25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İntəhası, qırıcı elə bir zibildi ki, raketi səsindən əvvəl gəlir. Daha doğrusu, əvvəl raketi

gəlir, sonra özü, ən axırda səsi. Atdığı raketlər Qarabağ insanının həyatından qiymətli

olduğu üçün qırıcıdan qorxanı avam hesab edirdilər.

Sağlığınızı görüm, mən də burada yaşadığım aylar ərzində bütün silah səslərinə

öyrəşdim. Part eləməmiş ürəyimdə deyirdim: «peka... avtamat... qrad...».

Üstəlik səslərə uyğun rəftar: top, qrad atıldısa yerə yat, avtamat və tank səsi

eşitdin qaç, bu artıq düşmənin yaxında olduğunu göstərir. Ama ən yaxşısı, elə yerdə

yaşa ki, bu səslərin heç birini eşitməyəsən.

Eeeee.... şəxsən mən o qədər qaçmışam ki! Özü də tumançaq.

“Erməni gəldi!!!” – gecənin bir aləmi eşitdiyin bu dəhşət dolu səsdən sonra nə

ana-bacı yada düşür, nə də pal-paltar.

“Budrudum!!! Uğğğğuğğğuğğğuuuuu... Bışşş!!!”

Hövlank qalxıram.

“Dam! Dam! Daram!”

Oğlumdu. «Elmlər»dəki oyuncaq mağazasından aldığı bir bölük əsgəri yenə

divanın, yorğan döşəyin ən əhəmiyyətli yüksəkliklərinə düzüb əməlli-başlı döyüş aparır.

Nə qədər çalışsam da, uşağa bu adətini tərgitdirə bilmirəm. Məni boğaza yığıb. Uşaqdı

də... Başa salmaq olmur. Başa salmaq olmur ki, ay bala, görürsən yatmışam, nə

guppagup salmısan. Bəlkə elə qorxuram! Nədi, adam-zad deyiləm? Topdan-qraddan

qorxmayan kafirdi. Bu sənin üçün, razborka-zaddı bəyəm? Mərmidi, üstünə düşdü,

düşdü də, neyləyə bilərsən?!

“Tr...trrr...tererere... dam!”

Bilirəm, tankdı.

“Ay uşaq, qoy yataq!”

Hara yatıram.

...Füzulinin Veysəlli kəndinin yanında bir ferma var idi. Payız vaxtı Haramı

düzünün qüzeyindəki dərə yoxuşa bu fermaya tərəf köç gedirdik. Birdən bir tank

göründü və tırhatır gəlib yanımızda dayandı. Düzü ilk dəfə idi ki, tank görürdüm. Nə

bədheybət səsi varmış! Bir az qorxdum da. Biləndə ki, bizimkilərdi, toxdadım. Tank

dayanan kimi içindən bir əsgər hobb eləyib yerə düşdü, salamsız-kalamsız yaxınlaşıb

say-seçmə qoyunlardan birini qoltuğuna vurdu. Müdirimiz qışqırdı:

“Ə, neynirsən?!”

Cavab gəlmədi. Əsgər qoyunu tankın içinə salladı, sonra da özü yox oldu. Müdir

atını tankın qabağına sürdü:

“A bala, bu qalxoz heyvanıdı, neyniyirsiz?”

Tank kərkinə-kərkinə müdirin üstünə yeridi. Müdir çəkilmədi. Əksinə atı

mahmızlayıb tankla döş-döşə dayandı.

“Qoyunu verin köpəyuşağı! Dərəbəylikdi bəyəm!”

Part, tanka bir ağac. Tank sanki ağrıdan dəli bir nərə çəkdi, tüstü-toz bir-birinə

qarışdı. Müdirin atı hürkdü. O, uzaqlaşan tankın arxasınca baxıb tüpürdü:

“Bay sizin ananızı... Qiryətiniz varsa, gedin Xocalının hayıfını alın.”

Sonralar öyrəndik ki, həmin tankdakılar Aşağı Veysəllidə xidmət edən əsgərlərdi.

Bu bölgədə vur-tut bircə tank var idi, camaatın gözündən basıb lotuluq eləyirdi. Aşağı

79

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!