25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

həmişə “qardaşoğlu” dediyi Səlimi qızı ilə nişanlayıb, dostu öləndən sonra bu əhdi

pozmasını…

Kəndxuda vaxtı ilə fəxrlə “məni kresloda saxlayan budur, olmasa, bir gün də

camaatın öhdəsindən gələ bilmərəm” deyib göydə şaqqıldatdığı qamçını indi hər

görəndə əti çimçəşir, boğazında acı bir şey düyünlənirdi.

O, incə hörgüləri gerçəkdən ilan qabığına bənzəyən simli qamçısını bir müddət

əlinə ala bilmədi. Günlərin birində isə qamçını kötüyün üstünə qoyub balta ilə

doğradı, yuxusuna girməsin deyə uşağına murdarlatdı.

Bu dəfə qamçı yaralanmış ilan kimi girdi Kəndxudanın yuxusuna. Yaralarından

qan sızan ilan fışıldayır, dilinin ucundan qətran kimi süzülən zəhər Kəndxudanın

ağzına tökülürdü. Kəndxuda boğuldu, çeçədi. Səhər duranda boğazını zəhər kəsirdi.

Güzgüdə dilinə baxdı, zəfəran kimi sapsarı idi.

Divardakı təqvim… O, çoxdan unudulmuşdu, xeyli vaxt idi ki, köhnə vərəqlər

cırılmırdı. Kəndxuda günlərin keçməsini istəmirdi elə bil. Qopub düşən hər səhifənin

onu hələ dərk edə billmədiyi dəhşətli bir günə daha da yaxınlaşdırdığını duyurdu

sanki.

Amma nədənsə bu gün tamam başqa ovqatda idi Kəndxuda. Elə bil

narahatlıqlar sona çatmış, qorxunc xəyallar ona rahatlıq vermişdi. İndi hər şeyin lap

əvvəllki kimi oilmasını istəyirdi. Bunun üçün saat vaxtında işləməli, təqvim günbəgün

cırılmalı idi.

Kabinetində azca gəzinəndən sonra irəli durdu, təqvimi təzələmək üçün

varaqları bir-bir, iki-bir qoparmağa başladı. Qəfil onu ildırım vurdu elə bil: təqvimin

sabahkı səhifəsindən qan damırdı.

Başını əlləri arasında möhkəm sıxan Kəndxudanı xəyallar aləmindən, daha

dəqiqi, xəyallar əzabından Çoban Səlimin tütəyinin yanıqlı səsi ayırdı.

Atasını vaxtsız itirən, nişanlısından ayrılan, anası zorla kəndxudaya ərə verilən,

atadan qalma bütün var-dövləti, torpaqları əlindən çıxan Səlimin başına hava

gəlmişdi. İndi qəpik-quruşa kənd camaatının qoyun sürüsünü otaran Səlim qorxudan

yox, şüursuzluqdan Kəndxudaya “dədə” deyirdi.

Səlim kəndin sakit və aydın sabahlarında sürünü dağın döşünə yayıb tütək

çalırdı. Bu tütəyin yanıqlı səsi hər evdə, hər ocağın başında eşidilirdi. Eşidilirdi və

arvadları ağladır, kişiləri kədərləndirirdi. Ancaq əlindən bir iş gəlməyən, gəlsə də,

ağrımaz başına dəsmal bağlamaq istəməyən kənd adamları göz yaşı axıtmaq, köks

ötürməklə kifayətlənirdilər.

Kəndxuda həmişə Çoban Səlimin tütəyinin səsini eşidəndə cin vururdu

təpəsinə. Ona görə yox ki, vicdan əzabı çəkirdi. Ona görə ki, bu səs Kəndxudanın

dostunun ailəsinə elədiklərini camaatın yadına salır, onun üstünə nifrət yağışları

yağdırırdı. Bəlkə buna görə dərkolunmaz bir gücün, qara bir qüvvənin boğanağından

çıxa bilmirdi. Vaxtı ilə işdən qovmaq istədiyi sağıcılardan birinin – kənd ağsaqqalı

İsfəndiyar kişinin qızının dediyi sözləri yəqin, qəbr evinədək unuda bilməyəcəkdi:

“Dədəm Səlimin anasını almağına razı olmadı, indi məndən qisas alırsan! Qisas

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!