25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Yenə də unitaz barədə düşündü: «Şərqə qarşı ən böyük səlib yürüşünü elə bu

unitazlar həyata keçirir. Bu unitazların hesabına neçə abdəst pozulur, neçə namaz

qəzzaya düşür, neçə ibadət batil olur...»

Tualetin ağ rəng vurulmuş çirkli qapısı açıldı və açılmağı ilə düşüncələrini alt-üst

etdi. Qapı ilə arasında bir nəfər qalmışdı. Üstəlik kanalizasiya qoxusunun

şiddətlənməsi «vüsala» yaxın olduğuna işarə idi. Bu arada qapıya baxıb

düşünməyə imkan tapdı: «Bambılı uşağı bambılı, guya çox səliqəlidirlər, hələ bir

qapıya ağ rəng də vurublar... İyinə-quxusuna bax buranın. Adamın başı çattıyır.

Vallahi, bu iy-qoxunu Tanrının sapsağlam bəxş etdiyi iç-içalata doldurmağın

babalını min rükət namaz da yuya bilməz».

Qapı yenə açıldı, bu vaxt çiyninə bir əl dəydi. Çevrildi. Yaşlı bir millət vəkili idi.

Tanıyırdı. İnstitutların birində professordu gərək ki... Parlamentin vicdan azadlığı

komissiyasının üzvüydü: «Bala, icazə verərsən?...» «Buyur» – dedi. Ardınca

ürəyində: «Onsuz da yeyəndə qabağa düşmüsən...»

Tale üzünə güldü axır ki. Bu da tualet! Unitazı da yerdən. Əlini qıpqırmızı kauçuk

aftafaya atdı, boş idi. Küncdəki krantı qurdaladı. Pas tutmuşdu... İndicə bağladığı

cəftəni açanda gözü əllə yazılıb içəridən qapıya yapışdırılmış elana sataşdı: «Xayiş

edirik, taletin qaydalarına düzgün rayət edin». Başını bulaya-bulaya gülümsədi.

Əlində aftafa tualetdən çıxıb əl-üz yuyulan krantlara yaxınlaşdı, aftafanı doldurub

təkrar növbəyə dayandı. Qarşısında azı on nəfər vardı.

Adamlar yenə də tələsə-tələsə pisuara yanaşır, işini görür, şalvarının qabağını

bağlaya-bağlaya çıxıb gedirdilər. Ah çəkdi. Onun da belə azad vaxtları var idi.

Xüsusən içki içəndə... Harda gəldi burax getsin: pışşşş! Sonra da ağzı sulanasulana

boynunu bur, bas içəri, «bızıd» zamoku çək, çıx get. Lap şalvar islansın,

qəm yemə. Allah versin Bakı küləyinə, əlin cibində üzü xəzriyə on addım atsan

quruyacaq.

Hiss etdi ki, hamı ona baxır. Əlində qıpqırmızı kauçuk aftafa, lüləyi dik və uzun,

sanki bu dəqiqə kiminsə arxasına keçirəcək. Utandı. Aftafanı özündən bir addım

kənara qoyub seyrəlməkdə olan növbəni gözdən keçirdi. Qarşısında iki nəfər

qalmışdı. Birinci adam növbəsi çatan kimi çevrilib aftafaya baxdı, sonra cəld

hərəkətlə onu götürüb özünü içəri təpdi.

İçəri girəndə afatafanı aşmış vəziyyətdə gördü:

“Ə, bunların... söyüş söymək olmaz” – pıçıldadı. Aftafanı təzədən götürüb əl-üz

krantlarına yaxınlaşdı. Geri qayıdanda növbədə adam qalmamışdı. Boşalan

kabinələrdən birinə girdi, unitaz hündürdə idi.

Mən bir zeytun ağacıyam

Əslində, Nazim Hikməti bəyənmirdi. Bu cür çoxsəsli şeirlər, real və miqyaslı

ifadə tərzi onun başını boş qazan kimi danqıldadırdı. Amma Nazim

44

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!