyyət Mərkəzi (2006) və

Türkiyə Araşdırmaları Mərkəzi

(2003) Türk dünyası

mədəniyyətlərini, dilləri və

ədəbiyyatlarını araşdırmaqla onların

slavyan xalqlarının dillərı və

mədəniyyətlərinin qarşılıqlı

əlaqələrinin genişlənməsi və

inkişafına xidmət göstərir.

2004-cü ilin 4 oktyabrında

“Azərbaycan müəllimlərinə”

müraciətində Azərbaycan təhsil

sitemində aparılan islahatların

xalqımız üçün əhəmiyyətindən bəhs

edən Prezident İlham Əliyev iftixar

hissi ilə qeyd etmişdir ki, zəngin

maarifçilik ənənələrinə malik təhsil

sistemimiz aparılan islahatlar

nəticəsində bu gün müasir beynəlxalq

standartlara cavab verməkdədır. O,

Azərbaycan müəllimlərinin ... XXI

yüzillikdə Milli təhsilin davamlı

inkişafı və dünya təhsil sisteminə

inteqrasiyası üçün əllərindən gələni

edəcəklərinə, bu sahədə artıq dönməz

xarakter almış islahatlar prosesini

uğurla davam etdirəcəklərinə əmin

olduğunu bıldirmişdir. (4, s.781).

Bakı Slavyan Universiteti bu

tələbləri rəhbər tutaraq, öz fəaliyyətini

daim genişləndirir. Azərbaycan təhsil

sistemində aparılan islahatlarla bağli

2003-cü ildə Respublikada aparılan

sorğuya görə Bakı Slavyan

Universiteti birincı yeri tutmuş və

universitetin rektoru prof.

K.Abdullayev “İslahatçı rektor“ adına

layiq görülmüşdür.

2000-ci ildə ulu öndər Heydər

Əliyevin Fərmanı ilə yaradılmış Bakı

Slavyan Universiteti keçən dövr

ərzində uzun və şərəfli yol keçmışdir.

Azərbaycan xalqının mədəni

inkişafında və tərəqqisində, elminin

və təhsilinin yüksəldilməsində,

xalqımızın əldə etdiyı nailiyyətlərin

dünya, xüsusilə, slavyan xalqlarına

çatdırılmasında, respublikada rus və

digər slavyan xalqlarının dillərinin

təbliği və yayılmasında Bakı Slavyan

Universitetinin kollektivi prof.

K.Abdullayevin rəhbərlıyı altında

böyük işlər görmüşdür.

Ulu öndər H.Əliyev

respublikada ali məktəblərin

inkişafına xüsusi diqqət yetırirdi. O,

Azərbaycan gənclərinin rayon, şəhər

çərçivəsindən,

respublika

çərçivəsindən çıxıb dünyaya daha

geniş nəzər yetirmələrini arzu edirdi.

Universitet rəhbərliyi ulu öndərin

tövsiyələrini diqqət mərkəzində

saxlayaraq, onları özünün fəaliyyət

proqramına çevirdi. Universitetin

profili qısa dövr ərzində

genişləndirildi. Əvvəllər bu ali təhsil

ocağında yalnız rus dili və ədəbiyyatı

müəllimləri hazırlanırdısa, sonralar

universitetdə aparılmış islahatlar

nəticəsində qısa müddət ərzində 49

уеni ixtisas üzrə geniş profilli

tərcüməçilər, regionşünaslar,

beynəlxalq əlaqələr üzrə

mütəxəssislər, orta məktəblər üçün rus

dili və ədəbiyyatı müəllimləri,

filoloqlar, ibtidai sinif müəllimləri,

jurnalistlər və digər ixtisaslar üzrə

mütəxəssis hazırlığına başlanıldı.

Təhsil sistemində təlim-tərbiyə işinin

ideya-siyasi və elmi-nəzəri

səviyyəsinin yüksəldilməsi

problemlərinin həlli universitet

rəhbərliyinin geniş fəaliyyətinin

əsasını təşkil etdi.

Universitet qarşısında duran

problemlər Qərbi Avropa ölkələri ilə

yanaşı, Şərqi Avropa ölkələrinin

potensialından da Azərbaycanın

inkişafı üçün istifadə etməyi tələb

edirdi. Onlarla hərtərəfli əlaqələrin,

xüsusilə elm, təhsil, mədəni əlaqələrin

yaradılması mühüm yer tuturdu.

