25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

qaçqınçılıq düşdü. İndi Ağcabədidəki qış yataqlarında yaşayıram. Şükür Allaha,

imkanımız pis deyil. Yüzə yaxın qoyunumuz var, beş-altı inəyimiz. Hələ atdan, itdən,

üzdən iraq, ulaqdan danışmıram. Bircə dərdimiz var - su! Buralarda su tapılmaz.

Xaricilərin hesabına Taxtakörpünün yol ayrıcındakı arteziandan yaxşı borular

çəkiblər. Di gəl ki, həftədə bir dəfə bu krantlarda su olur, ya olmur. Su gələndə camaat

elə sevinir, elə sevinir deyirsən bəs dünya çempionatında qol vurulub. Bir qaçhaqaç,

bir qovhaqov, bir haray-həşir düşür ki, adam az qalır havalana. Fit çalıb papağını göyə

atan kim, çırtma çalıb oynayan kim, sevindiyindən qəşş edib yerə yıxılan kim... Pisi

odu ki növbə üstündə dava salırlar. Hətta vedrə ilə biri-birinin təpəsini-gözünü vurub

əzənlər də olur. Hamı birinci olmaq istəyir bu məmləkətdə. Heç kim siyahının

ortasına, sonuna düşmək istəmir. Suya da ki, etibar yoxdu, birdən gördün

zümzüməsinin şirin yerində xırp kəsildi. Əlin hara çatacaq? Bundan sonra ağzını

turbaya dirəyib ha sümür, ha özünü öldür, xeyri yoxdu, balaların susuz qalacaq. Nə

qədər çaynik-çaynik dilənmək olar.

Suyun kəsilmə təhlükəsi növbədəki dava-dalaşın aqressivliyini artırır. Bir

müəllim yoldaşım var, talantlı adamdı, axır ki, beyin işlədib milləti bu növbə

böhranından əməlli-başlı xilas etdi: növbədəkilərin dairəvi siyahısını tutdu. İstənilən

adam siyahının həm başlanğıcı, həm də sonudur. Su harada qurtarıb növbəti dəfə

siyahı həmin adamdan başlayır. Saat əqrəbi istiqamətinə... Artıq hər şeyi taleyin

ümidinə buraxmaq gərək. Növbə çərxi-fələk kimi dövran eləyir. Ola bilər ki,

axşamacan su kəsilməsin və növbədəkilər bir neçə dəfə su götürmək xoşbəxtliyi əldə

etsinlər. İnişil bayramqabağı belə bir hala təsadüf etdik. Necə sevindik, İlahi!

Sudan söz düşmüşkən, bir əhvalat da deyim. Bizdə yataqdan xeyli aralı "Acı

krant" deyilən bir artezian var. Adından göründüyü kimi, suyunu içmək mümkün

deyil. Paltar yumağa, bir də heyvan sulamağa yarayır. Laçından təzə gələndə xınalı

inəklərimiz bu suyu bəyənmirdilər, imsiləyib geri dururdular. Bir gün belə, iki gün

belə, axırda susuzluq iradələrini sındırdı. İndi maşallah bəhməz kimi əmirlər.

Bir ili lap quraqlı idi, adamlar acı krantdan içməyə məcbur olumuşdular. Qonşu

yataqlardan da bura atlı-eşşəkli adamlar gəlirdi. Krantın qarşısında böyük bir biton və

sənək növbəsi vardı. Gecə-gündüz damcı yerə düşməyə qoymurdular. Tərs kimi

yaylağa köçənlər də elli-elatlı təzəcə gəlib tökülüşmüşdülər yatağa.

Günorta istidən bişən inəklər "Acı kranta" tərəf dəbərişdi. Camaat ağır yelinli

inəklərin havayı yerə əziyyət çəkib kranta qədər getməyinin qarşısını almaq istədi.

İnək dilini bilmədiyimizdən, təbii ki, onlara nəsə başa sala bilməzdik. Heyvanlar

yanğılı içlərini soyutmaq üçün irəli dartındı. İşi belə görən yataq əhlinin əli çomaq

tutanı ağaclı, yabalı, köşküllü naxırı qaytarmağa çıxdı. Yatağın ortasında bir

vurçatlasın düşdü ki, gözlülər olsun görməsin. Kişi hayqırtısı, uşaq qışqırığı, inək

böyürtüsü, ağac-yaba şappıltısı biri-birinə qarışdı. Yataq tozun içində itmişdi. Camaat

naxır qarşısında tab gətirə bilmədi. İnəklər mühasirəni yarıb "Acı krant"a hücum

çəkdilər və böyürə-böyürə bitonları, arx yerlərini, krantın turbasını yalamağa

başladılar.

"Allah sən saxala! Allah sən saxla!"- nənəm deyirdi bunu. Deyirdi və ağlayırdı.

Sonra da tumanının ətəyi ilə arıq burnunu möhkəm-möhkəm silirdi. Elə silirdi ki,

deyirdin bəs dibindən qoparıb atmaq istəyir. Nənəm kövrək adamdı. Bədəncə də xeyli

51

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!