25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

O gün axşamacan kənddən gələn yoldan gözümü çəkə bilmədim. Bir qaraltı görən

kimi ürəyim tup-tup döyünürdü.

Qardaşımla heyvanın yanında ikən kənddə nələr baş verib… Bunu sonralar

öyrəndim.

Kərimin atası da, anası da oğlanlarını al qanın içində qabaqlarına salıb aparıblar

rayon polis şöbəsinə. Kərimi xəstəxanaya yerləşdirib sahə müvəkkilini iki yekəpər

serjantla mənim arxamca göndəriblər. Polislər gəlib ki, dədəm saman-palçıq yoğurur.

«Oğlun hanı?»

Dədəm işi anındaca başa düşüb. Deyib, nə bilim hanı. Tapsanız, deyin gəlib mənə

kömək eləsin. Görürsünüz ki, zığ-batdağın içində əlləşirəm.

«Oğlunu vermirsən, onda səni aparacağıq».

«Elə bu vid-fasonda?».

«Otur maşına, çox uzatma!»

Bu vaxt xoşbəxtlikdən qohumlardan biri bizdə imiş. Tez-tələsik taksiyə oturub,

yataxlara xəbər aparıb. Kərimin bacıları isə daş-qaya ilə biz olan evə – Dəli İlyazın

qonşuluğuna hücuma keçiblər. Pəncərələri sındırıb, evin çardağını daşa tutublar. Söyüşküfür

də öz yerində… Anam bacımı qucağına sıxıb ağlayırmış evdə: «Balamı

tutacaqlar, instuta gedə bilməyəcək» (Sonralar anamı bu sözə görə lağa qoyub

güləcəkdik). Birdən İlyaz çıxıb öz həyətlərindən. Əlində də yaba:

«Ha sizin körpə əmcəyinizi!!! Qızıxmısız, ləçərlər! Bilmirdiniz, söyəni söyəllər,

döyəni döyəllər! Lap əcəb eləyib, əlinin içinnən gəlib!»

Sən demə Kərimin məni vurması İlyaza yaman dəyibmiş. Necə olmasa, biz onun

adını tutub gəlmişdik bu kəndə, bizə münasibət İlyaza münasibət idi. Bacımın

ağlamağını görüb lap əsəbiləşib Kərimin bacılarına: «O Teylurun goru haqqı, sizi

buralarda tutsam bu yabanın sapını soxacam sizə. Rədd olun, qəhbə törəməsi!».

Yataqdakı qohumlar xəbər tutar-tutmaz yığışıb məsləhət eləyiblər. Bir-iki nəfər

bizim evə gəlib, qalanları dədəmin arxasınca gedib. Tanış-biliş, dostluq-kirvəlik… rəisi

razı salıblar ki, ağsaqqal kişini içəridən çıxarsınlar, barışıq olsun. Polislər alaqaranlıq

təcridxanaya yaxınlaşıb qapıları şaqqaşaraq açıblar:

«A kişi qalx!»

Dədəmdən səs gəlməyib. Əli zopalı serjantlardan biri yaxınlaşıb ki, dədəm palçığı

qurumuş əllərini başının altına qoyub ayaqları döşəməyə bərkidilmiş dəmir oturacağın

üstündə yatıb.

«Qalx, a kişi!»

Gözlərini açıb. Əsnəyə-əsnəyə qalxıb oturub.

Polis:

«Deyəsən yerin rahatdı».

«Günün altında o qədər əlləşmişəm ki… Bura çox sərindi, and olsun Allaha

çıxmaq istəmirəm».

«Qalx, qalx, səni gözləyirlər».

Kərimgilnən barışmağımız uzun çəkdi. Allahtərəfi, kənd camaatı barışıq istəyirdi.

Kərimin atasını birtəhər yola gətirdilər, anası ram olmurdu. Axırda razılaşdılar ki, sahə

39

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!