25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

«Var».

«İnanmıram, əmə höjət də eləmirəm. Mənim oxumaxnan-yazmaxnan aram

olmuyuf heç vax. Bir il birə, iki il ikiyə, üç il üçə getmişəm. Hərəsinə də, ildə cəmi bir

dəfə. Hər dəfə də eyni həftədə, bəlkə, eyni gündə. Ona görə, dərsimiz eyni şey olub:

«Qıratın tərifi»

Çənlibeldən səni deyif gəlmişəm

Nə bilim nə, Qırat gəl…

Elə bil arvad-zaddı Qırat. Xı-xı-xı-xı-xı… Öxxxxxö… Ööööxxxx… xxxtfu!» –

başını stolun altına əydi. Əlindəki damino daşlarını rahatlayıb kiməsə (bəlkə də mənə)

qışqırdı:

«Aha! Tayını gəldim».

Altının qoşasını stola çırpıb yerinə dolayladı və üzünü yenə mənə çevirdi:

«Hə, şair, bu üç-dörd ildə, axır ki, əzbərlədim «Qıratın tərifi»ni. Ömrü boyu

kitablardan öyrəndiyim bircə budu. Ama yaman şeirdi, hə? Kopooğlu Qıratı elə

tərifliyir, elə bil ballistik raketdi.»

Balabəy arağı tərgidəndən, urufu mənə keçdi elə bil. İçib saat üçdə, dörddə qapını

döyürdüm. Gözlərini ovuşdura-ovuşdura tumançaq çıxırdı otaqdan: «Kimdi?»

Hər dəfə üzr istəyib içəri keçirdim.

Bir belə, iki belə, beş belə, iyirmi beş belə… Day «kimsən» demir, qapını açıb

dinməzcə hücrəsinə çəkilirdi.

Bir dəfə məni adsız barmağının işarəsi ilə çağırdı:

«Ey, sluşi, ayağını bəri qoy».

Yaxınlaşdım. Çöldən, dəmir qapının çərçivəsinə vurulmuş zəng düyməsini

göstərdi:

«Bu, bilirsən də nədi?»

«Bilirəm».

«İndən belə, nə qapını döyürsən, nə də qorxa-qorxa «ay Balabəy dayı» deyib

kefini pozursan, eləcə barmağını bura toxundurursan, vəssalam! Bax belə…»

Düyməni basdı, ördək balasının ritmik səsi eşidildi:

«Gördün?!»

«Eşitdim».

«Malades! Di get, əmə, axşam çalış az içəsən».

Bir gecə otaq yoldaşımla dalaşmışdım, küsüb gedirdim. Saat hardasa üç-dörd

olardı, kefli idim. Birinci mərtəbəyə düşəndə otaq yoldaşım məni arxadan qucaqladı.

Qulağının dibinə bir şillə! Səndələdi. Qapıya tərəf cumdum. Qışqırdı:

«Balabəy!»

Balabəy hövlank qalxıb otağından çıxdı. Yenə də tumançaq və ayaqyalın idi.

Otaq yoldaşım haray saldı:

«Qoyma getsin, piyandı, maşının altında qalacaq. Qoyma…»

Mən Balabəyi də basdalayıb keçmək istədim.

«Olmaz» – dedi – «get yat, sabah hara istəsən gedərsən.»

70

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!