25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

zəifdi. Hərdən deyirəm, ay nənə, şükür Allaha, varımızdı, ye, iç özünə korluq vermə.

Kimə deyirsən... Bir yerdə duran döyül. Daxalımızın qarşısındakı bir kapal döllək ona

baxır. Döllək bilirsiniz nədir? Təzə doğan qoyunları quzunun ayağı yer tutunca,

mayalanınca ana-bala bir yerdə saxlayırlar. Buna döllək deyirlər. Küləkli günlərdə

dölləyə özüm göz qoyuram. Qorxuram soyuqlasın nənəm. Zarafata salıb deyirəm, ay

arvad, balaca adamsan, çölə çıxarsan, külək götürüb aparar səni, yaman günə qalarıq.

Deyir, ay oğul, heylə mənə yanansan evlən, dərddən-azardan qurtar məni. Evlənmək

də ki, sizin Dimanın ən yaralı yeridi.

Nənəmin balacalığı və zəifliyi barədə ən gözəl sözü dədəm deyib: "Arvad, səni

pişik yesə, doymaz." Dədəm çox baməzə kişidi. Amma qaçqınlıq yaman əsər eləyib

kişiyə. İçinnən əriyir elə bil. Baxmayaraq ki, vəziyyətimiz yaxşıdı. Mən müəllim

işləyirəm, əlim cibimdə ayda otuz-qırx "şirvan"ım var. Hər ikisi pensiya alır. Hələ

çörəkpulunu, o biri humanitar yardımları demirəm. Üstəlik heyvanımız var.

Yediyimiz əmcək yağıdı, üzdü pendirdi, "sveji" qatıqdı. Qəflətən pul lazım oldu, apar

bir toğludu, sat, papağını əyri qoy. Gül kimi daxalımız, yeraltı tövləmiz, çardağımız...

Dədəm özü yaxşı dülgərdi. Düzdü, öz camaatımıza pulnan işləməyə ar eləyir, amma,

baxma, hərdən beşdən-üçdən qazancı olur.

Mənim müəllimliyim isə əməlli başlı komediyadı. Payızın iki ayını yaylaqda

keçiririk. Noyabrın əvvəli yatağa köçüb toplaşırıq xaricilərin quraşdırdığı ağ məktəb

binasına - dərs bölgüsünə. Adətən bura əli ağaclı gedirəm. Ayağımda da "girzovoy

sapok." Dərs yüküm otuzdan bircə saat kəm oldu ha, bir vay-şivən salıram ki, gəl

görəsən. Xasiyyətimi bilirlər. Bilirlər ki, Moskvadan belə yazıb dünyanı biri-birinə

vuracam. O qədər "şuluq" işləri var ki...

Dərs də ki, qaçqın düşəndən bir saat belə keçməmişəm. Açığı uşaqların savadsız

böyüməyi narahat eləmir məni. İndi o zamana döyül. Mən sentimental adam deyiləm;

ay vətən belə, millət belə, dağ belə, aran belə... Bu nədi, araq içib saza qulaq asırlar,

şeir deyib ağlayırlar. Mənlik deyil bu işlər. Saza da qulaq asıram, şeirə də! Hələ desən

düşəndə vururam da! Amma yerli-yerində. O ki qaldı ağlamağa, bu həyatımda bircə

dəfə olub.

Kəndimiz alınandan sonra erməni gəlib bir neçə evi yandırıb, əlinə keçəni

götürüb getmişdi. Kənd boş idi. Hərdən gəlib yenə bir-iki ev yandırıb, bir-iki ev qarət

edib gedirdilər. Bir gün qohumlardan biri ilə sözləşdik ki, azuqəmizi də, silahımızı da

götürüb gedək, kəndimizə baş çəkək. Onda hələ Kəlbəcər alınmamışdı. Mənim

ovçuluğum da var axı... Biz tərəflərin bütün bənd-bərəsini ovcumun içi kimi

tanıyıram.

Kəlbəcər üzdən rahatca aşıb kəndimizə getdik. Gündüz olduğu üçün kəndə

girməyə cürət eləmədik. Qənşərdəki meşədə oturub xeyli müşahidə apardıq.

Qaçqınçılıqdan iki-üç ay keçməsinə baxmayaraq, kənd tamam dəyişmişdi. Cəngəl

basmışdı hər yanı. Evlər güclə görünürdü. Sakitlik... Bir inni-cinni yox... Qu desən

qulaq tutular. Kənd necə dəhşətli görünürdü, İlahi! Evlər div kimi adamın üstünə

gəlirdi. Bizim evin pəncərələri sındırılmış, həyətini ot-ələf basmışdı. Saqqal uzadan

kor adamı xatırladırdı evimiz. Bu saat əl uzadıb tutacaqdı ətəyimdən. Tutub hay-küy

salacaqdı. Sonra da "gözlər"indəki sirli qaranlığın boşluğundan kimsə tüfəngini

uzadıb güllələyəcəkdi məni. Dolmuşdum!

52

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!