25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

«Görürsən, yenə səhv eləyirsən. Bu adamlar özüm ağırlıqda ərizə yazıblar məndən.

Bilirsən nələr yazırlar? Yazmaqda İsmayıl Şıxlı bunların yanında heç nədi. Mən

bunların ürəyini oxumağı bacarmasam, bir gün də işləyə bilmərəm. Deməli belə,

müəllimlər dərs keçmədikləri üçün direktorun yanında, direktor bu özbaşınalıqdan

rahatca pul qazandığı üçün müəllimlərin yanında üzüqaradır. Şöbə müdiri də,

direktordan aldığı rüşvətdən əlavə hərdən müəllimlərin maaşını kəsir. Dərs

keçməmisən, pul alırsan, iki-üç ayını da mənə ver. Əslində, düz eləyir. O da buna görə

müəllimlərə bir söz deyə bilmir. Hərənin bir üzqarası var, odu ki, bir-birini yola

verirlər. Camaat da ki, qoyun kimi şeydi».

«Rayonda-zadda görəndə yazığım gəlirdi bunlara» - yarıyuxulu adamlar kimi

dilləndim – «Bəs sən niyə öz etrazını bildirmirsən? Kəndin rəhbərisən axı».

«Çox cavansan hələ... Qulaq as, ictimai yerlərdə heç vaxt böyük adamların

əleyhinə danışma. Gördün əmin oğlunu?… İmkanı olsa, səni tutdurardı. Məndən sənə

amanat, pisləmə böyük adamları, lap düz desən belə».

«Yalan danışım?»

«Rəhmətlik Səlim müəllimi tanıyırdın? Yox, yadına gəlməz, uşaqsan. Tarixdən

dərs deyirdi bizə, çox əzazil müəllim idi. Bir dəfə Azərbaycanın SSRİ-yə daxil

olmasından danışırdı. Dedi ki, biz ruslarla könüllü birləşmişik. Əlimi qaldırıb ayağa

durdum, dedim, məllim, axı babam danışır ki, şura hökuməti gələndə kəndimizdəki

bütün qoçaq adamları, varlı adamları, din adamlarını güllələdilər, sürgünə yolladılar.

Hökumət adamı görən kimi arvad-uşaq kənddən qaçıb daşda-qayada gizlənirdi. Səlim

məllim iri addımlarla mənə yaxınlaşdı, qulağımın dibinə nə təhər bir şillə ilişdirdisə…

İnan o şillənin uğultusu hələ də qulağımdadır» – mamoğlunun gözləri dərinə çəkildikcə

daha çox parıldadı – «O şillədən sonra heç vaxt düz danışmamışam!» – azca fasilə verdi

– «Nə mat-mat baxırsan? İnanmırsan mənə? Həyatda bütün qazandıqlarımdan ötrü

Səlim müəllimə minnətdaram. Allah rəhmət eləsin o kişiyə».

Palçığı yoğura-yoğura yatağın ortasına tərəf addımladıq. Qolumu buraxmamışdı

hələ:

«Bir dəfə, aramızda qalsın, qaçqınların vəziyyəti ilə bağlı müşavirə keçirilirdi.

Bakıdan da adamlar gəlmişdi – Mərkəzi Komitədən, Qaçqınkomdan, Nazirlər

Sovetindən, Kənd Təsərrüfatı Nazirliyindən, Torpaq Komitəsindən... Bütün kolxoz

sədrlərini yığdılar. Mən də getdim. Qaçqınların vəziyyəti necə olmalıdı ki? Su yox, işıq

yox, məktəb yox, odun-ocaq yox, otlaq yox. Bircə adambaşına 5 min manat (təxminən

1 dollar) çörəkpulu verilir, vəssəlam. İntəhası işıq elə şeydi ki, 23 saat yanmasa da, 1

saat yana bilər. Məktəbi də həftədə ən azı bir gün açmaq mümkündür. Odun-ocağı da

birtəhər tapmaq olur. Odu ki, bu barədə nəsə ümumi bir şey demək olar. Amma faktiki

olaraq su yoxdu, kanal bomboşdu. Bunu day dəbbələmək mümkün deyil. Üstəlik

vəziyyəti rayon rəhbərliyi də dəqiq bilir, Bakıdan gələnlər də. Minlərlə müraciət gedib

ölkənin bütün rəhbər orqanlarına. Tərs kimi həmin il çoxlu taxıl əkmişik. Bizi əmin

etmişdilər ki, su gələcək. Suvarma mövsümü başa çatır, su dərdindən taxıl məhv olurdu.

Başçı əvvəlcə Abadxeyir kəndinin kolxoz sədrini hesabata çağırdı. Bu peydasız, sənin

kimi nə var onu söylədi. Zal dəydi biri-birinə. Başçı necə əsəbləşdisə... Qışqırdı bunun

üstünə: «Sarsağın biri sarsaq, iş görə bilmirsən, get ərizəni yaz!» İclas protokola düşür

axı» – gülmək tutdu mamoğlunu. Necə şaqqanaq çəkdisə, az qaldı müvazinətini itirib

76

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!