25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Hətta lapatkə vurduğumuz yerin üç addımlığında basdırdığı daşı da göstərdi.

Dədəm uzun sükutdan sonra ərkyana bir təbəssümlə dedi:

«Sənin oğlannarın hələ balacadı. Onnar böyüyənə kimi bundan da yaxşı yerlər

tutarsan. Bizim imkanımız yoxdu, qabaqdan qış gəlir, bir daxma yerindən ötəri kənddən

çıxmayacam ki!»

Sonyanın atası sərtləşdi:

«Məni maraqlandırmır. Nə çox yer var, gərək gəlib mənim qapımın ağzında

tikiləsən».

Dədəm mümkün qədər yumşaq davranmağa çalışdı:

«Qapının ağzında niyə? Sənin evin gör hardadı».

Sonyanın atası lapatkəni dartıb dədəmin əlindən aldı və kanala tərəf tolazladı.

«A kişi, çıx get mənim yerimdən. Sən nə təhər adamsan».

Dədəm onun üstünə çəmkindi:

«Sən kimsən ki, mənim lapatkəmi kanala atırsan. Sən öləsən, canın çıxsa da gedən

döyüləm. İki dünya bir olsa da, mən daxalımı burda tikəcəm».

Səsə-küyə Sonyanın əmiləri, əmisi oğlanları gəldi. Başladılar dədəmlə mübahisə

eləməyə. Bir azdan qonum-qonşu da yığışdı. Hamı Sonyanın atasının sözünü deyirdi.

Dədəm isə bir addım belə geri çəkilmir, bütün gücünü səfərbər edib haqlı olduğunu

sübuta yetirmək istəyirdi. Axır ki, Sonyanın atası özünü saxlaya bilməyib qışqırdı:

«Kişiliyin çatır get Kərimin cavabını ver. Sənə yazığımız gəlir, a bədbəxt, özümüz

xətrinə dəymirik».

Dədəm tutuldu, traktordan yenicə düşürdüyü kərənin üstündə oturub fikrə getdi.

Axşam kişi nə çay içdi, nə də bir loxma çörək yedi. Qapqara qaralmışdı. Məni

çağırdı, yanında otuzdurub üzümə baxmadan soruşdu:

«Kərimi döyə bilərsən?»

Çaşdım.

«Sən onu döyməsən, bu kənddə qala bilməyəcəyik. Hamı üstümüzə ayaq alacaq,

bizi götübarmaqlı edəcəklər. İcazə verirəm, onu tut, ustaddan gəlmə elə! Heç kimdən

qorxma, bu da olsun üç-dörd qoyun, polisə verib canımızı qurtararıq».

Kəndin üstündən qapqara buludlar axışırdı. Buludlar çox alçaqdan və sürətlə

gedirdi. Ya kənd göyün altından qaçır, ya göy bu kəndin üstündən sürüşüb harasa gedir,

ya da buludlar kəndi yerli-dibli – tarlalı, evli, ağaclı, insanlı, heyvanlı süpürüb naməlum

bir məkana aparırdı. Dünyanın sonu idi deyəsən – eynən müqəddəs kitablarda deyildiyi

kimi… Yerlə-göy biri-birinə qovuşmuş, hər şey başı üstünə çevrilmişdi… Kəsilib səliqə

ilə arıtlanmış ərər ağacları havada fırlana-fırlana uçuşur, daxallar ehmalca çökür, xan

çinarları nəriltiylə aşır, başı görünməyən göydələnlər altından boğanaq qalxa-qalxa

yerin təkinə gömülürdü. Havada şütüyən qırıcılar ürkmüş sərçələrə bənzəyirdi. Axan

buludların, sürüşən göyün uğultusuna ildırım gurultusu da qarışdı. Hər gurultudan əvvəl

şimşək gecənin köksünü bədheybət bir qüvvə ilə qamçılayır, hər qamçı işıq parıltısı ilə

gecənin vahiməsini bir anlıq gözə soxur, təzədən geri alırdı. Qamçının çıxardığı hər

işıqla bir tanış mənzərə görünürdü: Kərimin qəzəbli sifəti, dədəmin kepqası, baltası,

sovet sədrinin tüksüz başı, sahə müvəkkilinin paqonları, qoyunlarımız, pambıq tarlası,

36

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!