25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

«Xalan nə təhərdi?»

Uşaq utandığından başını aşağı saldı, burnunu çəkib ayaqqabısının ucu ilə

torpağı təpikləməyə başladı.

«Eşitmirsən ə?» – kişi təsbehini sırıqlısının cibinə qoyub arxadan iki qolunu

uşağın boynuna saldı və əllərini çənəsinin altına sürüşdürüb ona tərəf əyildi:

«Sənnənəm! Xalan nə təhərdi? Corcinin qəhbəxanasına gedirmi yenə?»

Uşaq diksindi, böyük qəbahət yapmış kimi gözlərini bərəldib uğunmaqda olan

saqqallı kişilərə baxdı. Onu bayaqdan əzizləyən kişi elə şaqqanaq çəkdi ki,

müvazinətini saxlaya bilməyib yerə çökdü. Uğunmaqda olan kişilər sifətlərini əlləri

ilə bir-birindən gizlədirdilər.

O axşamdan sonra bu balaca evin yarlığı boynundan asıldı. Hətta qadınlar

belə evin təzə təşbehini işlətməkdən çəkinmirdilər. Bu adın Corcinin evinin taleyinə

mistik təsiri oldu. Gedib gələn azaldı. Corci özü də buralarda az-az görünməyə

başladı. İndi Corcini övladı ikiyə çatan cavan gəlinlər axtara bilərdi.

Bircə Abbasəli! Yazıq Abbasəli… Evin təzə adı zatən onun «əhatə dairəsi

xaricində» olan mənəvi dünyasını alt-üst etmişdi. Bir müddət hamının həsəd

apardığı «bəy otağı»ndan səs-səmir gəlmədi. Handan-hana bəlli oldu ki, küsüb

Corcidən, ona bəslədiyi sonsuz məhəbbəti məşhur kalafasında dəfn edib və təzədən

qayıdıb öz yeraltı dünyasına. Üstəlik rayonda, asfaltda, örüşdə, hətta yardım gətirən

maşınlar arasında “Cip” gördümü, arxasını çevirirdi: «Birdən Corci olar». Arxa

çevirmək Abbasəlinin ən radikal etiraz aksiyası idi.

Adamların çoxu Abbasəlidən fərqli olaraq, hələ də bir daşı, bir ağacı, bir

təpəsi olmayan, yeknəsəq yeraltı damlarıyla şimalı-cənubu bilinməyən bu

düzəngahın qibləsini Corcinin evi deyin təyin edir, gecələr yol azan çobanlar səmtini

bu evlə dəqiqləşdirirdilər. Zarafatla bura «Amerika səfirliyi» deyənlər də vardı.

Gündüzlər isə Corcinin evinə günəşdən kölgələnən qoca ulaqlar yaxınlaşırdı.

Balabəy

Ə kişi, yaxşı görək! Yaxşı! Yaxşı. Mən tanımıram Balabəyi? Qapıbir qonşu

olmuşuq e… Böyük oğlu İlqar, ortancılı Səlimxan, balacası Hətəm… Üçünü də

əsgərlikdən dəlilik adına qurtarıblar. Baxanda inanmazdın ki, bu pəzəvəng uşaqlar

Balabəyindi. Ama hardasa suyu çəkirdi, yoxsa analarından şübhələnərdi adam.

Balabəy nə Balabəy! Dişləri Qobustan qayalarına oxşayırdı. Astra siqaretindən o

qədər dartmışdı, zəfəran kimi sapsarı idi. Gözləri çökəyə düşmüşdü.

Dərnəgüldəki 12 saylı yataqxanada qalırdılar.

Birdən evlərində vay-şivən qopurdu:

«Öldü! Yenə öldü!!!»

Arvadı qışqırırdı:

«Səni qara yer yesin! Birdəfəlik öl, qurtarsın canımız!!! Səni heç qalxma bu

yastıqdan!»

67

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!