25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ölçülərə uyğun yerləşdirilir, artıq-əskik yerləri kəsilib düzəldilir. "Tərəcə"nin üstünə

müşəmbə çəkilir, onun da üstünə seyrək torpaq tökülür.

Bu vaxtacan yoğrulan saman-palçaq əməlli-başlı qıcqırır və istifadə üçün yararlı

hala gəlir. Arvadlı-uşaqlı bütün ailə üzvləri qollarını çırmayıb palçığa cumurlar və

daxalın "divarlarını" içəridən də, çöldən də yaxşıca suvayıb əlləri ilə sığallayırlar. Onon

beş ilin daxalları var ki, divarında barmaq yerlərini asanlıqla görmək olur. Bəzən ailə

üzvü vəfat edir, yaxud ailə qurub gedir, ya evlənib ayrılır, barmaq yerləri isə ata

"ev"inin divarlarında qalır. Əlbəttə, qaçqınların bu poetik görüntünün fərqinə varmağa

elə də həvəsləri yoxdu.

İki-üç gün gözləyirlər ki, daxal qurusun. Bundan sonra "tikinti" istismara verilə

bilər.

Otuz-qırx il ömrü olan daxallar ən güclü zəlzələ vaxtı tam təhlükəsizdir.

Daxalı qarabağlılar kəşf edib. Bu şərəfli tarix hardasa müşəmbənin kəşfi ilə eyni

vaxta təsadüf edir. Müşəmbə olmayan vaxtlarda yataq sakinləri yeraltı damda

yaşayıblar. Yeraltı damların üstünə yarım metrəcən torpaq tökülür ki, yağan yağışı içəri

buraxmasın. Yataqlarda belə tikililər hələ də qalmaqdadır.

Qarabağın kəndlərində də daxallara rast gəlmək olur. Bu evciklərdə ev tikməyə

imkanı olmayan insanlar yaşayır. Bəli, kasıblıq həm də köhnəlikdir!

...Elektrik lampaları və rəngli yapon televizorları daxalların qədimlik

harmoniyasına xələl gətirir...

Hər kəs ürəyi istəyən kimi layihə cızıb daxal qura bilər. Təki materialı bol olsun.

Material bol olanda usta da həvəslə işləyir.

Yataqlarda üçgözlü, dördgözlü, hündür, sərin daxallara rast gəlmək olar. İnsanlar

belə tikililər barədə güclü mübaliğələr işlədirlər: "Filankəsin daxalı daxal döyül ha,

evdir, ev!"

Ağsaqqallar cavan qohumlarına nəsihət edirlər: "Əl-ayağını yığ, bir daxal

qarala." Cavanlar nə vaxtsa Ağcaqum çölündən çıxıb uzaqlara getmək ümidi ilə

yaşadıqları üçün daxalı o qədər də sevmirlər. Qocalar isə bu tikililərə gorgah kimi

baxırlar.

Dimanın qeydləri

Mən Usubam, Usub müəllim, hörmət xatirinə demirəm, doğrudan müəlliməm.

Özü də rus-dili müəllimi. Ancaq hamı məni Dima kimi tanıyır. Uşaqlıqdan taytuşlarımın

mal təzəyi kimi kürəyimə yapışdırdığı bu ayamanın ixtisasımla heç bir

əlaqəsi yoxdur. Yəni mən Dima olanda rus-dili müəllimliyini oxuyacağım heç kəsin

ağlına gəlmirdi. Sadəcə, xaraba kəndimizdə oxumaq dəb idi. Dədəm də hamı kimi

köhnə pulnan on min manat düzəltdi və fikirləşdi ki, məni hara qoysun, hara qoysun,

maraqlanıb gördüm ən yaxşısı rus dili müəllimliyidi. Dərs saatı çox, oxuyub gələn isə

demək olar ki yox! Əsgərlikdə olduğumdan az-maz qırıldadırdım. Bir az da xala

xatirəsi üçün kitabdan-zaddan oxudum. Pul kəsən başa sorğu-sual yoxmuş. Diplomu

alıb çıxanda institutun həyətindəcə tarixi bir söz işlətdim. Dedim, Dima, sən ki,

Axundovu bitirdin, Sovet hökuməti dağılacaq. Hi-hi-hi-hi... İkicə il işləməmişdim ki,

50

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!