25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bütün kənd Gərəhməzin qapısına yığışmışdı. Arvadlar ağlaşır, kişilər boğaz

çəkib yalvarırdılar. Gərəhməz evdən bayıra çıxmırdı. Sanki çöldə bir yığın sərçə

cükküldəşirdi.

Çox çək-çevirdən sonra Gərəhməzin evinə Çoban Səlimi yollamaq qərarına

gəldilər. Çünki burada olmayan yeganə kənd sakini Səlim idi.

Kəndxuda onun dalınca adam göndərdi. Səlim gələn kimi İsfəndiyar kişinin

yanına qaçdı:

“…Q….q….qorxuram….” –dodaqları titrədi.

İsfəndiyar kişi:

“Qorxma, oğlum. Bax, indi get, gördüklərini Gərəhməz xalana denən. Denən

gəlib bizə kömək eləsin”.

Çoban Səlim adamların sifətinə baxa-baxa Gərəhməzin evinə tərəf addımladı.

Qapını açıb içəri keçdi. Adamlar yalnız bundan sonra Gərəhməzin qapısındakı

qarağacın budaqlarının çürüdüyünü gördülər.

Gərəhməz Çoban Səlimin əlindən tutub bayıra çıxanda, camaatın arasında

dolaşan uğultu kəsildi.

Rəngi meyiti xatırladan, dişləri tökülmüş, burnu donqarlamış qarını əvvəlcə heç

kim tanımadı. Saçlarını cin hörmüşdü elə bil. Saman, ot, tikan parçaları da qarışmış bu

düyünlər yəqin, heç qiyamət günündə də açılmayacaqdı. Əynindəki köhnə libasın

rəngini ayırd etmək mümkün deyildi. Evindən və bədənindən gələn ifunət, rütubət

qoxusunu isə bircə yaxınında dayanan Səlim hiss edirdi.

Səsi də tamam dəyişmişdi Gərəhməzin:

“Nə istəyirsiz məndən!?”.

Duruxdu, gözlərini qıyıb diqqətlə camaata baxdı. Deyəsən, heç kimi tanımırdı.

Ya da çoxdan bəri gün üzü görmədiyindən gözləri qamaşırdı.

Xırıltılı səslə:

“Dağılacaq bu kənd! Yernən yeksan olacaq!”

Camaat ölü bir sükut içində “cin dəyişəyinin” nitqinə qulaq asırdı.

“Baxın, a kor olmuşlar” –əlini çürüyüb tökülməkdə olan qarağaca uzatdı –

“Görün çırağımı necə söndürdünüz. Sizin aranızda ala qarğa bala çıxarmaz!”

Dodaqları əsdi, çoban Səlimin başını tumarlaya-tumarlaya əlavə etdi:

“Bu bədbəxtin meyitini kəndin girəcəyindəki tut ağacından asılı gördüm.

Qarğalar gözlərini dimdikləyirdi. Məni evimlə birlikdə yandırdılar. Səni…. hı….

ədalətli kəndxudanı, tikə-tikə doğradılar”.

Kəndxuda gözlərini avamcasına qırpdı. Gərəhməzin kefi lap kökəldi:

“İsfəndiyar kişinin qızıl qanı ağ saqqalına yaman yaraşırdı…” – səsini yüksəltdi

– “Qadınlar, hamınız əsirsiniz! Uşaqlar, ölüsünüz! Körpələr, sizi süngülərdə

oynatdılar!”

“Biz səni başa düşmürük, Gərəhməz! Bizə kömək elə…” – kimsə dilləndi.

“Nəyi başa düşmürsüz, ay avamlar! Yaş çökəkdən gələn səsləri eşitmədiniz?”

Adamlar təəccüblə biri-birinə baxdılar.

Gərəhməz çürümüş budağa bənzəyən əlini havaya qaldırıb işarə verdi:

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!