25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

yıxılsın. Qolumdan daha bərk yapışdı. İxtiyarsız çevrilib onun gülməkdən artıq yox

olan gözlərinin çuxura buraxdığı seyrək kirpiklərə baxdım. Gülə-gülə söhbətinə davam

etdi:

«Sonra söz Ağtəpə kəndinin sədrinə verildi. O lətifəni bilirsən? Canavar deyir bu

ağlı kimdən öyrəndin, tülkü dovşanı göstərir ki, bu gözüçıxmışdan».

«Bilirəm».

«Ağtəpə kəndinin sədri o biri yoldaşının tamam əksinə danışdı. İşıq yanır, məktəb

işləyir, odun-ocaq boldu, üstəlik suvarma işləri də başa çatıb» - mamoğlu təzədən məni

hövsələdən çıxaran bir hırıltıyla uğunub getdi. Hannan-hana əllərini biri-birinə vurub

bərkdən dilləndi:

«Ananı sevim, məni qınayan! Su yoxdu yeee, a kişi! Bir damcı belə... Heç adamlar

içməyə tapmır» - təzədən hırıltı.

«Bəsdi də» - mən dedim.

«Başçı özü də çaşıb qaldı. Təkrar soruşdu: «Suvarma qurtarıb?!». Kolxoz sədri

əminliklə «Bəli» - dedi. Heyrətdən ağzı açıla qalan başçı bilmədi nə desin, kişiyə öz

təşəkkürünü bildirdi...

Sonra məni çağırdılar».

Mamoğlu ah çəkdi. Sanki bu çətin imtahanı indi burda da verəcəkdi. Gülməkdən

yaşaran gözlərinin nəmini qurulaya-qurulaya ciddi görkəm aldı:

«Belə yerdə gərək çox savadlı danışasan. Hətta elə bir dildə ki, heç kəs konkret bir

şey anlamasın. Məsələn belə – salam hörmətli başçı, əziz qonaqlar, müşavirə

iştirakçıları! Son vaxtlar ölkəmizdə gedən quruculuq işləri rayonumuza, eləcə də

rəhbərlik etdiyim kolxoza öz uğurlu töhfələrini verib – bu yerdə lazımdı ki, ölkə

başçısının bir neçə vacib fərman və ya sərəncamını tarixi ilə birlikdə yada salasan.

Qanının arasına girsə, belə şeylər girər. Sonra bu qərarın icrası üçün görülən işlər və s.

Mən də eynən belə elədim. İşıqdan, otlaqdan, odun-ocaqdan, təhsildən birtəhər sivişib

gəldim əsas məsələyə. Dəqiq yadımda deyil, suvarma barədə təxminən belə bir cümlə

işlətdim – suvarma işi bütün respublikada olduğu kimi bizim kalxozda da öz

aktuallığını saxlayır və bu istiqamətdə real addımlar atılmasını labüdləşdirir. Biz də

hörmətli rayon rəhbrliyinin göstərişinə əsasən bu yöndə lazımlı addımları atırıq. Bax

belə! Gördüm başçı gülümsəyir. Amma rəhmətliyin oğlu bataqlıqdan gül kimi çıxdığım

yerdə bir sualla təkrar məni itələyib çamurun içinə saldı: «Suvarma işlərini başa

çatdırmısan?». Bu artıq konkret sual idi və başçı məndən konkret cavab istəyirdi. Sən

olsan, yəqin deyərdin, a kişi, ət almısan ki, küftə istəyirsən?»

«Deyərdim».

«Amma gör mən nə dedim – yox, hörmətli başçı, hələ davam eləyir. Bundan sonra

«çalışın yekunlaşdırın» deyib məni vəziyyətdən çıxara bilərdi. Amma daha bir

gözlənilməz sual verdi: «Niyə qurtarmamısan?!» İndi fikirləşirəm ki, mənnən mırt

tuturmuş kişi. Ya da ağlımı, siyasətimi yoxlayırmış. Niyə qurtarmamısan? Uje bu yerdə

gərək Fridrix Engels olasan. Dedim, bağışlayın, cənab başçı, texnikamızda bir az

nasazlıq var, söz verirəm ki, yaxın günlərdə bu problemi aradan qaldıracam».

«İnanıram» – dedi – «Keç əyləş».

Müşavirədən sonra hamı gözləyirdi ki, Abadxeyirin kolxoz sədrinin fatihəsi

oxunacaq. Amma başçı onun ərizəsini cırıb-atdı. Dedi, get işlə, bir az təcrübə topla.

77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!