25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

O saat bilirdin ki, yenə vurub Balabəy. Vurub və pis günə düşüb. Eyvandan

boylanırdıq. Ağzına qoruyucu bağlamış ağ xələtlilər ambulansın xərəyində aparırdılar

onu. O da heydən düşən qollarını sağa-sola ölçə-ölçə nəsə danışır, söyür, söyüşlər

ağzında topuq vururdu.

Dabbaxda gönünə bələdəm Balabəyin.

Rastlaşanda dil-ağız edərdik:

«Həmişə ayaq üstə!»

Qımışardı. Üçcə gün keçməmiş yenə həmən-həmən idi! Yenə arvadının səsi

yataqxananı başına götürərdi:

«Ay Allah, necə ölmür e… bu qeyrətsiz!»

Uşaqları utanıb başını aşağı salırdı. Amma, eşitdiyimə görə, daldada anaları ilə

əməlli başlı dava-dalaş salırdılar. Üçü də çox istəyirdi atasını. Balabəyin «ambulans

macərasına» uşaqlarının göz yaşları da daxil idi.

Balabəyin arvadı Dərnəgül yolunun üstündə pal-paltar satırdı. Bir qolu şikəst idi

yazığın, qrad qəlpəsi dəymişdi. Ama neyləyirsən, tək qoluynan bütün oğlanlarını

əsgərlikdən qurtardı, ikisini evləndirdi. Hərəsinə yataqxanadan bir otaq aldı. Hər biri

min dollara… Bu «evləşmə»lərin Balabəyə ağırlığı ondan ibarət oldu ki, ömrünün iki

gecəsini də «Semaşko»da keçirdi. Səhərlər isə paxmelin üzücü əzabları… Bah-bahbah!

«Allah var irəhimi var!»

Qonşumuz keçəl Siyatel bütün yataqxana əhlindən fərqli olaraq Balabəyin

aqibətindən xatircəm idi. «Bu düzələn deyil» kimi bədbin fikirlər ağlının

həndəvərindən dızıldamırdı da!

Keçəl Siyatel necə demişdisə, elə də oldu. Günlərin bir günü, eynəkli bir

«doxtur» gəldi yataqxanaya. Balabəy yataqxana uşaqlarını ambulans səsinə

öyrətmişdi. Hamı əyləncə kimi baxırdı eyni süjetlərə; Vıy… Vıy… Ağ xalatlılar…

Xərək… Balabəyin ağarmış çöhrəsi… Söyüşləri… Ama bu dəfə məsələ ayrı cür idi,

deyəsən. Eynəkli «doxtur» əlində kubşəkilli çanta ümumi koridorda görünəndə

uşaqlar qaçıb köhnə yataqxananın yırtıq-deşiyinə doluşdular.

«Ə, it oğlu it, o zəhrimar nədi ki, ata bilmirsən. Sən öl iynə vurub öldürəcəm səni.

Eləməsəm, koppayoğluyam! Ağsaqqal adamsan, biabır eləmisən bizi…». Uşaqlıq

dostu imişlər. Odu ki, doxtur yaman düşdü Balabəyin üstünə, götürüb xəstəxanaya

apardı. Təxminən üç ay bütün yataqxana «ambulans macərası»na həsrət qaldı.

Yelbeyin şəhər həyatı baş verənləri tezliklə unutdurdu.

Üç aydan sonra Balabəy gəldi. Özü də necə? Şıx geyimdə, gözündə eynək…

Rəngi avazısa da, ovurdları dolmuş, gözləri çökəkdən çıxmışdı. Bircə dişləri həmənki

idi: sapsarı və uçuq-sökük.

İçkini tamam atmışdı Balabəy, siqareti tərgidə bilmirdi amma. Bir dəqiqə diyan

da! Necə yəni düz bilmirsən! Bəli, Zəngilandan idi! Zəngilanın orta göbəyindən. Yox,

yerazlarla ana tərəfdən qohumluğu vardı. Ona görə, oğlanlarını yaxşı işə düzəltdi. Biri

bp-də işləyir indi, biri mühafizədə. Balaca da Gənclik metrosunun yaxınlığında

internet-klub açıb. Nə isə… Qoy sözümü deyim.

İçkini atmaq düşdü Balabəyə. Komendant yataqxanaya qarovulçu qoydu onu.

Binanın girişində kiçik bir otaq düzəltdilər. İçində balaca ağ-qara televizor,

68

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!