25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Veysəlliyə erməni hücum edəndə nə qədər əlləşdilərsə həmin tank işə düşmədi, kənddə

qoyub qaçdılar.

“Da-da-da-da!”

Zibilə düşmədim:

“Ay uşaq, qoy gözlərimin çimirini alım” – bunu da mən deyirəm. Dalınca da

ürəyimdə: «Avtomatdı. Görəsən, bu köpəyoğlu silahların səsini belə dəqiq çıxarmağı

hardan öyrənib?»

...Örüşdən evə qayıdırdım. Bir atlı çıxdı qarşıma, əynində hərbi paltar, əlində

avtamat. Yuxarıdan aşağı mənə baxıb:

“Sizin uşaqlar axşam bizim fermanın üstündən güllə atıblar. Bu, adama

sataşmaqdı. İndi səni öldürəcəm, onlara ibrət olsun.” – dedi.

“Qardaş, Allaha and olsun xəbərim yoxdu.”

“Kəs, düdük gədə! Bu da o döyül ki, müdiriniz əmimi ağacla vura!”

“Müdir vurub, get onu öldür də.”

“Qohumu döyülsən, səni öldürəcəm. Ora baax” - əlini Əmralılar kəndinə tərəf

uzatdı – “bilirsən orda hər gecə neçə adam ölür? Sən də onların biri...”

Avtomatı ayağa verdi. Çaşıb-qalmışdım, təzəcə qorxmağa başlayırdım ki,

güllələr səpələndi. Ayağımın altındakı toz-torpaq, xırda daş-kəsək sifətimə çırpıldı,

gözlərim tutuldu, elə bildim öldüm. Yalnız qarşımdakı adamın bərkdən güldüyünü

eşitdim. Gülüş at ayaqlarının səsinə qarışıb zəiflədi və itdi. Hardasa on dəqiqə yerimdən

tərpənə bilmədim. Elə bil ayaqlarımı yerə mıxlamışdılar.

“Da-da-da-da...”

Nə olur-olsun avtomat qüdrətli silahdı. Ama hərdən düşünürəm ki, gör bu

Kalaşnikov əclaf bəşəriyyətə nə qədər ziyan verib. Bəlkə də dünyada onun kəşf etdiyi

avtomat qədər insan qətlə yetirən silah olmayıb. Həm də avtomat daha çox ədalətsiz

əllərdə qaqqıldayıb.

Avtomat dedim yadıma düşdü, Ağcabədidə məşhur bir adam vardı: Cəbhəçi

Mamed. Raykomu devirib, bir müddət hakimiyyəti əlinə almışdı. Mamedin avtomatının

güllə yerləri uzun zaman Ağcabədi rayon İcra Hakimiyyətinin binasını və qarşısındakı

heykəlin postamentini bəzəyib. Sağlığınızı görüm, o güllə yerlərinə çox baxmışam,

hətta sığallamışam da! Mənə elə gəlib, hələ də istidi bu güllə yerləri. Elə bil Səməd

Vurğun məşhur misrasını məhz burada qələmə alıb: Soyuq divarlarda güllə-filan...

Əvvəllər binanın qarşısında Leninin heykəli olub. Deyilənə görə, Mamed onun da

təpəsini odlayıbmış. Sonra heykəli çiyinlərindən bir-iki santimetr aşağıdan kəsib ondan

Məmmədəmin Rəsulzadə düzəltdilər. Ağcabədidəki Rəsulzadənin köksündə Leninin

ürəyi «çırpınırdı». Aşağısında isə Cəbhəçi Mamedin güllə naxışı... Avtamat gülləsinin

yeri ağ mərmərdə gül kimi açılır.

“Uuuuuuu.... Uuuuuuu....”

Təyyarədi yəqin... Qırıcı. Ama qırıcının səsini dəqiq çıxara bilmir oğlum.

Qırıcının səsi hardasa burulur, əyilir, uzaqlaşdıqca daha çox uluyur.

...Bizimkilər Füzulinin ermənilər tərəfindən zəbt olunmuş Hoğa kəndinə hücum

planlaşdırmışdılar. Plan belə idi: əvvəlcə qırıcılar qalxıb kəndi bombalayır, sonra

tanklar-beempelər gedir, ardınca pexota. Qırıcılar gəlmədi, texnika işə düşmədi,

əsgərləri verdilər qabağa. Yalan olmasın, hər metrəyə bir əsgər itirmək bahasına kəndə

80

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!