25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Əvvəllər evimizin qabaq qapısı birbaş həyətə açılırdı. Sonalar qarşısında mətbəx

üçün ikimərtəbəli otaq tikdik. Evimiz külək ağzında yerləşdiyindən ikinci mərtəbəsinə

şüşəbənd qoymadıq. Tək kubiklə tikdirdik. Dədəmin söylədiyinə görə, evimiz çox

xərc aparıbmış. Bütün xırda-para hesabları da nəzərə alsaq, hər bir iri daş "urus

onluğuna" gəlib oturub divara. Otaqlar hamısı təmirli, qapılar hazır, içinin mebelfilanı

yerli yerində. Amma yenə də proyekt başa çatmamışdı və dədəmə görə, bu

haradasa üç-dörd il də davam edəcəkdi. Buraya daxil idi nələr: artırmanı uzatmaq,

hamamı, tualeti evə köçürmək, tövləni evdən uzaqlaşdırmaq, çardağı götürüb yeni

tikilmiş mətbəxlə bahəm vurdurmaq və s.

Mətbəximiz tam təmir olunmamışdı. Sərəyalın yaxasındakı bulaqların birindən

boru ilə çəkdiyimiz su ikinci mərtəbəyə rahatca qalxırdı və bütün günü şırhaşır axırdı.

Krantın böyüyü isə həyətdə, evin sağındakı ot tayasının yanında idi.

Aynabəndimizdə daha çox didilmiş yun olardı. Ora gündöyən yer olduğundan bu

cür ev işləri üçün əlverişli idi. Özümüz dolayı otaqda yaşayırdıq. İçəri girən kimi

diqqəti divardan asılan böyük fotoşəkil cəlb edirdi. O anamın atasının şəkli idi və

açığını deyim ki, o vaxt ən böyük dərdimiz bu nurani kişinin vəfatıydı. Şəkli əmim

poçtla göndərib Moskvada böyütdürmüşdü. Qaçhaqaç vaxtı anam birinci o şəkli

götürdü. Dədəm Arandan xeyli gec gəlmişdi və gəlib çıxanda kənddə, demək olar, heç

kim qalmamışdı. Gətirdiyi maşın isə çox balaca idi. Odur ki, evin ən vacib əşyalarını

yüklədik maşına: un, düyü, çörək, xalçalar, yorğan-döşəyin üzü, televizor, pal-paltar,

qab-qacaq, yatıb-duracaq və ən əsası çadır...

Evimizə gələn qonaqlar kallayı otaqda qalırdılar. Kallayımız xeyli böyük və

yaraşıqlı idi. Beş böyük pəncərəsi vardı. Tavandakı çilçıraq yağlı boyayla rənglənmiş

ağappaq otaqda minbir rəngə çalırdı. Dədəm bu çilçırağı ermənilərə qıymadı.

Ayağının altına stul qoyub dartdı və tavanı dağıdıb yerindən çıxartdı. İşıqçün uzanan

nazik şunur yağlı boyanı xışıltıyla yarıb qapının tininə qədər uzandı. Anam ağladı...

Evimiz çox əziyyətlə tikilmişdi. Əvvəla, yeri sərt idi, ikincisi, qapısına maşın

gəlmirdi. O boyda tikilinin daşını, qumunu, sementini dədəmlə anam çiyinlərində

daşımışdılar. Odur ki, evimizdən əbədi ayrılacaqlarını xəyallarına belə gətirmək

istəmirdilər. "Yəqin bir həftəyə, uzağı on günə, bir aya qayıdarıq"- deyirdilər.

Sürücümüz Füzulinin Veysəllisindən idi. Qaçqınlığın nə olduğunu bilirdi. Odur

ki, maşına doluşmazdan əvvəl anama dedi ki, xala, evinizə son dəfə rahat -rahat

tamaşa elə, gözlərinə köçür... Bir daha görməyəcəksən .

Anam qapının qıfılını vurub aşağı düşdü, bağçanın qapısını örtdü, ayağı bağlı

toyuqları yeşiklərə doldurub maşına qoydu. Sonra çevrilib evimizə xeyli tamaşa elədi.

Ən axırda əyilib evin "ayağından" -divarla torpağın birləşən yerindən öpdü və

dinməz-söyləməz qayıdıb maşına əyləşdi.

Biz uşaqlar "kuzada" idik və sevindiyimizdən atılıb düşürdük. Bu əzəmətli dağın

kölgəsində və bu maşın görməyən həyətin darısqallığında keçən beş-on il ömür

bezikdirmişdi bizi. Maraqlı yerlər görəcəkdik yəqin. Düzəngahlar... Futbol... Bircə

ona heyif ki, qapıdakı "daşqa"nı götürmədik. Bizimçün o boyda kənddə bu "daşqa"

qədər qiymətli şey yox idi və baxan olsaydı, bəlkə də evimizdən daha artıq o

"daşqa"nın arxamızca pıçıldadığının şahidi olardı: "Məni atdınız..."

54

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!