25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

üçün qarğı və qamış, hansısa kənd qulağında sığınacaq tapanlar üçün saman-palçıq,

Füzuli rayonuna və Ağdamın, ya Tərtərin ərazisinə pənah gətirənlərə məftil ucuz otura

bilər. O da ola bilər ki, daxal qurmaq istəyənin adı çəkilən bölgələrdə qohumu olsun və

məskunlaşdığı ərazinin imkanlarına uyğun kömək əlini uzatsın. Amma, bu da pulsuz

başa gəlmir. Ən azı yolxərci çıxır.

Ağban evlərindən köçürülən insanlar Muğan-Mil düzlərində tösmərək daxalların

boyuna sevinirlər. Eyni ilə Taxtakörpü düzənliyində sığınacaq tapanlar...

Taxtakörpü-qış yataqları (qohumlardan biri bura yatax yox, yatab deyir) barədə

tələsik epitet işlətmək məcburiyyətində qalsam, Ağcaqum çölünün adını çəkərəm. Yay

vaxtı ayağın bu bozumtul çöllüklərə dəyibsə "cəhənnəmi görməmişəm" demə. Su yox,

kölgəlik yox. Bəs insanları buraya bağlayan nədir? Hərənin beş-on qoyunu var, qışda

heyvanları yalnız qış yatağında saxlamaq mümkündür. Ən əsası isə burada heç kimə

qaçqın deyilmir və görünür bu kəlmənin ağırlığı qış yatağının işgəncələrindən daha

dözülməzdir.

...Qış yatağının başqa özəllikləri də var; kişiləri kövrək, qadınlar ağlağan,

uşaqları könlüsınıqdır...

Bakıda hər şeyin qiyməti dollarla müəyyənləşdiyi kimi burada quzu, toğlu,

qoyun, balalı qoyun, erkək, saz erkək kimi "ekvivalent"lərlə təyin olunur. Daha yüksək

məbləğlər inək, balalı inək, yanıbalalı camış və s. ilə ifadə edilir. Məbləğ külli

miqdardadırsa, ifadənin qarşısına rəqəm əlavə olunur; iki balalı inək, beş yanıbalalı

camış və ilaxır.

Bu qiymətlərin özünün kursu var və dollardan fərqli olaraq bu kurs tez-tez

dəyişmir. Nuh-nəbidən bu yana iki toğlu bir erkəkdir. Üç toğlu bir saz erkəkdir. Üç saz

erkək bir balalı inəyə bərabərdir.

Daxal "tikməyin" xırdapara işləri çox olduğundan bu işləri "toğlu" ekvivalenti ilə

dəyərləndirirlər. Məsələn, ağac üçün Kürün qırağındakı meşəyə bir toğlu verməlisən.

Qarğı-qamış da təqribən bu qədər tutur. Saman-palçıq və su pulu da həmçinin. Əgər

Füzulinin dağılan üzüm bağları yaxınlığında qohumların varsa, məftili pulsuz düzəldə

bilərsən, əks halda bir quzu xərcləməli olacaqsan. Bir toğlu da ayırmalısan daxalın

"açılışına". Daxalı qondaran ustaya və bəzi yaxın qohum-əqrəbaya qonaqlıq verməkdən

ötrü... İstəsən, Aşıq Famili də çağırarsan yorğunluqdan və içkidən məstixumar olanları

"Dağlar" deyin kövrəldib ağlatmağa. Aşıq Famil qış yataqlarında daxal rahatlığını

adamın burnundan tökən yeganə adamdır.

Daxalın axmaq bir xüsusiyyəti var; saz səsini əməlli əks eləmir.

Ən maraqlısı bu qəribə yaşayış obyektinin "tikintisidir". Əvvəlcə onu qondarırlar.

Qondarmaq düz ağac və taxtalardan daxalın "skeletinin" hazırlanmasıdır. ("Qondarma"

sözünün mənşəyi buradandır). Dirəklərin tuşu ilə yeri dörd tərəfdən qazıb qamışların

kəlləsini dik həmin cıza vururlar, başını daxalın hündürlüyünə uyğun qırıb içəri

qatlayırlar. Sonra içəridən və çöldən biri-birinə paralel, şaquli qamışlara isə

perpendikulyar qamışlar qoyulur və məftil ilə biri-birinə bağlanır. Buna "tapan" deyirlər

(Sözün nə məna verdiyini bilən yoxdur).

Şirvani qondarılmış daxalların üstünü örtmək üçün "tərəcə" hörülür; qarğılar

qəşəngcə arıtlanır, bir boyda kəsilir və düz xətt boyu iki-üç sıra məftilin üstündə yanyana

qoyulub iplə biri-birinə bağlanır. "Tərəcə" daxalın qabırğaları üstünə atılır və

49

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!