25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

“Əmir müəllimi Laçının girəcəyində yaralayıblar. İsgəndər əmidən xəbər yoxdu.

Bir də eşitdiyimə görə, şair Möhübbətgilin köçü mühasirəyə düşüb.”

“Qardaş hey!”

Qollarını tutmuşdular generalın, başına çırpa bilmirdi daha.

Oğlanları sakit-səssiz dayanıb, general atalarının yesir gününə tamaşa edirdilər.

Əslində, bu mənzərənin özü İsgəndərin əsir düşməsindən heç də az təsirli deyildi. Mən

hələ anlamırdım bunu. Üç il sonra biləcəkdim ki, atanın acizlikdən ağlamasını seyr

eləmək övlad üçün nə deməkdir. Üç il sonra qoca nənəmin meyitini yumağa su

tapılmayacaqdı. Bir qızın minnətinə düzələn traktor daş yola çıxar-çıxmaz «xoddan»

düşəndə, dədəm heç yana əl çatmayan, ün yetməyən bu sonsuz, palçıqlı düzəngahın

ortasında oturub hönkür-hönkür ağlayacaqdı. Mən də dədəmin palçıqlı əllərinin

arxasıyla işığı sozalan gözlərini necə quruladığına baxa-baxa güvəndiyim dağların qar

altında qaldığını bütün ağırlığı ilə anlayacaqdım və könlümü qara bir bədbinlik

çulğayacaqdı.

İsgəndərin körpə uşaqları səs-səsə verib ağlaşırdılar. Yenicə ayaq tutub yeriyən yaş

yarımlıq qızı da ağlayırdı. Təbii, o, nə baş verdiyini anlamırdı, ancaq «əmi»nin

dəliliyindən hiss edirdi ki, nə isə «yaxşı iş» olmayıb.

“Qardaş heyyy...”

General zabitəli səslə bağırdı. Amma həm istinin bürküsü, həm də dərdin ağırlığı

əldən salmışdı kişini. Yatağın ortasında stul qoyub əyləşdirdilər. General artıq səyyar

haray-həşirdən oturaq ağıya keçmişdi. Yana-yana ağlayırdı. Ona verilən təsəllilər boş

və mənasız idi. Dədəm də dinmirdi.

Növbəti köç maşını yatağa daxil oldu:

“İsgəndər əmidən xəbər yoxdu. Kənddən çıxan axırıncı dəstə Kosalar yaxınlığında

mühasirəyə düşüb, İmranla Nabatı əsir götürüblər, uşaqları burda yataqdadı. Qara

müəllimi yolun ortasındaca güllələyiblər. Zəriş xala maşından düşəndə yıxılıb, ayağını

sındırıb. Ona görə, qoyub qaçmağa məcbur olublar. Gülgəz arvadı gecə çınqılın

ətəyində itiriblər. Şair Möhübbətgili də tutublar. Qardaşını da, qardaşı oğlunu da əsir

aparıblar.”

“Bəs Möhübbət?” – Əlimərdan soruşdu.

“A bala, Möhübbətə nə gəlib?”

”...Başını kəsiblər ...Yolun qırağındakı tut ağacının altında.”

“Vay-vay-vay! Ay Allah, nədi günahımız? Kərəm elə, İlahi!

General azca fikrə getdi, bir azdan yorğun səsi yenidən eşidilməyə başladı:

“Qardaş heeyyyy...”

Kimsə dözmədi artıq, qranat kimi partlayıb daxaldan çölə sıçradı:

“A qeyrətsiz, camaatın ölüsü ölü döyül?!”

O idi... İnarənin bacısı...

“Özünü qoymusan həyasızlığa. Bilirsən bala itirmək nədi? Gecə... Qaranlıq meşə...

Ər şəhid... Üç yaşlı körpə itkin... Bir yandan da tanklar, avtomatlar... Həəə, a

qeyrətsiz?!

“Ay ləçər! Ay ləçər!”- daha heç nə demədi Əlimərdan.

58

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!