25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

öyrəndiyi və qılmağa başladığı namaz onu bir çox əski adətləri kimi tualetə getmək

sərbəstliyindən də məhrum etmişdi. Növbə tutdu.

Tualetdəkiləri hövsələ ilə gözdən keçirə-keçirə düşündü: «Tamaşaçı teatrların

qarderobunda və tualetində daha çox və canlı görünür. Tualetin bir üstünlüyü odu

ki, burda qadın yoxdu. Yoxsa, vay... vay... Kanalizasiya və siqaret iyinə ətir-pudra

qoxusu qarışa bilər. Hələ növbədəki narahatlıqlar, cinsəl əziyyətlər...

Teatr Avropanın zibilidi. Hamı kimi Şərq də bu zibilə düşüb. Hətta İran təki qapalı

ölkə də tamaşalar göstərir, ancaq zalda qadınlarla kişilər ayrı otururlar. Tualetləri

də ayrıdı. Avropanın da qadın tualetləri ayrıdı. Baxmayaraq ki, tamaşa zalında

nəinki kişi qadının yanında otura, hətta işıqlar sönəndən sonra yüz oyundan çıxa

bilər. Burdakı ədalət prinsipində yarımçıqlıq var: Avropa demokratiyası tualetlərə

qədər işləyə bilməyib. Tualet intim yerdi. İnsan tualetdəki qədər heç yerdə səmimi

ola bilmir. Tualetdəki yazılarla millətin səviyyəsini bilmək, xarakterini öyrənəmək

olar».

Növbə getdikcə azalırdı. Daha doğrusu o, qapıya yaxınlaşırdı. Arxasında hələ xeyli

adam vardı. Beş dəqiqə, on dəqiqə... İçəri girənlər elə bil yatırdılar orda. Bu iyinqoxununi

içində nə vardı axı! Girdin, işini gör, rədd ol dəəə! Arada istədi çıxıb

getsin. Şəhərin tanıdığı yerlərində ən yaxın tualeti düşündü. Azı yarım saat lazım

idi. Sakitləşdi. Qarşısında üç nəfər qalmışdı...

Şəriət kitablarından öyrəndiyi qaydaları xatırladı. Gərək paltarına bir damcı da

sidik dəyməsin. Əgər dəyibsə və sən onu bilirsənsə, qıldığın namaz batildi.

Təmizliyinə əmin deyilsənsə, yenə etdiyin ibadətin legitimliyi şübhə altındadı.

Təmizlənməlisən.

Kitablarda yüz cür savab və xeyirxah işlər, yaxşı və faydalı əməllərdən yazılıb.

Bunların hamısından daha yaxşı tualetə getmək qaydalarını öyrənmişdi nədənsə.

Əsil müsəlman ayaq üstə sidik ifraz etməməlidir. Çünki insan ayaq üstə durduğu

zaman oturacağından gələn sidik kanalı yarımçevrə vəziyyətində olur və bu

yarımçevrədə sidik qalır. Gün ərzində hərəkət edəndə, oturub duranda kanal

vəziyyətini dəyişir, sidik ifraz olunur. Yalnız çömbəltmə oturanda sidik kanalı

dümdüz olur və bədəndə artıq heç nə qalmır. Bundan sonra qalır cinsiyyət orqanını

sığamaq və yuyub pak etmək. Vəssəlam!

Amma indiki tualetlərdə çömbəltmə oturmaq asan başa gəlmir. Təsəvvür et ki,

tualetə girmisən, unitaz hündürdədi. Sən əvvəlcə unitazın bədəninə dəyə biləcək

hissələrini su ilə təmizləməlisən. Çünki ölkə əhalisinin əksəriyyəti müsəlman olsa

da namaz qılanların sayı o qədər də çox deyil və deməli kişilərin əksəriyyəti şifahi

işini ayaq üstə görür. Bu zaman unitazın ətrafına sidik sıçrayır. Ən yaxşısı

ayaqlarını untiazın kənarlarına qoyub üstünə qalxmaq, sonra çömbəlməkdir.

Bununçün isə, kəndirbaz olmaq gərək. O, əvvəllər bu üsuldan istifadə edirdi. Bir

dəfə ayağı sürüşüb unitazın deşiyinə necə pərçimləndisə, az qaldı topuqdan aşağı

üzülsün. Neçə gün taytıya-taytıya gəzdi...

Getdiyi tualetlərdə unitazın yerdə olduğunu görəndə sevinir, onu tikən ustaya, pul

xərcləyən xozeynə ürəyində dua edirdi.

43

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!