25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yox, üstünlüyüdür; ikincisi, təsvir olunan olaylara münasibətdə hər cür prokuror

sanksiyası, hakim ədasından uzaq müəllif obyektivliyi mövqeyində durmaq cəhdi!

Obyektivlik haqq-hesabında bəzən müəyyən güzəştlərə də gedir, məsələn,

qaçqınlara və ümumən qaçqınlığa münasibətdə nəinki dünya, hətta Azərbaycan da

yox, Laçın vətəndaşı kimi çıxış edirsən və bu, təbiidir. Çünki sən, doğrudan da,

laçınlısan və bununla ancaq fəxr eləmək olar. Dünya nəsrində müəllif

obyektivliyinin örnəkləri sayılan Stendal, Flober, Dostoyevski də yox, eləcə

Şərifsən və bundan da əndişələnməyə dəyməz - onlar da Şərif deyillər. Ən realist

və ya postmodernistik təhkiyən belə bəzən Russo qələminə layiq “gözlənilməz”

sentimental akkordlarla bitir və bu da məntiqidir. İnsan ağrısı və bundan doğan

duyğusallıq hər cür “izm”dən ötədir. Sənin ən “şən” hekayənin altında da hansısa

ağrı qıvrılır. Və bu ağrının ən küt oxucunu belə çaldığı məqamlar olur.

Ədəbiyyatımızda bir yandan ağrısızlıq, arsızlıq sindromunun baş alıb getdiyi, digər

tərəfdən isə bayağı, şablon kədərin tüğyan elədiyi bir vaxtda sənin hekayələrindəki

təbii ağrılar daha qabarıq duyulur.

Bəzən “önəmsiz” məsələlər barədə cümləni cümləyə qoşur, səni ən çox ağrıdan

fakta dair isə kiçik bir işarə, hətta sükutla kifayətlənib qalan məsələləri oxucuya

etibar edirsən. Məncə, haqlısan, işarələr daha ciddidir, sükutun dili daha mənalıdır.

Səssiz söhbət etibardır və bu etibarına görə sağ ol! Allah da bizimlə səssiz danışır,

onun da səsini qulağımızda yox, ürəyimizdə eşidirik.

Şərif! Mən bu yazını ön söz yox, məktub kimi yazdım, oxucu yox, müəllifə

ünvanladım! Çünki mənə bu haqqı verən sən oldun və sözümü ancaq sənə deyə

bilərəm. Amma fikirlərim oxucular üçün də maraqlı olsa, bundan yalnız və yalnız

məmnunluq duyar və deyərdim: Şərif Ağayarı oxuyun. Onun timsalında yeni əsrin

nasiri yetişir.

Dərin ehtiramla,

Əsəd Cahangir

Laçınsız ilk gün

İşğaldan bir gün əvvəl

Kənd arvadlarının gördüyü qara-qura yuxular Kəndxudanın kürkünə birə

salmışdı.

Kəndxuda özü də son vaxtlar qəribə yuxular görürdü; bir başından möhür, o biri

başından cəza vasitəsi kimi istifadə etdiyi simli qamçısı ilana çevrilib onun boğazına

sarılırdı. Qəribəsi o idi ki, ilan dil açıb danışır, gördüyü bütün bivec işləri bir-bir

Kəndxudanın yadına salırdı; dostunun arvadını ərindən qalma mirasa görə zorla

almasını, bu izdivac üçün kəndin ən yoxsul kişisinin atını satıb şəhər qazisinə rüşvət

verməsini, öz arvadının bu hoqqalara dözməyib vərəmləməsini, dostunun oğlu,

4

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!