25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Və təbii, atəşkəs bərpa olunandan sonra gedib rahatca yatmağıma davam

edirəm...

Ən yaxşı müdafiə hücumdur deyənlər haqlı imişlər. Oğlumu elə susdurmuşdum,

“mıq” eləyə bilmirdi. Ama əsgərlərini bir daha səfərbər etmək istəyini eşidəndə dalağım

sancdı. Bu xəbəri mənə arvad verdi. Bizim arvadağa evdə KİV rolunu oynayır. Hər

axşam bütün xəbərləri mənə və ailə üzvlərinə o çatdırır; larmpıçka yanıb, video işləmir,

yataqxanada otaq satırlar, anamın təzyiqi qalxıb, çörək qurtarıb və s. Onu da deyim ki,

qaynanamgilnən lap yaxın oluruq. Demək olar, bir yerdə... Aramızda bir divar var. Sizə

deyim, qaynata-qaynana ilə yaxın olmaq Rusiya və İran kimi ölkələrlə qonşu olmaq

kimi bir şeydi. İstənilən vaxt «ölkə KİV»inə sensasion xəbərlər ötürməyi, daxili

münaqişələrdən istifadə edib bu və ya digər məsələləri öz mənafelərinə uyğun həll

etmək üçün «ölkə»yə burun soxmağı bacarırlar. Bu da təbii, kişinin hakimiyyətinin

ictimai dayaqlarını sarsıdır. Necə olur-olsun kişi evin ali baş komandanıdı. Bütün

hakimiyyəti – lap belə maliyyə naziri postunu arvada güzəştə getmək, xəzinəni onun

ixtiyarına vermək olar, ancaq ali baş komandan vəzifəsini heç zaman əldən vermək

olmaz! Əsgərlikdə olmasam da, belə işlərdə təcrübəliyəm.

Etiraf etməliyəm ki, qaynatam və qaynanam Rusiya və İran kimi həmişə mənə

qarşı qərəzli olublar, qızlarının və nəvələrinin tərəfini saxlayıblar. Odur ki, bu atəşkəs

məsələsində sərt siyasət yürütdüyüm üçün mənə yumşaq notalar göndərdilər:

“Uşağın xətrinə dəymə. Sən o yaşda olanda şalvarının düymələrini aça

bilmirdin.”

Mənim qohumlarım, yəni atam və anam beynəlxalq təşkilatlar timsalında çıxış

edirlər. Çünki onlar uzaqda – rayonda yaşayır və bizə az-az gəlirlər. Üzdən arvadın və

oğlumun sözünü deyib Rusiya və İranla hesablaşsalar da, mahiyyət etibarı ilə mənim

tərəfimdədirlər. Çünki mən ailəni onlar istəyən kimi idarə edirəm. Lazım gəlsə,

«polis»in, yəni iri və güclü yumruqlarımın hesabına arvad üzərində tam və qəti

qələbəmi təmin edirəm. Amma nə olar, nə olmaz, həddi çox aşmıram, arvadın etiraz

aksiyalarına, qonşularla qeybətləşməsinə, hətta mənim qarama döşəməsinə icazə

verirəm. İstənilən məsələdə onun səsini qiymətləndirir, təkliflərini dinləyir, sonda öz

bildiyimi edirəm.

Nə isə, arvaddan aldığım son məlumata görə, oğlumun bölüyündə ölən, qılçınıqolunu

itirənlərlə yanaşı itkin düşənlər də vardı. Ölənlər və yaralılar hamısı tapılmışdı,

itkin düşənlərin işi fırıq idi. Çünki bizim otaqda hündür və ağır şkaflar var, bu şkaflarla

divarın arasına düşən əsgərin yiyəsinə xeyri yoxdu. Üstəlik, mən bilən, əməliyyat vaxtı

pəncərə açıq olub. Güman ki, itkin düşənlərin bir qismini fırıldatmışam küçəyə –

maşınların təkəri altına. Oğlum ümidlərini üzmüşdü tamam. Bölüyü bərpa etmək üçün

ona vaxt lazım idi. Əlbəttə o, atəşkəsdən istifadə edib öz işini görə bilərdi. Buna görə,

diqqətini bağça, məktəb, əlifba kimi zərərsiz istiqamətlərə yönəltmək lazım idi. Mənim

son siyasi missiyam bu idi. Bacarırdım da!

Günlərin birində qaynım bir kulyok əsgər, texnika və hərbi sursat gətirdi evimizə.

Oğlum sevindiyindən dingildəyirdi. KİV, müxalifət, Rusiya, İran tamamilə onun

tərəfində olduğundan səsimi çıxara bilmədim. Bu azmış kimi, beynəlxalq təşkilatlar da

təxminən arvadın və oğlumun tərəfində idilər. Təklənmişdim.

82

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!