25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

girdilər. Erəmənilərin qoyub qaçdığı ağ çaxırdan nübar eləməmiş, qırıcılar Yevlaxdan

qalxdı. Hava əlaqəsi alınmadığına görə kənddə bizimkilərin olduğunu qırıcılara xəbər

verə bilmədilər. Yevlax susurdu... Bu susqunluğu qırıcıların Hoğa kəndinə yağdırdığı

bombalar pozdu. Qırıcıları ruslardan od qiymətinə kirayə götürüblərmiş. Kim idi bizdə

qırıcı alan, ya onu idarə edən. Deyirdilər, ruslar qəsdən bizimkiləri qırıblar… Axşam

gün batmamış ermənilər təzədən yerlə yeksan olan Hoğa kəndinin bütün

yüksəkliklərinə qayıtdılar.

“Vğğğğğğğğ.... ıııııııınnn....!”

Bu da hərbi maşın – rus “Ural”ı...

...Xocavənd qaçqınları Ağcabədi ilə Taxtakörpü arasındakı asfalt yolla qoyun

sürüsü aparırdı. Birdən bu urallardan biri nəriltiylə döngədən çıxdı. Çobanlar birtəhər

yolun sağ-soluna atıldılar. Ural gəldiyi sürətlə sürünün ortasına helləndi. Təkərlərə

dolaşan qoyun-quzu krelə dəyib cındır əsgi kimi yan-yörəyə səpələnirdi. Maşın sürünü

başa-baş iki yerə böldü və uzaqlaşdı.

Bir-iki ağsaqqal kişi qəza ilə əlaqədar ordunun rayon mərkəzindəki qərargahına

getdi. Qərargah rəisi heç kimi qəbul etmədi. Axşam işdən çıxanda yaşlı kişilərin biri

onu yaxaladı:

“Başına dönüm, yoldaş mayor, bu qoyunların yiyələri Kurapatkində vuruşur.

Hamısının ailəsi, uşağı burda yataxda bu heyvanlarnan birtəhər dolanırdılar, indi biz

neyləyək?”

“A kişi, özün bilirsən, hərbi vəziyyətdi, gündə yüz meyit gəlir, sən də iki-üç qotur

qoyunun dalınca düşmüsən.”

“Yoldaş mayor, vallah əlacımız yoxdu.”

“Sən nə təhər adamsan, a kişi! Əmr dalınca gedən maşın yubana bilməz! Sürü

asfalt yolda nə gəzir?”

“Başqa yol yoxdu, qadan alım.”

“Get, get burdan, vaxtımı alma!”

Kişini itələyib UAZ markalı maşına yaxınlaşdı. Kişi dözmədi:

“Qurumsaxlar! Siz öləsiz, düz prezidentin yanınacan gedəcəm!”

“A kişi, ağzının qatığını dağıtma, get, nə bilirsən elə! Get, get...” – qərargahın

qarşısındakı əsgərlər kişini zorla itələyib darvazadan çölə çıxartdılar. Kişi arxasını

səkidəki ağacların birinə söykəyib dərindən köks ötürdü, sonra boynunu büküb

çarəsizcə duran yoldaşlarına baxdı və dedi:

“Evin yıxılsın, fələk!”

“Dam-daram-dam-duuuuum!!!!”

Bu dəfə, day özümü saxlaya bilmirəm, oğlumun hərbçilərinə əməlli-başlı hücum

edirəm. Ayağımı yüksəkliklərdən enib döşəmənin üstündə sıraya düzülən əsgərlərin

üstünə qoyub yerimdə bir dəfə buruluram. Ayağım da, nəmxuda, qırx dörd razmer! Başı

üzülən, qılçası çıxan, avtamatı düşən... Hərbi texnikaya dəymirəm. Hər necə olsa, əsas

insandı. İnsan olmayandan sonra topu, qradı kim atacaq?! Sonra bu şil-şikəst əsgərləri

xışmalayıb balaca yataqxana otağının künc-bucağına səpələyirəm… Bölük komandirinə

də bir şapalaq:

“Dur əynini geyin, kaşanı ye! Baş-beynimi aparma!”

81

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!