25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

özü üçün kəşf etdi: ay günəşdən fərqli olaraq təbiətin hər tərəfini həmişə və eyni

cür işıqlandırmır. Nə etməli? Qərara gəldi ki, bir həftə əvvəlki gecə dayandığı

yeri tapsın. Tapdı. Zeytun ağacı yenə görünmürdü. «Zamanı gözləmliyəm» -

deyə düşündü – «Ay gərək zeytun ağacının üstünə qədər gəlsin».

Bu, cəmiyyətin dili ilə gecə saat 1 demək idi.

Saat 1-ə az qalırdı. Ayaqlarını saniyə əqrəblərinə uyğun atırdı ki, artıq zamanı

qalmasın. Zeytun tərəfə baxmırdı. Amma arada gözləri oğurlanıb ayın yerini

təyin etdi. O, zeytun ağacını birdən, qəflətən görmək, həmin anda keçrdiyi

hissləri yadda saxlamaq, sonra nələrsə yazmaq, öz sadədilliyinə gülmək

istəyirdi. Ola bilərdi ki, ay işığının mistik cazibəsi onu yoldan çıxarıb bu qotur

ağacı yenə də xəyallarının istinad nöqtəsinə çevirsin. Axı, adam evinin içində

olanda belə, gecəki ovqatı günüzkü ilə eyni olmur. Bir də ki, İsa Məsihin

məşhur it dişi məsəlinə əsaslanıb zeytun ağacının yalnız gözəl tərəflərini

görməsinə haqq qazandıra bilərdi. Dünya böyük və qədimdir. İstənilən

düşüncənin doğru olduğunu sübut etmək üçün en qədər kitab-dəftər tapmaq

olar. Bircə dediklərinə özün inanasan, əsas məsələ budur. O, ay işığına

inanmırdı artıq.

Addımlarını yeyinlətdikcə Cem Qaracanın «Ceviz ağacı» mahnısının getdikcə

artan tempini xatırladı və növbə ilə «obyektivdə» peyda olan ayaqlarına baxabaxa

sözləri təkrarladı:

Mən bir ce-viz a-ğa-cı-yım

Gülhaaa-nə parkın-da...

Başını qəflətən qaldırdı. Zeytun ağacının altındakı skamyada iki nəfər

əyləşmişdi. Ay işığı yenə həmişəki kimi qatı maye şəklində ağacın başından

tökülür, bu adamları müşahidə etmək üçün yaxşıca fürsət yaradırdı.

Adamların biri sırtını skamyaya dayamış, başının arxasını laqeydcəsinə

kürəyinin ortasına atmışdı. Boğazı ay işığında süd rənginə çalırdı. Digər birinin

başı isə onun qucağında elektriklə işləyən neft nasosları kimi fasiləsiz qalxıb

enirdi. Skamyaya söykənən şəxsin ölü olmaması yalnız ayaqlarının passiv

hərəkətindən hiss olunurdu. Xeyli müşahidə apardı. Nəhayət zeytunun altında

nələr baş verdiyini anladı. Əvvəlcə gic bir gülmək gəldi ona, sonra içində

yarpaq qımıltısı duydu. Bu həyəcan daha çox cinsəl idi. Şalvarının relyefinin

dəyişdiyini hiss etdi, bədəninin ən həssas və isti çıxıntısı ləzzət qarışıq ritmlə

bir-neçə dəfə hülqum vurdu və bu ləzzət bütün əzalarına - dırnaqlarının ucuna,

tüklərinin dibinə qədər yayıldı. Özü də udqunub ətrafa baxdı və asta addımlarla

yaxınlıqdakı ağacların arasına çəkildi. Baş verənləri daha rahat görmək üçün bir

az qəddini aşağı əyib gözlərini qıydı.

Skamyaya söykənən şəxsin hərəkətlərində, nəhayət ki, gərginlik hiss olundu.

Ayaqları irəli uzandı, dizləri düzəldi, incəsi yuxarı qalxdı, başı yavaş-yavaş

dikəlib sinəsinə sallandı. Qucağındakı adamı bədəninə daha bərk sıxdı və təkrar

47

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!