25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

müvəkkilinin «şirinliyindən» başqa Kərimgilə üç qoyun verək. İki erkək də sahə

müvəkkili aldı. Dədəmin köhnə borcu da vardı axı…

Elə bil hər şey Kərimin döyülməyinə bənd imiş. Kəndin təftiş komissiyasının sədri

gəlib dədəmlə görüşdü:

«A kişi, sədrimiz məhəllənin şirinliyini istəyir».

«Bir toğlu verərəm, dostdarıynan kəsib yeyər».

«İki elə» - təftiş dirəşdi - «Bilirsən ki, burdan başqa adamlar da yer istəyir.

Camaatın ağzını yummaq olmur. Deyillər, qıraqdan gələnə yer verirsiz, bizə yox».

«İndən sonra başımı ağrıdan olmayacaq ki?!»

«Olmayacaq» - təftiş əminliklə bildirdi.

«Razıyam» - dədəm əlini ona uzatdı.

Təftiş dədəmin əlini sıxıb gülümsədi:

«Bir toğlu da ağaclar üçün istəyir sədr».

«Nə» - dədəm təəccübləndi – «Elə bilirdim ağacları pay verib».

Təftiş çürümüş dişlərini göstərdi:

«Rəhmətliyin oğlu, biz hansı zamanda yaşayırıq».

Sonralar öyrəndik ki, sədr Sonyanın atasını qəsdən salıbmış üstümüzə. Deyibmiş,

qaçqına nə etibar, bir şey verməsə neyləyərik? Sən irəli dur, şirinliyini verməsə yeri

əlindən alacağıq. Bu xəbəri də Sənəm arvad verməli idi bizə. Amma biz Sonyanın

atasını yaxından tanıyanda Sənəm arvad çoxdan rəhmətə getmişdi. Bəlkə elə o yox idi

deyin qonşu olduğumuza baxmayaraq Sonyanın atasını yaxşı tanıya bilməmişdik. Bir

də ki, Sənəm arvad sədr barədə nə lazımdırsa demişdi. Sadəcə dədəm qulaqardına

vurmuşdu onun sözlərini. Xüsusən ağacları alanda qınamışdı rəhmətlik arvadı. Hətta

yarızarafat, yarıciddi demişdi: «Birin ağı pis adam deyilmiş».

Çoxdan dədəmi belə xoşbəxt görməmişdim. Əlləri ilə palçığı taxta qəliblərə

doldurur, çılpaq ayağı ilə üstündən basıb bərkidir, sonra qəlibi arxasınca məhəllənin

açıq yerinə sürüyüb üzüqoylu çevirirdi. Özü də oxuya-oxuya:

Bu qəlbimin sevinci

Sənin yadigarındı

Mən də sevinirdim:

- Ay dədə, sovet sədrinin yanında yaman karıxdın haaa… - zarafatlaşmaq istədim.

- Karıxmadım. Şeirin ikinci misrası işimizin ziyanına idi. İstəyirsən deyim:

Kür qırağının əcəb seyrəngahı var,

Yaşılbaş sonası hayıf ki, yoxdur.

Ucu tər cığalı siyah tellərin

Hərdən tamaşası hayıf ki, yoxdur

«Dur, ay oğul, evimizə gedirik».

40

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!