25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Əvəzində Ağtəpə kolxozunun sədrini qulaqlayıb atdı bayıra. Çağırıb yanına, deyib ki,

hansı su ilə suvarmısan taxılını? Kolxoz sədri utandığından qıpqırmızı qızarıb, başını

aşağı salıb. Başçı deyib, sən nə həyasız adamsan, cındır bir möhürdən ötrü adam da o

sifətə düşərmi?

Həə… Yaxşı adamdı bizim başçı, işin yönünü-yöntəmini biləndi. Bakıda da böyük

hörməti var. Sən öl, müşavirəyə gələn adamları heç adam yerinə qoymurdu. Qonaqlığı

da, qalmaq məsələsini də Ağcabədi İcra Hakimiyyətinin boynuna qoydu».

Mamoğlu sözünü qurtarıb dərindən ah çəkdi:

«Həə, dayoğlu, dünyanın belə-belə işləri olur» - sonra başını qaldırmadan əlavə

etdi – «Axşam kök bir çəpiş kəsmişəm, gedək uşaqlara qovurtdurum, toqqamızın altını

bərkidək. İçmək istəmirsən?».

Yeməkdən sonra qalxıb yatağın ortasında kəndçilərimlə gap edirdim. Birdən

məktəb direktorunun müavini uzaqdan mənə əl elədi. Yaxınlaşdım. Mamoğlu da

hardansa peyda oldu. Müavin mamoğluna baxa-baxa əlindəki əmri mənə uzatdı:

«Təbrik edirəm, 16 saat dərs düzəltdik sənə. Adətən təzə gələnlərə 12 saatdan artıq

verilmir, amma day sən özümüzünküsən» - sarı, yarıçürük dişlər ölü bir təbəssüm

yaratdı müavinin sifətində. Mamoğlu da irişdi və əlimdəki əmri alıb diqqətlə gözdən

keçirdi:

«Allah xeyir versin!»

Günəş artıq qüruba əyilmişdi. Hardansa buzov mələməsi eşidildi. Təbiətin

sozalmaqda olan işığı palçıq daxmalardan ibarət bu şəhristanı daha da hüznlü göstərirdi.

Hərbi-siyasi məsələ

“Budrudum!!!”

Yarıoyaq olsam da, sırazı anlayıram. Top səsidi. Top səsi... Yaddaşımı kirkirədən

keçirsən də, bu səs qulaqlarımdan gedəsi deyil.

...Füzuli bazarından aldığım karalyoku pencəyimin qoluna silib təzəcə bir dişlək

almışdım ki, ərəsət qopdu. Elə bil hər şey mənim bu karalyoku dişləməyimə bənd imiş.

Qaçhaqaç, qovhaqov, yıxılan, duran, büdrəyən, qışqıran, zarıyan... hamı qarışdı biribirinə.

Birdən: «Budrudum!!!» Dalınca da insanın qulaqlarını cırıqlayan vəhşi bir

uğultu... Yenə şəhəri top atəşinə tuturdular. Qaçmağa macal yox idi. Yetən-yetən əlləri

ilə başını qucaqlayıb yerindəcə şöngüyürdü. Səs gələn səmtə baxdım, heç nə

görünmürdü. Uğultunun vahiməsi çiyinlərimdən aşağı basdı, mən də oturdum. Bu an

ikinci gurultu və ikinci uğultu göylərin boşluğunu ağuşuna aldı. Saniyədən də az zaman

ərzində nəsə qara bir şeyin şəhərin üstü ilə keçdiyini hiss etdim. Uğultudan əlavə,

partlayışabənzər səs gəldi, şəhər silkələndi. Qorxmağa başlamışdım. Görünür, Füzuli

şəhərinin şimalında, ən əhəmiyyətli yüksəkliklərin birində qərar tutan erməni hərbçiləri

bazarın koordinatını düz götürmüşdülər. Tərs kimi bazar günü idi, adam əlindən

tərpənmək olmurdu. Bazara düşən istənilən mərmi bir göz qırpımında böyük fəsadlar

törədərdi və başına mərmi düşən həmin adamlardan biri də mən ola bilərdim.

Füzulidə hamı topu, qradı, minemyotu səsindən tanıyırdı. Hətta qırıcının səsini o

biri uçaqlardan ayıra bilirdilər. Bu mənada şəhər əhalisinin sluxuna yağlı bir beş!

78

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!