25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İnarənin bacısının əsəbləri pozulmuşdu. Bayaqdan rabitəsiz cümlələrlə Xocalıya

ərə gedən İnarənin başına gələnlərdən danışırdı. Əri şəhid olub, üç yaşlı oğluyla

qalıbmış yazıq gəlin. Xocalı alınan gecə meşədə oğlunu itirir. Nə qədər çalışırlar,

qonum-qonşuya qoşulub Ağdama gəlmir. Tək-tənha qayıdıb uşağını axtarır. Təsadüfən

meyidinin üstünə çıxır. Uşaq əvvəl yaralanıb və xeyli iməkləyib. Barmaqlarına tikan

batıbmış. Sonra qan itirdiyindən keçinib. İnarə bacısına deyirmiş, onu basdırmaq

istədim, amma mənə elə gəldi barmaqlarındakı tikanlar qəbirdə incidəcək onu, tikanları

bir-bir çıxartdım, sonra dəfn elədim.

Bu hadisə İnarədən çox bacısına təsir etmişdi. Amma arvadlar danışırdılar ki,

anası çəkdiyini içində çəkir, heç yas yerlərində də ağlamır. Eləcə oturub matdımmatdım

baxır. Çoxu da deyirdi, başı xarab olub ona görə.

İnarənin bacısı danışdı, danışdı birdən başladı oynamağa.

“Bu də sənin Laçının! Dovşan kimi qovaladılar hamınızı. Hökumət hanı, hökumət?

Tamah çəkdi apardı, yedi-yedi doymadı! A general, a general, soxdun papağını yerə...”

“A ləçər!”- başını buladı Əlimərdan, buladı, buladı və susdu.

“İsgəndər əmi gəlir!!!” – kimsə qışqırdı.

Hamı həyəcanla çevrilib yatağa daxil olan növbəti köç maşınına baxdı. İnarənin

bacısı oyununu saxladı, general oturduğu stuldan üzüqoylu yıxılıb, tozun içinə

yumalandı.

Şəhid məktubları

Morqda işləyən Kubra xanım şəhid olmuş əsgərlərin cibindən çıxardığı bu

məktubların güllə yerlərini və qan ləkələrini olduğu kimi sizə təqdim edə bilmədiyi

üçün təəssüflənir və nöqtəsinə, vergülünə, hətta qrammatik səhvlərinə belə

toxunmadan çap etdirməklə ovunmağa çalışır. Üstəlik zamanın öz dəsti-xətti ilə

qələmə aldığı bu hekayətləri ixtiyarınıza buraxmaqla təskinlik tapır, düşünür ki, indən

sonra bu kağız parçaları əvvəlki qədər ağır olmayacaq, onları kitab rəfindən götürmək,

o üzə, bu üzə çevirmək, hətta işığa tutub oxumaq mümkün olacaq.

Hörmətli məktub

Əvvəlan salam. Necəsüz Lələ Güli Elçin Feyruz Hikmət necədir. İşləriniz necə

gedir. Bilirəm indi iş əlindən başuzu qaşımağa vaxtuz yoxdur. Əgər mənim kefimi

xəbər almaq istəsəz sağ-salamatam. İşlərim də yaxşı gedir. İndi biz bir neçə gündür

təlimi başa vurmuşuq. İndi isə pexota təlimi keçirik. Pexota təlimi minemiyot

təlimindən çətindir. Günüzlər dəniz qırağında dağda paliqona gedirik gecələr isə çölə

hücumu öyrənirik. Yorulmayasan çox əladır maraqlıdır.

Burda bir leytnatla tanış olmuşam, nə vaxt istəsəm məni kağızsız buraxa bilər.

Amma qorxuram gələm. Gəlsəm birdən yoldaşlarım döyüşə gedər. Komandirimizə

demişəm, döyüşdən kağıznan buraxacaq. Day lələm mənim üçün gəzməsin.

Burda yanımda Kolinofkadan 2-i nəfər var. Biri Məmmədin oğlu Mehrabın

arvadının qoxumu Elmidar təyyar oğlu biri Xavizənin oğlu idrisin gəlininin qardaşı

Tehran gülseyin oğlu. Mənim sözüm bu qədər. Yazın görüm öz kefiniz necədir. Lələ

59

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!