25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

doğulduğum şəhəri mənə təsvir elə, Nazim. Filan parka get, ən yaşıl şabalıd

ağacını tap, altındakı skamyada otur və yalnız məni düşün. Necə də gözəldir.

İnqilabçı olasan, gördüyün işlər qəzetlərin manşetini bəzəyə, yazarlar

köşələrində sənin inqilabi fikirlərindən epiqraf verələr, üstəlik gözəl xanımlar

vurula sənə, Çenin əvəzinə sinəsində sənin fotoşəklini gzdirələr, hərdən də belə

romantik məktublar yazalar... Bəh-bəh-bəh! Gözəldir, çox gözəldir. O günü

qəzetlərin birində Həmid Herisçi adında (hekayə yazası olsa, Həmid Herisçi

barədə də məlumat verməyə məcbur idi. Ən azı bunları yazacaqdı:

Azərbaycanan ilk postomodernist yazarı, əslən təbrizlidir, atası Pişəvərinin

yaxın dostu və silahdaşı olub) bir yazarın «Acların gözbəbəkləri» adlı yazısı çap

olunmuşdu. Gözəl yazı idi! Di gəl, müəllif yazıdan əlavə Türkiyədə, aclıq

aksiyalarında həlak olan gənclərin fotoşəkillərini vermişdi. Adam baxanda

başının tükləri biz-biz olurdu. İnqilab gözəldir, belə işləri olmaya... Təsəvvür et

ki, gözün görə-görə, ağlın kəsə-kəsə canın əriyib gedir, əzab və ağrılar içində

qvrılıb ölürsən. Ah, müqəddəs Məryəm!

Gözlərini yumdu. Başını sağa-sola bulayıb bu yorucu düşüncəni mümkün qədər

kənara, uzağa tolazlamaq istədi. Gözlərini açanda zeytun ağacını qarşısında

cilvələnən gördü. Gözəlliyə bax, tanrım! Ay işığı ağ və qatı məhlul kimi

tökülürdü ağacın üstünə. Altındakı boş skamya isə adama kimsəsizlik,

unudulmuşluq əhval-ruhiyyəsi bəxş edirdi. Maraqlı bir eşq macərası

yaşayasaydı süjetinə inqilabla altı skamyalı bu zeytun ağacı da daxil olardı.

Təəssüf, onu nə sevən vardı, nə də inqilabçı kimi qəbul edən...

Gün tavan mismarı kimi başına sancılırdı. Bu isti havada milli parka nə üçün

gəldiyinin səbəbini özü də anlamırdı. Elə bil beyni əriyib kəllə çanağının bir

küncünə yığışmışdı. Düşünə də bilmirdi. Amma günlərlə onun ən munis

duyğularını ovxarlayan zeytun ağacını görən kimi «hıq» eləyib diksindi. Ayaq

saxladı. Ağacın qoturlamış yarpaqları, çürümüş gövdəsi, budaqlarındakı xəstə

meyvələr könlünü bulandırmaqdan daha artıq onu dəhşətə gətirdi. Toy gecəsi

nazənin bir xanımla yatağa girib, səhər oyananda yanında timsah görən adam da

onun qədər həyəcanlana bilməzdi. Hələ skamya! Vay-vay-vay! Guya üçrəngli

boyayıblar. Böyür-başı çürüyüb, taxtanın çürüyündə qarışqalar qaynaşır. Bu

azmış kimi skamyanın yanındı qap-qara, iri və tüklü it nəcisi... Başını yana əyib

tüpürdü, üzü küləyə iri addımlarla irəlilədi. Bir anlıq gözlərindən yaş

süzüldüyünü hiss etdi. Gözləri küləkdən sulanmışdı, yoxsa ağlayırdı, anlamağa

çalışdı.

Düz altı gün idi ki, ay çıxmırdı. Qəribədir, o, indi, məhz indi, 30 yaşın

astanasında müşahidə etmişdi ki, gündüzlər hava aydın, gecə səhərəcən buludlu

ola bilər. Sağ olsun hidrometeroloqlar, yeddinci gün hava barədə lazımlı

proqnozu verdilər. O, efirdən yalnız ayın tarixinə, bir də hava haqqında

məlumata inanırdı. İnamında yanılmayıbmış. Budur, hava qaralan kimi ulduzlar

göründü. Milli parka gəlib çatana qədər ay da çıxmışdı. Ancaq qaranlıqda

zeytun ağacını seçmək mümkün deyildi. İndi də təbiətin başqa bir qanununu

46

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!