Həmin ölkələrlə əlaqələrin

genişləndirilməsi üçün yüksək

səviyyəli mütəxəssislər, ölkələrin

dilini, tarixini, coğrafiyasını,

mədəniyyətini bilən azərbaycanlılar

ordusu hazırlanmalı idi. Bu

problemlərin tezliklə həll olunmasına

H.Əliyev böyük əhəmiyyət verirdi və

bunları universitetin əsas vəzifəsi

sayırdı. Bu sahədə Bakı Slavyan

Universitetinin imkanları böyük idi.

Orada maddi-texniki baza, ən əsası isə

kadr potensialı, yüksək ixtisaslı

mütəxəssislər fəaliyyət göstərirdi.

Onların əməyi və zəhməti nəticəsində

bu ali təhsil ocağında çox işlər

görmək olardı.

Azərbaycan Respublikasının

Avropaya, dünyaya inteqrasiya

məsələsı, beləliklə, siyasi və iqtisadi

məsələlərlə yanaşı, əlaqələrin həmin

çərçivədən кənara çıxaraq,

mədəniyyətlərin qovuşduğu və

kəsişdiyi, onların qarşılıqlı əlaqələri

və bir-birindən bəhrələnmələri də irəlı

çəkilirdi. Ona görə də bu əlaqələr ilk

növbədə Avropa, о cümlədən Şərqi

Avropa xalqlarının dillərinin və

mədəniyyətlərinin öyrənilməsindən və

bu sahədə ixtisaslı mütəxəssislərin

hazırlanmasından başlanır. Prezident

H.Əliyev tərəfindən yaradılmış Bakı

Slavyan Universiteti Azərbaycanda bu

missiyanı həyata keçirən yeganə və

başlıca təhsil ocağı olaraq qalır. Slavyan

xalqlarının dilinin, ədəbiyyatının,

mədəniyyətinin və tarixinin

öyrənilməsi Azərbaycanın Avropaya

inteqrasiya edilməsinə əsas zəmin

yaradan amillərdən biridir.

Universitetin bu sahədəki

fəaliyyətindən bəhs edən Rusiya

Federasiyasının keçmiş Prezidenti

V.V.Putin göstərirdi kı, Bakı Slavyan

Universiteti unikal bır təhsil

müəssisəsidir və MDB məkanında

analoqu olmayan universitetdir. BSUnun

universallığı və unikallığı isə

ondadır ki, ilk dəfə olaraq MDB

məkanında slavyan dünyası

ölkələrinin öyrənilməsi həyata

keçirilir.

Yeni dövrdə Azərbaycan

Respublikasının qarşısında strateji

problemlərin həlli dururdu: dünya

birliyi və Avropa ölkələrinə

yaxınlaşmaq, ölkələr arasında iqtisadi,

siyasi, humanitar, mədəni əlaqələr

yaratmaq, onları daha da

genişləndirmək və inkişaf etdirməк

lazım gəlirdi. Azərbaycan Respublikasının

müstəqil inkişaf dövrü

üçün Bakı Slavyan Universitetinin

yaradılması günün əsas məsələsini

şərtləndirən amillərdən oldu.

H.Əliyev tərəfindən yaradılmış

Bakı Slavyan Universiteti yeni dövrə

geniş profilli, çoxsahəli, çoxdilli

ixtisaslar üzrə mütəxəssislər

hazırlamaq dövrünə qədəm qoydu.

Universitetin kollektivi qarşısında

şərəfli, lakin çətin və gərgin fəaliyyət

dövrü başlandı.

AMEA-nm müxbir üzvü,

əməkdar elm xadimi, prof.

К.Abdullayev Azərbaycan xalqının

böyük oğlu H.Əliyevin tövsiyələrini

əməli işində rəhbər tutaraq, öz iş

üslubunu daim təkmilləşdirir. Ölkədə

təhsil sisteminin inkişafı və

modernləşdirilməsi ulu öndər

H.Əliyevin quruculuq fəaliyyətinin

sadiq davamçısı Prezident İlham

Əliyev tərəfindən müntəzəm həyata

keçirilir. Azərbaycan təhsilinin

inkişafına böyük əhəmiyyət verən

Prezident İ.Əliyev ona qayğı ilə

yanaşır. Bakı Slavyan Universitetinin

inkişafı onun diqqətindən kənarda

qalmır. Prezident İlham Əliyev 2008-

ci il martın 7-də “Bakı Slavyan

Universitetinin maddi-texniki

bazasının yaxşılaşdırılması haqqında”

