25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Mamoğlu bir az ehtiyatlandı deyəsən. Amma özünü o yerə qoymadı, bic-bic

gülümsədi:

«Dağılmış kolxozun nəyindən yazacaqsız, rəhmətliyin oğlu?! Beş-altı metis qoyun

qalıb, gəlin onu da sizə təhvil verim» – güldü – «Kişi təyinatnan işə gəlib, özünüzü

biabır eləməyin, bir akladını düzəldin getsin».

Əmoğlu:

«Sənə qalmayıb. Sən camaatdan oğurluyub satdığın soğanlardan danış».

Mamoğlu dinmədi və bu yerdə məktəb direktoru ayağa qalxıb, nəhayət ki, söhbətə

müdaxilə etdi. Özü də çıxışına əmoğluya hücumla başladı:

«Ə kişi, nə istəyirsən? Arvadını xadimə yazdırmısan, bir dəfə işə gəlmir, özün həm

pensiya alırsan, həm də 32 saat dərsin var, bir dəfə də sinifə girməmisən…»

Əmoğlunun əlləri əsdi:

«Yaxşı eləyirəm, əlimin içindən gəlir. Böyrəyim xəstədi pampers taxıb gələrəm

dərsə, kiməsə istisi-soyuğu olmaz. Sən vərəmdən pensiyaya çıxıb 40 saat dərs deyən

müəllimlərinin dərdini çək».

«Kimdi vərəm xəstəsi? Adını denən!»

«Özün yaxşı bilirsən kimdi».

Direktorun burun dəlikləri quruya atılan balığın qəlsəmələri kimi qalxıb endi:

«Hər il sentyabr-oktyabr ayını yaylaqda kef eliyirsiz, noyabrın ortası yığılırsız dərs

bölgüsünə. İki qara qəpik üstündə bir-birinizin ətini yeyib məktəbin qapısına da paslı

bir qıfıl asırsız. Burdan-bura öz balalarınızı kor qoyursuz. Hələ bir utanmıyıb danışırsız

da!» - səsini qaldırıb barmağını silkələdi – «Sən öl sizi yığaram başçının yanına,

şalvarınız əyninizdə duruş gətirməz!»

«Şərait yarat, dərs keçilsin!» - əmoğlu dilləndi.

«Nə şəraiti yaradım ə!» - direktor qışqırdı – «Sənin kimi nadürüstlərnən şərait

yaratmaq olar?!».

Əmoğlu direktorun üstünə dartındı. Müəllimlər araya girdi. Əmoğlu:

«Nadürüst sənin anasını çərrədib öldürən atandı. Havayı yerə sizə eşşək nəsli

demirlər. Ömür boyu bir dəfə yazı taxtasının qabağına çıxıb dərs danışmısan?! Bu

camaatın evini yıxan sənsən!»

Əmoğlunu itələyib çölə çıxartdılar. Direktorun rəngi avazımışdı. O, qarşısındakı

sənəd-sünədi yığışdıra-yığışdıra alçaq səslə dedi:

«Heç bir dərs bölgüsü olmayacaq. Gedirəm təhsil şöbəsinə, məktəbi

bağlatdıracam».

Müavinin boyu daha da qısaldı, başı arıq çiyinlərinin arasına çəkildi. Amma

sifətindəki məchul təbəssüm hələ də silinib getməmişdi.

Müəllimlər bir-bir, iki-bir dağılışdılar. Mən mamoğlu ilə çıxdım. Mehribancasına

qoluma girdi. Pişik gözləri parıldayırdı yenə:

«Sən fikir vermə, hər il belə olur. Əmin oğlu o söyüşlərnən demək istədi ki, 2

saatın başından keçdim. Lətifəsi səndən uzaq, itaparan olsun! Direktor da məktəbi

bağlayıram deməklə razılaşdı və hamıya bildirdi ki, hərə 2 saatından imtina etməlidir.

Görmədin müavin necə irişirdi. Sən belə şeyləri bilməzsən, dayoğlu».

«Bəs sən hardan bilirsən» - maraq məni bürüdü.

75

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!