25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

döyər! Bundan sonra adam içinə çıxmaq bir yana, dədəmin gözünə görünməyəydim

gərək. Dədəmə görə Kərimə döyülsəm, üzüsulu köçüb getməliydik bu kənddən.

«Kərim, məni niyə elə vurdun?» - sözə başladım

«Gəl o söhbətə qayıtmayaq. Oldu getdi, səhvimi başa düşdüm».

Hirsimi, həyəcanımı mümkün qədər gizləməyə çalışırdım:

«Bə camaatın içində söydüyün o söyüşləri hara yazaq? Məni vurmağını

bağışladım, amma razı olarsanmı sənə, sənin atana o qədər adamın içində sən söydüyün

söyüşləri söyüm?».

«Gəl o söhbət qayıtmayaq dəəə… Oldu getdi».

«Necə qayıtmayaq. Heç olmasa təklikdə ye o söyüşlərin cavabını».

Məni başayaq süzdü. Baxışları əlimdəki ağaca ilişib qaldı. Gözlərindəki qorxunu

sezcək ürəkləndim. Amma özünü qorxan kimi göstərmirdi:

«Səndən neçə bayram böyüyəm, bir şillə vurmuşam, nə olsun, niyə kin

saxlayırsan».

Səsimi qaldırdım:

«Şilləyə görə yox, söyüşə görə cavabını almalısan».

O da səsini qaldırdı:

«Sən məni söyə bilməzsən!»

«Söyərəm, lap bacını da …!»

Qəfil bir addım dala çəkilib bayaqdan əlimdə rahladığım ağacı var gücümlə

Kərimin təpəsinə endirdim. Əllərini başına aparıb çökdü, oturacağı yerə gəldi.

Barmaqlarının arasından şoralayan qan sifətinə töküldü. İkinci, üçüncü ağacı vurdum,

yıxıldı. Yerdə budalamağa başladım. Ağacların zərbi altında ilan kimi qıvrılıb açılan

Kərim dəhşətli səslə bağırdı: «Neynirsəəən! Neynirsəəəəəən!!! Ay camahat, qoymuyun,

öldürdü məniiiii!!!»

Əl saxladım. Kərim ağır-ağır yerindən qalxdı, ağzına-burnuna dolan qanı toztorpaq

qarışıq fınxırıb üstümə cumdu. Qana batan əlləri ilə boğazımdan yapışdı.

Biləkləri güclü idi, heç yuxuda gördüyüm adama oxşamırdı. Nəyin bahasına olur-olsun

dözməli idim. Gec-tez heydən düşəcəkdi Kərim. Bu qədər qan itirmək havayıdırmı.

Amma hələ güc-qüvvəsi yerində idi. Arada dizlərimi yerə gətirdi də! Atdığı yumruqları

boynumun və başımın arxası ilə dəf edirdim. Yaxalaşdığımızdan ağac bir kənara

düşmüşdü.

Az keçməmiş Kərimin əllərinin əsdiyini gördüm. Onu arxaya basıb sifətinə daha

bir-iki qapaz vurdum. Kərim məğlubiyyətlə barışa bilmir, hikkəsindən zır-zır ağlayırdı:

«Alçaqlar, gör başınıza nə oyun açacağıq. Sən məni vurursan? Sən mənim başımı

dağıdırsan? Hı!».

«Səni vuraram da, o qəhbə ananı …. də!» - daha qorxum yox idi. Ağacı təkrar

əlimə almışdım. Çox o yan-bu yan etsə Kərimi təzədən al qanına qəltan edə bilərdim.

Bunu Kərim də hiss edirdi, odur ki, çox dərinə getmədi, «Görərsən, görərsən» - deyib

hirsli-hirsli kəndə tərəf addımladı – «Sən hələ məni tanımırsan!».

Kərimin kanalın tilindəki şərit bağlanmış qarğısını dizimdə iki bölüb kanala

tolazlayanda hiss elədim ki, hirsim hələ soyumayıb. Öfkəm tədricən qəribə bir

kövrəklik duyğusu ilə əvəz olundu.

38

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!