Sərəncam vermişdir. Prezidentin

Sərəncamında Azərbaycan

Respublikası bir çox ölkələrlə tədrismədəni

əlaqələrinin genişlənməsi,

azərbaycançılığın inkişafı, ölkəmizin

qazandığı nailiyyətlərin beynəlxalq

aləmdə nümayiş etdirilməsi

istiqamətində böyük xidmətlərı olan

Bakı Slavyan Universitetınin

fəaliyyəti yüksək qiymətləndirılir və

onun elmi-metodik potensialının

daha da artırılması, tədris prosesinin

keyfiyyətinin yaxşılaşdırılması,

maddi-texniki

bazasının

möhkəmləndirilməsi məsələləri irəli

çəkilmiş, bu məqsədlər üçün

universitetə bir milyon manat vəsait

ayrılmasına qərar verilmişdir.

Prezıdentin universitetə göstərdiyi

qayğı kollektivin təlim-tərbiyə işinin

daha da yüksəldilməsi istiqamətində

fəaliyyətini xeyli dərəcədə

canlandırdı. Вu vəsait universitetin

rəhbərliyi maddi-texniki bazasının

kökündən yeniləşməsinə, tədris

binalarının təmirinə yönəldi. Nəticədə

universitet müasir fundamental

kitabxanası və mükəmməl madditexniki

bazası olan ali təhsil ocağına

çevrildi.

Azərbaycan dövlətinin təhsil

konsepsıyasının tələblərinə uyğun

olaraq Bakı Slavyan Universitetində

həyata keçirilən islahatlar Boloniya

prosesinə qoşulmaqla reallaşmış və

universitet bu prosesin tam hüquqlu

iştirakçısı adını qazanmışdır.

Universitetdə Boloniya prosesinə

qoşulma istiqamətində artıq xeyli iş

görülmüşdür. Bütün fakültələr kredit

sisteminə keçmişlər, çoxballı

qiymətləndirmə sistemi tətbiq edilir,

imtahanlar şifahi deyil, yazılı formada

aparılır. İmtahan sessiyaları dövrü

universitetdə operativ qərargah

fəaliyyət göstərır. Ən maraqlı cəhət

isə, ondan ibarət idi ki, bütün bu

proseslərdə tələbələrin valideynlərinin

iştirakı da nəzərdə tutulmuşdur. Bir

qayda olaraq onların nümayəndələri

imtahanlarda iştirak edir və

imtahanların gedişinə nəzarət edirlər.

Adından da bəlli olduğu kimi,

Bakı Slavyan Universiteti slavyan

dünyası xalqlarının dili, ədəbiyyatı,

elmi, mədəniyyəti, incəsənətı, tarixi,

əhalinin etnik tərkibinin və həyatının

digər sahələrini əhatə edən məsələləri

gənclərə çatdırmaq və öyrətməklə

məşğuldur. Lakin оnun maraq və

əhatə dairəsı bununla məhdudlaşmır.

Ümummilli liderin tövsiyələrini

rəhbər tutan universitet eyni zamanda,

bütün dünya xalqlarının elmi və

mədəniyyətləri ilə dərindən

maraqlanır və onlarla, imkan

daxilində, əlaqələr qurmağa çalışır.

Hal-hazırda tam əsasla qeyd etmək

olar ki, BSU bu istiqamətdə böyük

işlər görmüşdür. Slavyan dünyası

ölkələrinin universitetləri ilə geniş

əlaqələr quran universitet, Avropanın,

Asiya və Amerikanın müxtəlif

ölkələrinin umversitetləri ilə

münasibətlərin qurulmasını ön plana

çəkmişdır. BSU-nun Rusiyanın

Moskva,

Sankt-Peterburq,

Yekaterinburq, Ukraynanın Kiyev,

Çerkassk, Bolqanstanın Sofiya və

Şumen, Polşanın Varşava, Türkiyənin

İstanbul, Ankara, Qars, Qazi,

Yunanıstanın və adları çəkilməyən bir

çox universitetləri və digər təhsil

ocaqları ilə əməkdaşlıq etməsi xalqlar

arasında münasibətlərin mkişafının

bariz nümunəsidir.

