25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

«Bir dəqiqə dayanın» – müavin ayağa durub qələmin arxasını stola vura-vura

sakitlik yaratdı – «Qayda belədi ki, rayon təhsil şöbəsi məktəbə göndərdiyi müəllimlər

üçün bir az dərs saatı da verir. Bu il heç nə olmadı. Hamımız yoldaşıq, yükün bir adama

düşməməsi üçün hərədən iki saat kəsəcəyik, vəssəlam.”

Yerdən səslər:

«Heç para saat da vermərəm».

«Yox əşşi, bostandı!»

«Sən öl bizi doluyublar e…»

«Balaca bir orta məktəbə altmış müəllim yığıblar» və s.

Müavin direktorun sifətinə baxıb gülümsədi və üzünü zala tutdu:

«Onda ixtisas üzrə bölgü aparılacaq. Kimin ixtisası nədirsə, o fənnən də dərs

deyəcək».

Qeyri-ixtiyari atamın əmisi oğluna baxdım. İxtisasımız eyni idi: tarix. Deməli,

əmoğlunun dərs yükü ən azı 12 saat azala bilərdi. Əmoğlu gözlərini sürüşdürdü və

qəzəblə müavinə tərəf çevrildi:

«Öz yalançı akladından kəs ver qoy dərs yükü düzəlsin» – adımı çəkmədi – «Gərək

mənim boğazımdan kəsəsən».

Müavin yenə gülümsündü. Bu dəfə onun dişlərinin də paltosu və müəllimlər

otağının «dekorasiyası» ilə eyni rəngdə olduğunun fərqinə vardım:

«Mənim nə vecimə, öz əmin oğludu, istəyirsən qovaq getsin».

«Əmim oğlu, əmim oğlu! Sən kimin əmisi oğlusan, hansı əmin oğluna bir tikə

çörək vermisən?»

Mamoğlu ayağa durdu:

«Ə kişi, dəlisiz, cinlisiz? Dövlətin məktəbidi, dövlətin dərsidi. Elə danışırsız guya

dədənizin malıdı. Bu uşaq öz gücünə ali məktəbə girib, indi də təyinatnan kəndimizə

göndəriblər, hamınızdan da savadlıdı. O, bura işləməyə gəlib, dilənməyə yox».

«Düz deyir! Mən dilənçi deyiləm!» – kişiləndim.

«Otur aşağı ə!» – əmoğlu mənə cocudu – «Bu da o deyil ki, müəllimlər otağında

Bəxtiyar Vahabzadəni pisləyəsən. Bilirsən kimdi Bəxtiyar?!» – boynunun damarları

zol-zol çıxdı – «Sən ağırlıqda kitab yazıb e!». Üzünü yana çevirərək naməlum

istiqamətə – «Hərə cibinə yalançı bir diplom dürtüşdürüb özünü adam yerinə qoyur».

«Məllim, indi Heydər Əliyev kimi adamı tənqid edirlər…»

Müəllimlər otağını qəribə bir sakitlik bürüdü və bu sakitlikdə əmoğlunun səsi daha

bərkdən eşidildi:

«Kim tənqid edir ə… Heydər Əliyevi?»

«Müxalifət qəzetləri».

«Hydər Əliyevi tənqid edənin yeddi başı gərək. Gedib qoşulmusan avara-uvaraya

ağlına gələni danışırsan. Kəs səsini, böyüklərə hörmət qoy» – üzünü direktora tərəf

çevirdi və arıq, hülqumlu boğazını irəli uzadıb udqundu – «Sən Allah görürsüz bunu?!»

Müavin yenə gülümsündü və yenə qələmin arxası ilə stolu taqqıldatdı. Mamoğlu –

kənd kolxozunun sədri müəllimlərlə xeyli çənə vurdu. Əmoğlunun hirsi soyumurdu. Bu

dəfə mamoğluya tərəf qıcandı:

«Sən də vəzifənə çox güvənmə haaa… Burda 40 nəfər müəllim var, hərəsi bir

qələm çalsa stolun arxanı yandırar».

74

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!