25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

mənə məktub yazsan, öz adresini versən, inan ki, hər gün məktub yazaram sənə. Mən

sənin kimi deyiləm. Xahiş edirəm, Natiq, mənə tez-tez məktub yaz, məni məktubsuz

qoyma. Mən o biri məktubumda yazmışdım ki, mənə şəklini göndər. Ürəyə bax ki, sən

o məktubu almamısan, ancaq şəklini göndərmisən. Amma doğrudan insafsızsan. O nə

sözlərdi yazmısan? «Əgər məndən yana darıxsan, şəklimə baxarsan, darıxmasan, o

sənin öz işindir» nə bilim nə. Özün bir fikirləş. Yol gözləyən qız gözlədiyi adamdan

yana darıxmazmı? Natiq, mənə bir dənə də şəklini göndər, ancaq gözündə açki

olmasın. Qəşəng düşmüsən, ancaq, gözlərin görsənmir. Yaman arıqlamısan. Fikir

eləmə, hər şey yaxşı olacaq, inşallah. Natiq məhləmizdə toy evi tikirlər, inşallah sən

gəlib hazırını görərsən.

Səlvər dayının qzı İlhaməni apardılar. Cəfər dayının qızı İlhaməni nişanlayblar

xalası oğluna. Vüqarın bacısı İlahəni nişanladılar Azalı bir oğlana.

II binadakı Rəşidin qızı qoşulub qaçdı. Eldənizin bacısını Habilə verdilər.

Deyəsən Habili də əsgər aparacaqlar, ona görə tez qızın sözünü alıblar. Məhləmizdə

olan təzə xəbərlər bu qədər.

Natiq, səndən bir xahişim var. Özünü qoru, ehtiyatlı ol. Bilirəm ki, Sahib də, sən

də heç özünüzü fikirləşmirsiniz. Natiq, heç olmasa mənim xatirimə özünü qoru. Bir də

ki, arxayın ol, bil ki, yolunu gözləyəcəm. Və sənin bir barmağına belə tikan batmasını

istəmirəm. Bu günlə düz 208 gündür ki, hər axşam dal balkona çıxıb Allaha dua

edirəm.

Natiq, məni məktubsuz qoyma. Dözə bilmirəm. İnanırsan ki, az qalıram gedim

vayenkomata, Deyim ki, məni yollasınlar sən olduğun yerə. Döyüşə bilməsəm də

sənin yanında olaram. Bu mənə bəsdir. Görəsən götürərlər məni? Kaş bir quş olardım,

uçub gəlib səni görüb qayıdardım. Eh, Natiq sözüm çoxdur. Yazdıqca yazmaq

istəyirəm. Ancaq bəsdir. Sənə yazdığım məktubları bilmirəm necə göndərim. Sənin də

məktub yazmağını istəyirəm. Amma o məktubun da mənə necə gəlib çatacaq

bilmirəm. Mənə məktub göndərsən Zülfiyə xalaya yazarsan ki, elə eləsin heç kim

bilməsin. Xahiş edirəm. Əgər bir adam bilsə inan ki mən ölmüşəm. Qonuşlarımızı ki,

tanıyırsan.

Mamamın da acığına gələr. Danışdığımızı mamama demişəm. Bir az hirsləndi ki,

atan bilsə öldürər. Dedim neyləyim mama əsgər gedirdi. Allah qoysa, gələndən sonra

danışmağa getməyəcəm. Elə dedim ki, dinməsin... Nə edim. Əlimdən səni

gözləməkdən başqa bir iş gəlmir. Ancaq gözləmək.

Sağ ol. Bir xahişim var səndən. Elə elə ki, bu məktubum ələ düşməsin, cır at.

Özündən müğayat ol.

Özünü qoru.

4.09.1993

(Cır at xahiş edirəm)

Əziz və hörmətli Şükür qardaşım, necəsən, keyfin necədi. Qaqa helə mən də

səninçün darıxıram. Qaqa bir də sən haçan evə gəlirsən. Qaqa sən gələndə mənə

remen gətirərsən. Qaqa bir də sənin 22 mart ad günüvü təbrik edirəm. Sənə 100 il

ömür arzu edirəm. Qaqa day nə yazım. Birdəfəlik evimizə qayıtmağuvu gözliyirəm.

63

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!