25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qaçqınçılıqdan altı ay sonra qohumlarımızdan biri Kəlbəcər üzdən aşıb getmişdi

kəndimizə. Onun gətirdiyi xəbəri bütün ailə üzvlərimiz söz-söz cümlə-cümlə əzbər

bilirik. Bu cümlələri təhrif edən olsa, daxmamızda əməlli-başlı mərəkə qopar:

"...Qıfılı sındırmışdılar. Hər yeri qırıb-töküb axtarmışdılar. Salamat pəncərə yox idi.

Pilləkəndə bir qarış ot bitmişdi. Həyətinizdə cəngəl əlindən yerimək olmurdu.

Məhəllədəki evlərin və ot tayalarının heç birini yandırmamışdılar."

Evimizi son dəfə fotoşəkildə gördüyümdü. Uzaqdan çəkilmiş pozuq, bulanıq bir

fotoşəkildə... Onu da bizə vermədilər. Kənd bütöv düşmüşdü deyin üstündə dava idi.

Üzünü çıxarmaq isə heç cür mümkün deyildi.

Anaxanım

Dədəmin birinci arvadı olub Anaxanım. Həm də yaxın qohumudu. Bir yerdə on ilə

yaxın ömür sürüblər, övladları olmayıb. Tale gülməyib üzlərinə. Səbəbi özündə biləndə

«gəl üzüsulu ayrılaq» deyib dədəmə. Dədəm də razılaşıb, yaxın-uzaqda yaşayan

qohum-əqrəba da... «Elin adəti var, doğmayan arvadı saxlamazlar!»

Balaca daxmalarında nə varsa, tən bölüblər. Bir daxma qalıb, bir də bir inək. İnəyi

ona bağışlayıb dədəm, daxmanı özü götürüb. Deyilənə görə, heç inəyi də aparmaq

istəmirmiş: «Nəyimə gərəkdi, saxlayanım yox, otaranım yox. »

Zənbilini qoltuğuna vurub, inəyini qabağına qatıb getmək istəyəndə, «Dayan»

deyib dədəm:

«İlk oğlumu sənə verəcəm... Qoy qocalanda yiyə dursun sənə».

Dinməyib Anaxanım, başını aşağı salıb.

Miladın 1976-cı ilinin ilk günü mən gəlmişəm dünyaya. Dədəmin ilk oğlu,

babamın ilk oğul nəvəsi... Daha doğrusu, yanvarın ortalarında doğulmuşam, sənəddə

birinə yazıblar. Uşaqlığımı dumanlı xatırlayıram. Amma ağlım kəsəndən ta bu günəcən

özümə qarşı hədsiz sevgi duymuşam Anaxanımdan. Yalan olmasın, əllərində anamın

əllərindən artıq bir hərarət hiss etmişəm. Böyüdükcə bu gerçəkliyi mistik vahimələrlə

qavramışam. İllah da eşidəndə ki, dədəmlə Anaxanımın arasındakı söhbəti başqa heç

kəs bilmir. Hətta doğma anam belə...

Sonradan mənə məlum olmayan səbəbdən dədəmlə Anaxanımın sevdası baş

tutmayıb.

İndi Bakıdayam... Darısqal bir yataqxana otağında. Ailəmlə, övladlarımla...

Anaxanım isə Ağcabədinin Taxtakörpü qəsəbəsindən İmişli sərhədlərinə qədər

uzanan kəndsiz-kəsəksiz, ağacsız və susuz düzəngahın ortasında... Kəndimizin qış

yatağında. Yatağın lap kənarındadı yaşadığı yeraltı dam. Olmuşam bu damda. Adam

məzar kimi enir bu qəribə olacağın içinə. Ətrafını təxminən bir metr qazıblar. Damın

ortasına basdırılan dirəklərin üstünə mil qoyublar. Milə perpendikulyar yerləşdirilən

qabırğaların o biri ucu xəndəyin tinindədir. «Tavan»ın sağ küncündə açılmış kiçik

bacadan bir ovuc göyüzündən başqa heç nə görünmür. Xəndəyin evin içinə düşən

hissəsindən mebel kimi istifadə edir Anaxanım. Üstünə qab-qacaq yığır, fanar, çıraq

55

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!