Universitet Avropa ölkələrinin

universitetləri ilə əlaqələr quraraq,

onların qabaqcıl təhsil sisteminin

imkanlarından bəhrələnir. Fransanın

Şərq Dilləri və Sivilizasiyalar

İnstitutunun İNALKO (2001),

İtaliyanın, Almaniyanın qabaqcıl

universitetlərinin mütərəqqi təcrübəsi

öyrənilir və universitetin fəaliyyətində

geniş istifadə edilir. Prof.

K.Abdullayevin şəxsi fəaliyyəti

nəticəsində Bakı Slavyan Universiteti

Azərbaycan universitetləri arasında

birinci olaraq “Maqna Karta“

Assosiasiyasının üzvü olmuşdur.

Böyük dövlət xadimi H. Əliyev

müstəqil Azərbaycanın dünya ölkələri

ilə münasibətlərinin bütün

istiqamətlərdə inkişaf etdirilməsi

siyasəti yürüdürdü. Şərqi Avropa

ölkələrinin

potensialından

Azərbaycanın inkişafı üçün istifadə

edilməsi siyasəti Bakı Slavyan

Universitetinin qarşısında qoyulan

əsas məqsədlərdən biridir. Slavyan

dünyası ilə hərtərəfli əlaqələrin,

xüsusilə elm, təhsil, mədəni sahələrdə

əməkdaşlığın yaradılması mühüm

əhəmiyyət kəsb edır.

2005-ci ilin iyun ayında BSUnun

beşillik yubileyinə həsr olunmuş

məra-simdə Təhsil Naziri

M.Mərdanov BSU, onun rektoru prof.

K.Abdullayevin fəaliyyətinə yüksək

qiymət vermis və qeyd etmışdir ki,

Bakı Slavyan Universiteti 5 il ərzində

50 ilə bərabər inkişaf yolu keçə

bılmişdir. Onun rektoru dünyanın bir

çox aparıcı universitetlərinin

mütərəqqi

fəaliyyətindən

bəhrələnmişdir. BSU-nun fəaliyyətinə

verilən bu yüksək qiymətə yekun

vuraraq, qeyd etmək olar ki, bu ali

təhsil ocağı rektorun gərgin və faydalı

əməyi nəticəsində dünya

universitetləri sıra-sında qabaqcıl

universitet kimi tanınmaqdadır.

Universitetdə aparılan islahatlar

sonralar respublika ictimaiyyəti

tərəfindən

yüksək

qiymətləndirilmişdir. Ali təhsil

sahəsində islahatların keçirilməsi

haqqında respublikada aparılmış

sorğuya əsasən BSU birinci yeri

tutmuşdu. Azərbaycan respublikası

“SİMURQ” Milli mükafat fondu

2004-cü ildə “İslahatçı rektor“

nominasiyası üzrə keçirdiyi

müsabiqədə BSU-nun rektoru prof.

K.Abdullayevi özünün ali dərəcəli

diplomu ilə təltif etmişdir.

Bakı Slavyan universitetinin

rəhbərliyi slavyan ölkələri ilə

əlaqələrin genişlənməsinə böyük

əhəmiyyət verir. Münasibətlərin

qurulması isə əlaqələrin daha da

genişləndirilməsini tələb edirdi.

Onların yaradılmasında daha əlverişli

amillərə üstünlük verilirdi. Bu

məqsədlə Azərbaycana rəsmi səfər

etmiş slavyan dövlətlərinin ali dövlət

xadimlərinin imkanlarından da

bəhrələnməyə çalışırdı. 2000-ci ildə

Elmi ŞuraUniversitetin Fəxri doktoru

adını təsis etmişdir. Fəxri doktor

diplomunu ölkələr və xalqlar arasında

dostluq və əməkdaşlığın

möhkəmləndirilməsində, elm, təhsil

və mədəniyyət sahələrində xüsusi

xidmət göstərən dövlət xadimləri, elm

və mədəniyyət nümayəndələrinin

təltif edilməsi nəzərdə tutulurdu.

2001-ci ilin yanvarın 10-da Bakıya

səfər etmiş Rusiya Federasiyasının

prezidenti V. V. Putinə Bakı Slavyan

Universitetin Fəxri Doktoru

diplomunun təqdimetmə mərasimi

keçirilmişdir. Bu təntənəli mərasimdə

ölkə Prezidenti Heydər Əliyev də

iştirak etmiş və V. Putini BSU-nun

Fəxti doktoru diplomunun verilməsi

münasibətilə təbrik etmişdir.

