25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

maqnitofon, tok çaydanı, bir çarpayı, bir tumbuçka. Hərdən, gecələr arvadı özünü

təpirdi Balabəyin yanına. Təkcə bu fakt kifayət idi ki, kişinin əməlli-başlı

«düzəldiyinə» əmin olasan.

Balabəy yataqxananın birinci mərtəbəsindəki foyeni çayxanaya çevirdi. Nərdli,

daminolu çayxanaya... Özü almışdı hamısını. Bütün xidmətlər kimi çay da pulsuz idi

burada. Hətta, azyaşlı uşaqları belə çaysız yola salmırdı Balabəy. Bir yandan da

musiqi xidməti… Sazdan, estradadan tutmuş “Bulaq” verilişinəcən. Nüşabə

Əsgərlinin pərəstişkarı idi. Balaca otağının uçuq-sökük yerlərini onun şəkilləri ilə

örtmüşdü. Nüşabə barədə xüsusi parnoqənaətləri vardı Balabəyin: «Bu cür arvadlarda

nə bilim nə necə olur. Xi-xi-xi-xi…»

Ardınca da:

«Öxxxö, öxxö! Səsim dalımnan çıxır, iştahıma bax! Xi-xi-xi!»

Qaçqın şəhərciyinin nərd üzrə çempionuna dalbadal bir-neçə mars verəndən

sonra, Balabəyin həyatının yeni, ekzotik səhifələri açıldı bizimçün. Sən demə,

möhkəm nərd atırmış. İndiyənəcən Bakıda oynamağa layiq bircə nəfər tapa bilib.

Onun da aşının suyunu verdi. Özü də məzələnə, məzələnə: «Dümbüşünü oyna ə…»,

«Duduşdar», yaxud, «Dürtüşdür», yəni, dubarələr, «Şoqqulu» - şeş qoşa, «Çıxart

dürt»- çahar du, «Çıxart sər» - çahar sə, «Pencək» - pənc yek, «Yıx sürü» - yığdılar və

s. və i a. Ən maraqlı və mürəkkəb təyinat isə «Boz qurd» idi. «Boz qurd»! Dörd

çahara belə deyirdi. Nə biləsən niyə? Bunu çox sonralar öyrənə bildik. Dörd cahara

cayıllar adətən «Canavar» deyir. Balabəy daha avanqard yozum verib dördlərə:

canavar – qurd eyni şeydi. Qurdun da ən güclüsü boz qurddu. Bununla təkcə

bozqurdçulara rəğbətini numayiş etdirmir, həm də oyunu hökmən qələbə ilə başa

çatdıracağına işarə vururdu. Dörd çaharı rəqib atanda heç vaxt «Boz qurd» ifadəsini

işlətmirdi. Sadəcə deyirdi: «Dördəmlə görək!»

Nərdi harda öyrənsə yaxşıdı? Türmədə.

«Mən ölüm, nə üstə yatmısan, Balabəy!» – keçəl Siyatelin oğlu zarafatlaşmaq

istədi bir dəfə.

«Ə, bir arvada sataşmışdım dana! Hayasız elə şivən qopartdı elə bil ömründə kişi

görmüyüf.»

«Bir şey eləyə bildin, mən ölüm?»

Zəri ovcunda qarışdıra-qarışdıra yanpörtü keçəl Siyatelin oğluna baxdı:

«Elədim»

«Deynən sən öl!»

«Mameyin başı haqqı, elədim»

Hamı güldü. Balabəy də bir anlıq «Qobustan qayaları»nın «füsunkarlığını»

nümayiş etdirib ağzını yumdu. Tütün qoxusu bir az azaldı və o hülqumlu boğazını

uzadıb atdığı zərə baxdı:

«Genə də duduşdar…»

Deyirsən, tanımazsan, lovğalıq olmasın, Balabəy də məni tanıyır. Soruşsan bəlkə

xatırlayar. Bir dəfə məni «prikol»a da tutub:

«Şair, bu qədər yazırsız, bir dolanışıx-zad var yanı?»

69

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!