25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Teylurun arvadının hədələri, hətta Teylura atılan güllənin səsi, Sənəm arvadın danışığı,

qardaşımın hönkürtüsü, mağazanın qarşısındakı mərəkə, sifətimə dəyən yumruqlar,

Sonya, anam, Kərimin anasının səsi, atasının titrəyən dodaqları, Şofir Zülfüqarın

fısıltısı, kolxoz sədrinin bozarmış gözü… Mağazanın qarşısındakı mərəkəyə öz

kəndimizin adamları, başqa millətlər, hətta ermənilər, qulağı sırğalı zəncilər də

qatılmışdı. Kimin kimlə savaşdığı bəlli deyildi. Qamçının parlatdığı işıqda Sonyanın,

bacımın, qardaşımın və anamın sifəti daha çox görünməyə başladı. Basabasda imkan

tapıb Sonyanın üzündən öpdüm. Sonya çevrilib bacım oldu. Bacım əvvəl Sonya kimi,

sonra özü kimi danışdı, amma danışan Sonya idi. Kərimin anası anamın sifəti, öz səsi

ilə dədəmə söydü. Ardınca səsi də dəyişdi, ancaq o yenə anam idi. Kərim qardaşımın

sifətində öz yumruqları ilə vurdu məni. Tutmaq istədim, əlim qalxmadı. Kərim

qardaşımın sifəti ilə ağlayır, öz yumruqları ilə döyür, dədəmin səsi ilə danışırdı.

Getdikcə sifəti də, səsi də özünün oldu - əlim-ayağım işə düşdü. Saçlarından yapışıb

qarnını yumruqlamağa başladım. İki qatlandı. Sonra dizimlə ağzına… Başını qaldırdı.

Sifəti qanın içində idi. Ancaq qan görünmürdü. Uğultu ilə axan buludlar, kəndin

üstündən sürüşən göy Kərimi əlimdən alıb aparmaq istədi, yaxasını buraxmadım.

Kərimlə birlikdə mən də buludlarla axır, kəndlə birlikdə göyün altından sürüşürdüm.

Təkrar-təkrar Kərimin ağzına yumruqlar vurmağa başladım. Kərim arxası üstə yıxılır,

torpaq olmadığından yıxıla bilmir, mən isə döyməkdən yorulurdum. Kərimi bir də

yaxalayıb vurmaq istədim - o, qardaşım idi. Ancaq sifəti də səsi də özününküydü. Hətta

səsini açıqca eşidirdim də: «Dur, dur, dur». Bilmirdim mənə deyir, yoxsa sürüşən göyə,

axan buluda. Kərim «dur» kəlməsini təkrarladıqca səsi dədəmin səsinə çevrildi: «Dur!

Dur! Dur!»

«…Dur, a bala! Məhəlləyə gedirik».

Dədəmin səsi oyatdı məni…

Saman-palçıq yoğurmağa başladıq. Təzə qonşulardan heç kim görünmürdü. Yalnız

Sonyanın atası kanalın tilinə qalxıb xəbərdarlıq elədi: «A kişi, havayı əziyyət çəkmə,

onsuz da o yeri sənə verməyəcəm».

Dədəm dinmədi.

Günortadan sonra mən əlimə ağac alıb qardaşımın yanına – örüşə yollandım.

Kənddən xeyli aralananda gördüm ki, böyük kanalın kənarındakı torpaq topalarının

üstündə kimsə oturub balıq tutur. Siqaret yandırmaq üçün yaxınlaşdım:

«Salam əleyküm».

Çevrildi… Kərim idi.

Kərim məni görən kimi ayağa durdu, burun-buruna dayandıq. İkimiz də çaşıb

qalmışdıq. O da udqundu, mən də. Boğazımdan xırçıltı səsi gəldi. Açığı ehtiyat edirdim

Kərimdən. Onun boyu məndən qısa olsa da, işləməkdən bərkiyib yoğunlamış qolları,

güclü pəncəsi, sərt baxışları, ciddi sifəti vardı. Kərim mənimlə dalaşmaq istəməzdi

təbii… Çünki o, «öz işini» artıqlaması ilə «görmüş», kim olduğunu bizə «sübut

eləmişdi». Qalırdı bizim cavabımız. Həyəcanlıydım: birdən davanı başlayaram, o məni

37

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!