25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

“ Tak...”

Körpənin arxası üstə yıxılıb əziləcəyini nəzərə almadan addım atmaq istədi.

Ayaqlarına dolanan qolların əhatəsindən çıxmağa gücü çatmadı. Qəflətən içini

saran dəhşətli ağrıdan zarıdı, üz-gözünü qırışdırdı. Gözləri dah çox çuxura düşərək

görünməz oldu. Xeyli beləcə qaldı, sonra düşündü və qəflətən ağlına gələn fikirdən

səksəndi. Gözləri çuxurdan çıxıb parıldadı, titrəyən əllərini kəfən rəngli alt

paltarının düyməsinə uzatdı. İndi ona yalnız ifrazat üçün lazım olan orqanı

yuvasından çıxarıb körpənin təbəssümlə dolmuş sifətinə tuşladı və ...

Maye əvvəlcə damcılar şəklində uşağın sifətinə səpələndi. Az keçməmiş

damçıların birinin trayektoriyası bütünlükdə maye cığırına çevrildi. Əvvəlcə

körpənin alnı, gözləri, ağzı, çənəsi və boğazı, başını aşağı əyib yerə oturandan

sonra isə bütün saçları ilıq maye ilə islandı. Körpə incəsini arxaya çəkdi və

qocadan təxminən bir qarış aralandı. Nişangahın pozulduğunu görən qoca bir

gözünü qıydı və şəhadət barmağı ilə maye ifraz edən orqanı vəziyyətə müvafiq

gələnədək yuxarı qaldırdı. Maye yenidən uşağın alnına töküldü və bütün sifətini,

yaxasını, paltarını islatdı. Uşaq bundan sonra gözlərinə və ağzına dolan ilıq

mayenin acı, yandırıcı dadını duydu və gözlərini ovxalaya-ovxalaya qışqırmağa

başladı.

Az sonra gözlərini ovuşdura-ovuşdura arxaya çəkildi. Qoca şəhadət barmağının

təkanını bir az da artırdı ki, maye körpəni son damlasınadək müşayiət etsin.

Nəhayət, qurtardı hər şey... Taqətdən düşən qoca koridordaca yerə çökdü. Uşaq

acışmış gözlərindən yaş axa-axa təzə, hündür və işıqlı eyvana tərəf iməklədi. Başı

eyvan qapısının kandarına dəydi, daha bərkdən qışqırdı. Ardınca koridora yıxılıb

can verməkdə olan qocanın xırıltılı gülüşü eşidildi:

“Xaxxxxx-xaxxxa-xax...”

Aftafalı antrakt

İşıq yanan kimi hamı ayağa durdu. Yenə antrakt boyu teatrın tualetində növbə

olacaqdı. Zal soyuq idi və bu soyuq say xatirinə zala doldurulan ən sağlam

kursantların belə böyrəklərini kamança kimi sızıldadırdı.

Zaldan axan insan selinə qarışıb tualetə düşdü. Düşündüyü kimi idi.

Düşündüyündən bir barmaq da ötə! Antrakt başlamamış zaldan çıxıb tualetdə

növbə tutanlar vardı. Bəxtəvər işini ayaq üstə görənlərin halına: şalvarlarının

qabağını qurdalaya-qurdalaya yarım metr hündürlükdə dilənçi ovcu kimi açılan

pisuara yaxınlaşır, rahatlanır, üstəlik gözaltı biri-birinin şeyinə baxırdılar. Teatrdan

yüz dəfə maraqlı bir əyləncə! Əslində, pisuara yaxınlaşanların da sayı az deyildi.

Ara-sıra siqaret tüstülətmək xatirinə növbə tutanlara da rast gəlmək olurdu. İşi

yazılı olanlara, yəni unitazsız keçinməyənlərə daha çətin idi. Siqaret də çəkə

bilmirdilər. Növbə elə sıx idi ki, adamın burnu qarşısındakının boynunun ardına

dirənirdi.

Onun işi, əslində, şifahi idi. Tualetdəkilərin tən yarısı kimi «dilənçi ovcu»na

yanaşar, rahatlanıb geri dönə bilərdi. Cəmi üç dəqiqəyə... Di gəl ki, iki ay öncə

42

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!