Universitetin bu yüksək adına

sonralar Ukrayna Ali Radasının Sədri

İ. S. Plyuş (fevral, 2001), Moskva və

Bütün Rusiyanın Patriarxı II Aleksiy

(may, 2001), Rusiya Federasiyası

Federal Məclisinin Federasiyası

Şurasının Sədri S.M.Mironov (may.

2002), Bolqarıstan Pespublikasının

eks-prezidenti J. Jelev (oktyabr,

2002), Yunanıstan respublikasının

eks-prezidenti K. Stefanopulos (iyun,

2004), Ukrayna Respublikasının eksprezidenti

V. A. Yuşşenko 9sentyabr,

2006) Polşa prezidenti L. Kaşinski

layiq görülmüşlər.

Slavyan xalqlarının dili,

ədəbiyyatı, tarixi, coğrafiyası, elmi,

mədəniyyəti və incəsənətinin

öyrədilməsi ilə bağlı olan məsələlərin,

eyni zamanda ulu öndərin irəli

sürdüyü təhsil konsepsiyasından

doğan problemlərin həlli üçün

universitet rəhbərliyi bütün

imkanlardan istifadə etməyə üstünlük

verir. Bu istaqamətdə aparılan

tədbirlərdə slavyan dövlətlərinin

rəsmi şəxslərinin və mədəniyyət

xadimlərinin, Bakıda təmsil olunmuş

səfirlərin və diplomatların

imkanlarından geniş istafadə etməyə

çalışır. Bir qayda olaraq, slavyan

ölkələrindən Azərbaycana səfər edən

dövlət və hökümət nümayəndələri,

elm, ədəbiyyat, mədəniiyət və

incəsənət xadimləri universitetə dəvət

olunurlar və onlarla maraqlı görüşlər

keçirilir.

Onu da qeyd etmək lazımdır ki,

prof. K. Abdullayev BSU-nun

əlaqələrinin yalnız slavyan dünyası

ölkələri arasında qurulması ilə

kifayətlənmir. Azərbaycan dilini,

azərbaycançılığı yaymaq təşəbbüsü

vüsət almaqdadır. Onun təşşəbbüsü ilə

Türkiyənin Qazi universitetində,

Fransanın İNALKO institutunda,

azərbaycanşünaslıq, bəzi slavyan

ölkələrinin universitetlərində,

Azərbaycan dilinin öyrənilməsi

barədə razılaşmalara nail olunmuşdur.

Moskvanın Dillər universitetində bir

neçə ildir ki, rus dilli tələbələr

Azərbaycan dilini öyrənirlər. BSUnun

professoru B. C. Musayeva orada

bu işdə tələbələrə rəhbərlik edir.

Daim axtarışda olan prof.

K.Abdullayevin təklifi ilə

universitetdə Səfir saatı təşkil

olunmuşdur. Bu tədbirə yalnız

slavyan ölkələrinin səfirləri deyil,

eyni zamanda, digər xarici

dövlətlərinin –Türkiyə, Yunanıstan,

Çin, Yaponiya, Koreya, Rumıniya,

İran, İsrail, Gürcüstan, ABŞ, Fransa,

Böyük Britaniya səfirləri və

diplomatları dəvət olunurlar.

Görüşlərdə xalqlar arasında

əməkdaşlığın və əlaqələrin hərtərəfli

inkişafı məsələlərinə, beynəlxalq

məsələlərə, Dağlıq Qarabağ problemi

barədə söhbətlərə üstünlük verilir. Hər

bir xarici qonaq universitetdən

ayrılarkən özünü onun kollektivinin

dostu kimi hiss edir.

Azərbaycan xalqının böyük

oğlu H. Əliyev ali məktəb

rəhbərlərinə gənclərə daim qayğı və

məhəbbətlə yanaşmağı tövsiyə edirdı.

