25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İrəli cumdum. Balabəy əlinin arxası ilə sifətimə qapaz qarışıq bir şillə ilişdirdi.

Etiraf edim ki, əli çox ağır idi. Arxaya iki addım atıb dayandım. Balabəy əlavə etdi:

«Nəsil-nəcabətini söydürmə mənə. Komendantdan tutmuş keçəl Siyateləcən o

kəsin var-yoxunu beləliyərəm ki, mənim qabağımda lotuluq eləsin. Eşitdin?»

Dinmədim, əsəbi halda xeyli mənə baxdı, «Qobustan qayaları»nı biri-birinə sıxdı.

Gicgahlarındakı əzələlər oynadı. Az keçməmiş yumşaldı, boynumu qucaqlayıb, məni

sinəsinə sıxdı və yumşaq səslə dedi: «Get yat, sabah danışarıq.»

Sabah heç nə danışmadıq, təbii… Ama maraqlı o oldu ki, otaq yoldaşımı çağırıb

əməlli-başlı hədələmişdi: «Bir də onun xətrinə dəysən, səni iti qovan kimi qovaram.»

Tezdən harasa gedirdim, gördüm otağından saz səsi gəlir. Kimsə radioda qaytaqlı

səslə oxuyurdu:

«Dünya sənin cəlalında başa varan görmədim…»

Azca aralanmış qapıdan içəri baxdım, əllərini başının altında çarpazlayıb

mürgüləyirdi…

Sən də deyirsən tanımırsan Balabəyi! Özü də mübahisə eləyirsən. Nə? Bu o

adam deyil? Məzələnmə… Məzələnmə dedim! Dəqiq bilirsən? Nə təhər o adam deyil.

Bəs bu o adam deyilsə, hansı Balabəydi?

Mənim 16 saatım

Universiteti bitirən kimi təyinatımı qış yataqlarına verdilər. Kəndimizin Ağcabədi-

Zərdab yolundan on-on beş kilometr şərqdə yerləşən qarğı-palçıq şəhristanına…

Təyinatımı verdilər! Elə də deyirəm guya halva yemək olub.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirdiyimdən rayon təhsil şöbəsində bəh-bəhlə

qarşılanacağımı düşünürdüm. Necə bəyəm, camaatın bu çətin günündə savadlı kadrlara

ehtiyac yoxdumu? Nə qədər gülməli görünsə də, özümü savadlı sayırdım.

«Niyə gecikmisən?!» – rayonumuzun təhsil şöbəsinin müdiri burnunun ucunda

saxladığı eynəyin arxasında noxud boyda görünən gözlərini uzun-uzadı təyinat kağızına

dikib uca səslə soruşdu.

«Bir həftədir sizi gözləyirəm, rayonda yox idiniz» – səsim gərləşmişdi nədənsə.

Başını aşağı əyib eynəyin üstündən təəccüblə mənə baxdı.

«Nə demək istəyirsən? İşə gəlmirik dəəə... deməli».

«Əstəğfrüllah! Mən elə demək istəmədim».

«Sən molla məktəbini qurtarmısan, yoxsa “api”ni? Əstəğfrüllah nədi?»

Tutuldum.

«Yerim yoxdu, get yanvarda gələrsən!».

«Onda təyinatıma yazın ki, işlə təmin edə bilmədik. Axı göndərildiyim yerdə ən

azı bir il işləməliyəm».

Bu dəfə enynəyini çıxarıb masanın üstünə qoydu:

«Kimlərdənsən ə? Dünənki cücə, mənə cip-cip öyrədirsən?!»

Sənədlərimi qapıya tərəf tolazladı:

«Çıx get. Mən sənin kimi avaralarnan işləyə bilmərəm!».

71

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!