25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Hövlank ayağa durdum. Üzümə bir-iki ovuc su vurub dədəmin dalınca düşdüm.

Kəndin aralığında Sonya ilə qarşılaşdıq. Sonya ərkyana bir təbəssümlə bizi süzüb başı

ilə dədəmə salam verdi. Ardınca da:

«Sabahınız xeyir, dayı» – dedi.

Qulaqlarıma inanmadım. O, gülmürdü, o, ciddi idi!

«Aqibətin xeyir, bala» – dədəm də təəccübləndi deyəsən.

Azca aralanmışdıq ki, mənə baxmadan soruşdu:

«Bu qızı tanıyırsan?»

«Təzə qonşumuzdu» – uçmağa qanad gəzirdim.

Sonyagilin çubuşu yenə darvazanın ağzında idi. Bizə baxdı, səsini çıxarmadı,

quyruğunu laqeydcəsinə bulaya-bulaya çəpərin dibinə tərəf yürüdü.

Daxalımızın hər şeyi hazır idi, üstünü də örtmüşdük. Bircə qapı-pəncərəsini

salmamışdıq. Uzaqdan çox da pis görünmürdü. Çardağını şiferləsəydik evdən

seçilməzdi. Pulumuz olmadığından üstünə müşəmbə çəkib nazik torpaq tökmüşdük.

Dədəm içəri keçdi. Mən həyətdə Sonyanın qayıtmağını gözlədim. İçəridən

dədəmin qışqırığı eşidildi:

“Bay sənin evini allah yıxsın! Yıxsın Allah sənin evini!!!”

İçəri qaçdım. Sədrin verdiyi ağac ortası qırılacaq həddə əyilmişdi – tavan çökürdü.

Dədəm qaşlarını uzun-uzadı oynadandan sonra bu qərara gəldi:

«Evin ortasına haça qoymasaq mümkün olmayacaq».

Aftafalı antrakt

Estafet

Əvvəlcə otağın küncündəki dəmir çarpayı cırıldadı. Sonra yalın döşəməyə toxunan

əsanın səsi eşidildi: “tak! tuk! tak! tuk!” Qocanın uzun koridora tərəf yeridiyini

təsəvvür etmək elə də çətin deyildi. O, koridordan geniş və çıraqban otağa, geniş

və çıraqban otaqdan isə yenicə tikilən lakin, hələ tam təmir olunub istifadəyə

verilməyən hündür, işıqlı eyvana keçməli idi:

“Tak! Tuk! Tak! Tuk!”

Koridorun ortasında nəvəsi iməkləyə-iməkləyə ona sarı gəldi və başını qaldırıb

qocanın üzünə – çal saqqalına, müdrikcəsinə arxaya daranmış pənbə saçlarına

baxdı və gülümsündü. Onu yerdən qaldırmağa qocanın nə gücü vardı, nə həvəsi.

Əksinə, qınayan olmasa, əsanın ucu ilə boynunun ardından basıb başını ilan balası

kimi əzər, bulud kimi təmiz sifətinin, bulaq kimi şəffaf gözlərinin qanını bir

eləyərdi. Uşağın yanından ötüb yoluna davam etmək istədi. Körpə onun arıq və

heysiz qıçlarına sırmanıb addım atmağa qoymadı. Sonra təzədən başını qaldırıb

qocanın yaxantı kimi bulanmış batıq gözlərinə tamaşa elədi. Tamaşa elədi və şirin,

şaqraq bir gülüşlə onu daha da hövsələdən çıxardı.

41

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!