25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

şəxsiyyətinin cazibəsini duymamış da deyildi. Anlayırdı ki, burjuyların «qrmızı

terror» damğası vurub təpkilərə məruz qoyduğu sosial bərabərlik və inqilab

ideyası həmişə aktualdır. Bu ideologiya adamı tezliklə tanıtdıra, məşhurlaşdıra

və sevdirə bilər. Son zamanlar inqilab mövzusunun mətbuatda daha çox yer

alması onu həvəsə gətirirdi: Janna Dark, Trotski! Çenin fotoşəkillərini

məməsinin üstündə gəzdirən xanımlar, alovlu nitqlər... Təntənəli köşə yazıları:

bir az məmurların etirazı, bir az dostların tərifi, dissident poza! Doğrudan

maraqlıdır. Hətta bir dəfə düşündüklərini qələmə almaq istəmişdi. Hekayə

kimi... İntəhası hekayəsinin lokal mahiyyət kəsb edəcəyindən çəkinirdi.

Azərbaycandakı absurd inqilab ideyasından yazmaq bəzi qəzet redaktorları və

bir ovuc idealist gəncdən başqa kimin marağını çəkəcəkdi ki?! Bəlkə Qərb

ədəbi mühiti üçün sürpriz olacaqdı? Çətin. Qərb Azərbaycandan hər şey

gözləyir, inqilabdan başqa.

Məsələn, yazmaq istəyirdi ki, Azərbaycanda sosialist ideyanın millətçiliyə və

dinçiliyə nisbətən bir qarışqa addımı irəlidə olmasını Qarabağ fiaskosu, kəskin

bahalaşmalar və əsil müxalifətin gücdən düşməsinə rəğmən mütəllibovçuların

fəallaşması ilə izah etmək olar. Bunu kim anlayacaqdı? Ayaz Mütəllibovu kim

tanıyır ki? Rusiyanın ölkəyə müdaxiləsindən ehtiyat edən qüvvələr, siyasətlə

məşğul olan bəzi şirvanlılar, Hacı Əbdül və SSRİ-nin dağılması ilə barışa

bilməyən sadə insanlar. Vəssəlam! Oda ki, Qərb ola! Sonra ağlına gəldi ki, bu

cür vacib adların üstünə ulduz işarəsi qoyub səhifənin axırında ətraflı izahat

vermək olar. Yazmaq olar ki, Ayaz Mütəllibov Rusiyaya meyilli siyasətçi,

Azərbaycanın ilk prezidenti, müsəqillik aktına imza atmaqla tarixə düşən

şəxsdir. On beş il əvvəl kommunist rejiminə nifrət edən kütlə Ayazı necə rədd

edirdisə, azadlıq hərkatının gətirib çıxardığı nəticələrdən sonra onu o sayaq

sevməyə başladılar. Bir yandan da rus kəşfiyyatı... Amma mövzu yenə də

maraqsız olaraq qalacaqdı. Dünyanın çox vecinədi ki, Bakının ağ evində kim

oturub? Kim olur-olsun, təki müharibə etməsin, əmin-amanlıq olsun.

Düşünə-düşünə saçlarını arxaya sığallayıb milli parkda, dənizin on-on beş

metriliyindəki zeytun ağacının altında qoyulmuş skamyaya baxdı. Boş idi. Ay

işığı göylərin bağrını dəlib gecəni insanın ruhuna sakitlik gətirən süd rənginə

boyamışdı. Ah, bu ağ işığın altında dəniz, sahilə çırpılan dəcəl ləpələr, zeytun

ağacının ulduzları əks etdirərək bərq vuran yarpaqları və uzaqlardan əsib bütün

vücuduna yayılan sərin meh necə də gözəl idi. Belə yerdə şair olmamaq, qələmi

ələ götürüb nəsə yazmamaq günahdır, inan ki! Elə Nazim Hikməti yadına salan

da bu zeytun ağacı, daha doğrusu, ağacın altına qoyulmuş skamya oldu.

Nazimin iki şeiri var – biri guya arvadının məktubu, o biri isə bu məktuba

cavabdır. Bu şeirlər təbii ki, ard-arda nəşr edilməlidir. Ancaq Azərbaycan

dilində çap olunan kitabda şeirlər nəinki yanaşı deyil, üstəlik cavab kitabın

əvvəlində, məktub isə ondan on beş-iyirmi səhifə arxada verilib. Adamda belə

bir qənaət yaranır ki, kitabın tərtibatçıları Nazimin doğru anlaşılmasını

istəməyib bu qarışıqlığı qəsdən yaradıblar. Nə isə... Nazim Avropada qeyrirəsmi

sürgün həyatı keçirir, qadını isə Türkiyədədir. Onun qadını Sofiyada

doğulub və kiçik yaşlarında ailəsi bu şəhəri tərk edib. Qadın yazır ki,

45

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!