25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

General

“İsgəndər əsir düşüb!”

Xəbər təzə-təzə binələnən qaçqın düşərgəsinin üstündə ildırım kimi şaqqıldadı. İsgəndər

kolxoz sədrimiz idi və kənddə elə bir adam tapılmazdı ki, yaxşılığı keçməsin. Kölgəli

adam idi İsgəndər, igid adam idi! İndi gəl yurdunun dağılan, yuvanın yağmalanan vaxtı

belə xəbərlərin ağırlığına tab gətir.

Qış yatağına bir-bir, iki-bir gələn köç maşınları ilə bahəm qara-qara xəbərlər də

gəliridi.

“İsgəndər əsir düşüb!”

“Vay aman, Allah hey!” - bunu dədəm dedi və maşından yenicə tökdüyümüz veşvüşü

günün altında sərili qoyub yatağın ortasına - İsgəndərin qardaşı Əlimərdangilə

yollandı.

“Qardaş heeyyy..! Qarnın yansın, ay nənə!” - Əlimərdan papağını yerə atıb başınabaşına

döyür, arvad kimi hıçqırıb ağlayırdı.

Kimsə tutmaq istəyirdi onu:

“Səbrin olsun, Əlimərdan, işin dəqiqini bilən yoxdu hələ.”

Əlimərdan heç nə eşitmirdi, başını nağaraya döndərmişdi. O, bədəncə nəhəng

adamıdı, ortasına örkən dolanmazdı. Qızıl dişləri toppuş sifətinə xüsusi yaraşıq verirdi.

Odu ki, ağlamaq yaraşmırıdı bu kişiyə, heç yaraşmırdı.

Əlimərdan ruslar demiş, «delavoy» hərəkətləri ilə rayonda ad çıxarmışdı. Buna

görə ona «general Akberov» deyirdilər. Kənddəki evi sarayı xatırladırdı. Bir bağı vardı

gün axşamacan gəzib qurtarmaq olmazdı.

General Akberovda heç çavuşluq da qalmamışdı. Dərd oynadırdı onu. Bir yana

baxanda günahı yoxudu kişinin. Yetim böyümüşdülər hər iki qardaş, çox əziyyətlər

görmüşdülər. Hələ-hələ çörək tapıb adam kimi yaşayırdılar ki, belə oldu. Həm də

İsgəndər elə adam idi ki, ona bütün camaat yanırdı, onda qalmış, doğmaca qardaşı ola.

“Qardaş heeyyy... Namərd qardaş!” - qıyya çəkirdi Əlimərdan.

Generalın başına toplaşanlar xısın-xısın pıçıldaşırdılar:

“Bir dəstə adam kolxozun mal-qarasını kənddən çıxarmaq istəyib. Laçının çayına

enəndə görüblər ki, yol bağlanıb. Naxırı Həkərinin qırağında qoyub geri dönüblər.

Kəlbəcərə tərəf... Gecə vaxtı erməni mühasirəsinə düşüblər. Hərə özünü bir kolun

dibinə atıb. Təsadüfən üç yoldaş yolun bir tərəfinə düşüb, tək İsgəndər bir tərəfinə.

Ermənilər maşınla gəlib onların arasında dayanıb. Düşüb başlayıblar axtarmağa.

Yoldaşlar yolun altı ilə özlərini meşəyə verib aradan çıxıblar, İsgəndər qalıb.”

Barıt qoxusu çəkilməmiş hadisəyə qeybət donu geydirənlər də tapıldı: «İsgəndəri

öz yoldaşları öldürüb, heyvanı da Kəlbəcərdə satıblar. Bu şayiəni də yayıblar ki, onları

sorğu-suala çəkən olmasın».

Əlimərdan üçün bu söhbətlərin əhəmiyyəti yox idi, deyəsən. Hər iki halda, özü

demiş, bir kəndə bab gələn qardaşını itirirdi.

Daha bir köç maşını vığıltıyla yatağa daxil oldu. Əlimərdan kiridi. Köç sahibi

düşüb ağır-ağır camaata yaxınlaşdı:

57

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!