Ulu öndərin tələbələrlə görüşündə

dediyi “gəncləri qoruyun, onlardan

qayğı və diqqətinizi əsirgəməyin və

elə bilin ki, hər bir Azərbaycan gənci

mənim sizə etibar etdiyim, əmanət

etdiyim övladımdır” sözlərini BSU

rektoru unutmur, onları kollektivdə

tez-tez təkrarlayır. Bakı Slavyan

Universiteti ənənəvi olaraq alimləri və

yüksək ixtisaslı müəllimləri ilə

həmişə seçilmişdir. Burada çalışan

müəllimlər və gənclərin təlimtərbiyəsində,

ixtisaslara

yiyələnməsində böyük əmək sərf edir,

ağır zəhmət çəkirlər. Çünki onlar,

Prezident H. Əliyev demişkən,

“özünün müəllimliyə həsr etmiş insan

ən şərəfli insanlardır. Ali məktəb

müəllimi, professor cəmiyyətdə ən

hörmətli insan olmalıdır və insandır”.

(Yenə orada, C. 207).

Universitet rəhbərliyinin

gənclərə qayğısının nümunələrindən

biri də universitetdə yaradılmış

“Heydər Əliyev Məktəbı” Tələbə

Teleradio studiyasıdır. Studiya 12

oktyabr 2008-ci ildən fəaliyyət

göstərir. Studiyanın əsas məqsədi

universitetinin jurnalistika şöbəsinin

tələbələrinin praktiki vərdişlərə

yiyələnmələrini nəzərdə tutur və bu

studiya onların jurnalist kimi

formalaşmasına böyük kömək

göstərir.

Universitetdə ictimai-siyasi

elmlər üzrə Virtual institunun

yaradılması da Kamal müəllimin

təşəbbüsüdür. Bu qurumu yaratmaqla

universitetdə fəaliyyət göstərən

ictimai-siyasi elmlər kafedralarının

tədris prosesindəki fəaliyyətlərini

canlandırmaq, fənlərin tədrisində ayrıayrı

profili mütəxəssislərin fənlərin

öyrədilməsində birlikdə çalışmalarını

təmin etmək nəzərdə tutulur.

2000-ci ildə H.Əliyev

tərəfindən yaradılmış və onun

siyəsətinin layiqli davamçısı Prezident

İlham Əliyevin qayğısı nəticəsində

inkişaf etməkdə olan Bakı Slavyan

universitetinin kollektivi on il ərzində

yaradıcı bir yol keçərək, respublika

universitetləri sırasında şərəfli yer

tutmaqdadır.

Universitetinin keçən dövr

ərzində əldə etdiyi nailiyyitlər dünya

təhsil mərkəzlərinin diqqətindən

yayınmamışdır. Dünyanın ən məşhur

reytinq mərkəzlərindən biri olan

İspaniyanın Dövlət Elmi Tədqiqat

Mərkəzinin apardığı araşdırmalar

nəticəsində məlum olib ki, dünya

ölkələrinin 18.000 ali məktəbinin

fəaliyyəti ilə bağlı İnternet reytinqinin

Azərbaycan üzrə siyahısında Bakı

Slavyan Universiteti iki özəl ali

məktəbdən sonra üçüncü, dövlət

məktəbləri arasında isə birinci

yerdədir. Prod. K.Abdullayev isə bir

çox xarici ölkə universitetlərinin Fəxri

doktoru diplomuna layiq

görülmüşdür.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Heydər Əliyev. Müstəqillik yollarında (4 cilddə). “Azərbaycan” nəşriyyatı,

Bakı, 1997.

2. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. (II cild). Buraxılışa məsul Ramiz

Mehtiyev, Bakı, 2003.

3. Nizami Xudiyev. Heydər Əliyev və Azərbaycan dili. “Təhsil” nəşriyyatı, Bakı,

1997.

4. Azərbaycanın təhsil siyasəti, I cild, Bakı, 2005.

Махал Гаджар.

Гейдар Алиев –создатель Бакинского Славянского Университета

Статья посвящена 10-летию создания БСУ. Отмечается, что он был

создан в 2000 году указом общенационального лидера, президента

Азербайджанской Республики Г.Алиева. Автор в хронологической форме

освещает отдельные стороны деятельности ректора университета, членакорреспондента

Национальной Академии наук, Заслуженного Деятеля науки

К.Абдуллаева за прошедшие 10-лет, заботу президента Ильхама Алиева о

БСУ.

Mahal Gadshar

The article is devoted to the 10-th anniversary of formation of BSU in 2000

by the decree of the national leader, the president of the Azerbaijan Republic

H.Aliyev. The author in chronological form separate the branches of the activity of

the rector of the University, the member-correspondent of National Academies of

sciences, the Honoured Scientist K.Abdullaev for the past 10-years, and also the

care of the president Ilgham Aliev for BSU.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!