25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Axşam düşər-düşməz kəndə girdik. Vədələşib ayrıldıq; hərə öz evinə tərəf.

Cəngəli yara-yara evimizə yanaşdım. Həyətə girərkən kimsə arxadan tutdu məni.

Vahiməylə çevrildim. İtimiz!

Adamsızlamışdı itimiz. Sırmandı üstümə, əlimi, ayağımı, üzümü, tüfəngimi

yalamağa başladı. Quduz dəymiş elə elədi ki, özümü saxlaya bilmədim, oturub

hönkür-hönkür ağladım. Hannan-hana özümə gəlib evə baş çəkdim. Qapı-pəncərəni

sındırmış, kallayı otağımızdakı şifoneri üzüqoylu aşırmışdılar. Döşəmədə əsgər

çəkmələrinin izi vardı. Vəssəlam! Qalan heç bir şeyə toxunmamışdılar.

İt mənə qoşulub gəldi, indi budu arxaşdadı. Allah qoysa, birlikdə kəndə

qayıdacağıq. Bircə evlənmək problemini həll edə bilsəydim... Qohum-qardaş o qədər

üz vurub ki, day bəhanə gətirməyə söz qalmayıb. Kənd üçün verdiyim vədlər isə

aktuallığını itirdiyindən əməlli-başlı gülüş doğurur. Qınamıram onları, yaş keçir. Qırxı

haqlamışam uje. Saçım da tökülür. Bir müəllim yoldaşım var, deyir, Dima, tez evlən,

saçın töküləndən sonra sənə qız gəlməyəcək. Hi-hi-hi... Həm də savadsızlaşıram

getdikcə. Sənəti işlətmirəm deyin unudulub gedir. Artıq yumşaq işarənin hansı

sözlərdən sonra qoyulduğu xatirimdən çıxıb. Əşşi, heç lazımım da döyül! Durum

görüm döllək necoldu.

Evimiz

Evimiz kəndin ayağında yerləşirdi. Kənd Sərəyal dediyimiz dağın yanınacan

uzanır-uzanır, dağın dibi ilə axan çayın əlüzyuyanında bizim evimizlə sona çatırdı.

Evimiz kənddəki evlərin çoxundan böyük idi və Sərəyaldan baxan hər hansı nikbin

yazıçı onu kəndin qabağı ilə "irəliləyən" dəstə başçısına bənzədə bilərdi. Ələlxüsus da

çardağına görə... Qıpqırmızı rəngi, hava üçün qaldırılmış dəlikləri, novalçaları. Evin

qarşısında ucalan və yarpaqları mətbəxin pəncərəsindən içəri soxularaq otaqlara bahar

təravəti yayan çinar isə bambaşqa aləm idi.

Aradan on bir il ötsə də, evimizin bütün incəliklərini, ən xırda özəlliklərini, hətta

haradan nə hava duyulduğunu, necə qoxu gəldiyini dəqiqliklə xatırlayıram. Məsələn,

evin ön divarının sağ tərəfində, aynəbənddən təxminən bir metr aşağı - divarın içində

sərçə yuvası vardı. Dəfələrlə nərdivan qoyub çıxmış, o yuvanın içindəki fındıq boyda

yumurtalara baxmışdım. Boz sərçənin cikkildəyə-cikkildəyə yuvaya girib çıxdığını da

az görməmişdim. Pilləkən tutalğacının da, mətbəx qapısının da rəngi göy idi,

aynabənd isə ağ boya ilə boyanmışdı. Alt mərtəbədəki pəncərələrin hamısına cağ

vurulmuşdu. Cağların naxışı eyni idi. Arxa zirzəmidən kəsif nəm qoxusu gəlirdi. İşıq

çəkilməmişdi bura. Qış vaxtı taxta çəlləkdə qoyduğumuz kələm turşusunu, boş arı

yeşiklərini, köhnə çemodanları, qara çay yeşiklərinə yığılan irili-xırdalı məişət

əşyalarını bu otaqda yerləşdirmişdik.

Pilləkənimizi də unuda bilmirəm. Hətta pillələrin sayı da yadımdadır: on beş...

Özü də Bakı kubikindən tikilmişdi pilləkənimiz. Tutacaq yerini də əla

düzəltdirmişdik. Nazik boru... Günəş öz şüaları ilə birlikdə...

53

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!