25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qoyur, toyuqlarını kükə salır. Torpağın üzünə gözəl tikmələr çəkib. Gecələr fanarı evin

orta dirəyindən asır. Fanar öləziyən şöləsiylə qaranlıq daxmaya daha da hüznlü görkəm

verir. Gecələr bu tərəflərdən keçəndə səsini qıssan, Anaxanımın gizli-gizli ağladığının,

ya da öz-özünə nəsə danışdığının şahidi olarsan, için tökülər. Bu dünyada torpağı

Anaxanım qədər ürəkdən sevən, ona Anaxanım qədər yaxın olan ikinci bir adam çətin

ki tapılsın. Zəlzələ olanda da ilk dəfə o hiss edib və qalxıb bütün yatağa hay salıb.

Torpağı sevdiyindəndir ki, camaatın yığışıb ona daxal tikməyinə razı olmadı. Çox vaxt

pay-püşkünü də qəbul eləmir qohumların. Səbəbini özündən başqa kimsə bilməz.

Yalnız ehtimallar yürütmək olar: «İnciyib», «Özünə sığışdırmır», «Ehtiyacı yoxdu» və

s.

Yaxşı toyuqları var. Xoruzlu, fərəli, beçəli bir sürüdü. Yeyəndə tək yemir

çolpaları. Yumurta hədiyyə etməyi lap çox xoşlayır. Xüsusən, uşaqlara... Novruz

bayramında. Gecələr bir az qayğılı yatır toyuqlarından. Ətraf boş səhralıqdı. Tülküsü

var, çaqqalı var, oğrusu-əyrisi var. Xüsusən, yay vaxtı hamı çıxıb gedir yaylağa,

yataqda üç-dörd ev qalır, onlar da yatağın o biri başında...

Nə qədər çalışırlar yaylağa getmir Anaxanım. Bu onun həyatının sirli

harmoniyasını pozacaq sanki.

Yay uzunu işi-gücü örüşdən qurumuş təzək və şax-şəvəl toplamaqdı. Ta o qədər ki,

qışın üç ayı sərasər yandırmağa çatsın.

İldə iki dəfə sevinir Anaxanım. Bir Novruz bayramında, bir də camaat yaylaqdan

yataqlara köçəndə. Hiss eləyirsən ki, hamı üçün darıxıb arvad. Gedib bir-bir toxunur

qohumlara, hal-əhval tutur, dağdan yanaqları turp kimi qızarıb gələn toppuş uşaqları

öpür, dişləyir, ağladır. Birdən döyür guya... Gözündə yoxdu Anaxanımın. Hamı uşağını

etibar eləyir ona. Elə baxır, doğma anasından da yaxşı. Hətta bəzən qəribə bir ərklə

uşaqları doğma analarına tapşırır:

“Qaşını-gözünü az tumarla! Uşağa bax!”

Köçənə macal bu ərk yalvarışla əvəz olunur:

“Sən Allah, uşaqdan muğayat ol, çox geridi. Deyillər, dağ bu il yaman nəmişlik

olacaq, soyuqdan gözlə, yeməyinə fikir ver.”

Sonra da hədə-qorxu:

“Payız gələndə belə sınığ olsa, vay halına!”

Anaxanımın xoşbəxtliyi yaz başı sonuncu köç maşını yataqdan çıxıb gedənəcən

çəkir. Həm tənhalığın, həm gələcək istilərin kədəri bir az da qocaldır Anaxanımı, bir az

da torpağa oxşadır. Yayı əyri-üyrü dirəklərin üstə qurulmuş iki metrlik çardağında

keçirir. Qəribədir, aranın isti yay gecələrində bircə metr hündürlüyə qalxdınmı, havanın

nisbətən dəyişdiyini açıqca hiss eləyirsən.

O günü yatağa getmişdim. Gördüm Anaxanımı. Qohumların dediyinə görə,

xəstələndiyimi eşidib, xeyli narahat olub. Özümə bildirmədi amma:

“Balaların nə təhərdi?”

...Çevrilib düzənliyin ortasındakı balaca təpəcikdən – Anaxanımın yeraltı

damından korun-korun qalxan təzək tüstüsünə baxdım. Ağappaq idi... Bulud kimi...

56

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!