25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bayıra çıxanda pörtmüşdüm. Tərs kimi vətən haqqında yazdığım lirik şeirlər

yadıma düşdü, qəhərləndim.

«Ə kişi, gəl bəri, məllim dostumuzdu, bu saat həll edəcəm getsin» – qəflətən

rastıma çıxan mamoğlunun belə arxayın danışmasına təəccübləndim. Doğrudur, o,

vəzifə sahibi idi – kəndimizin kolxozuna rəhbərlik edirdi, amma şöbə müdirində ki o

sifəti görmüşdüm, işim çətin düzələrdi. Ən azından bu gün, bu saat düzəlməyəcəkdi.

Sənədi qapıya tərəf tolazlamaq hara, üstündən iyirmi dəqiqə keçməmiş qol atıb möhür

vurmaq hara.

«Gəl, gəl» – mamoğlu israrla məni şöbə müdirinin otağına tərəf dartdı, qapını

döymədən içəri girdi, mehribanca görüşdülər. Mamoğlu:

«Məllim, niyə bir dəfə ayağını biz tərəflərə qoymursan, bir qulluq eləyək

qardaşımıza…»

«Sağlıq olsun» – şöbə müdiri ayağa durmuşdu.

«Dayım oğludu, savadlı uşaqdı. Bağışlıyın, sizi yaxşı tanımır. İndi nəsil cırlaşıb,

özün bilirsən. Amma düzələr, qanan uşaqdı».

«Dayın oğlu sənə oxşamayıb» – şöbə müdiri bu dəfə təbəssümlə məni süzdü. Mən

yarı içəridə, yarı çöldə boynumu büküb durmuşdum. Mamoğlu sənədləri şöbə müdirinin

stolunun üstünə qoydu:

«Düzələr inşallah».

Şöbə müdiri yerində əyləşib stolun siyirməsini çəkdi. Dairəvi möhürü, möhürün

yastığını çıxardı. Sonra stolun sağ güncündəki qələm qabına sancılmış qələmi götürüb

eynəyini gözünə taxdı. Qaşlarını qaldırıb imza yerini axtardı. İmza atandan sonra

möhürü açıb ağzına yaxınlaşdırdı:

«Huuuuuuu….»

Tap! Bu da müəllimliyimin təsdiqi. Mamoğlu da boş dayanmadı, əlini cibinə atıb

dörd dənə şax əlliminlik çıxardı və stolun üstü ilə yavaşca sənədlərin altına sürüşdürdü.

Çölə çıxanda qoluma girib sakit səslə dedi:

«İyirmi şirvan verdim haaa… Qaytararsan. Di get, səni təbrik edirəm».

Əlimi sıxdı, xırda, yaşıl gözləri qıyılmış kirpiklərinin arasından pişik gözü kimi

parıldadı.

Mən yataqdakı məktəbin ağ şirmayidən quraşdırılmış müəllimlər otağına girəndə

beş-altı həmkarım krossvord doldururdu. Məktəbin tədris işləri üzrə müavini başda

əyləşmişdi. Arxasındakı şkafın qapısına iri təqvim vurulmuşdu, üstündə türk müğənnisi

Sibel Canın şəkli... Direktor müavininə yaxınlaşdım, salam verdim, «xoş gəlmisən» -

dedi və yarıçürük dişlərini göstərdi. Əynində sarı rəngli palto varıdı. Eynən müəllimlər

otağındakı stolların və şkafın rəngində. O, sanki bu görkəmi ilə otaqdakı əşyalara

hopmuş, onların ayrılmaz tərkib hissəsinə çevrilmişdi. Gözümü açandan onu müavin

kürsüsündə görmüşdüm. Kəndimiz yerində olanda da elə beləcə sarı rəngli palto

geyinirdi. Bəlkə də həmin palto idi əynindəki. Bəlkə heç yatanda da soyunmurdu o

paltonu. Bir anlıq mənə elə gəldi ki, onu bu vəzifədə əbədi bərqərar eləyən bu sarı

rəngli paltonun sehridir. Neçə məktəb direktorunu yola salmışdı və yola salmaqda idi.

Elə beləcə… Gülə-gülə… Əsəbləşdiyini, kiminləsə höccətləşdiyini görən olmamışdı

72

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!