25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

knopkaynan maşının qapısını bağlayıb harasa zəng eləyir. Uşaqlar maşını sındırmağa

cürət eləmillər, uzaqlaşıllar. Həmin gecə, yalan olmasın, bəlkə iyirmi qara rəhli maşın

gəlib vıyıldaya-vıyıldaya kəndi dörd dolandı, getdi. Hamı sədrin bacısı oğluna dedi, a

bala, bunnar kimdisə güclü adamlardı, gəl bu söydadan vaz keç, uşaq dedi, keçmənəm.

Arada bir dəfə də sədrin maşınıynan gedib rayonda qızgilin məhəlləsində fırlanıllar. Bu

mament o qara maşınnnılar düşüllər uşaqların dalınca, Bərdə yolunda maşını

mühasirəyə salıb tutullar. Uşaqların biri kanala tullanıb qaçır, o biri özünü pambıqlığa

verir. Sədrin oğluynan bacısı oğlunu tutullar. Tərs kimi həmin gün qızı istiyən oğlannan

sədrin oğlu qoftalarını dəyişifmişlər. Adamlar səhv salıb sədrin oğlunu öldürüllər, qanın

baisini də lüt soyundurub, otuzdurullar sədrin maşınına, deyillər arxana baxmadan sür,

cəhənnəm ol. Bu da qorxusundan maşını necə sürürsə, Hüsülüyə çathaçatda avaryaya

düşür.

Dedilər sədrin oğlu avaryadan ölüf. Mən özüm meyidi gözlərimnən gördüm.

Lomnanmı, almaturnanmı kürəyinə o qədər çırpmışdılar ki! Sinəsini də üç yerdən

deşmişdilər. Necə avarya idi ki, bibisi oğlunun heç burnu da qanamamışdı.

Dəfinnən iki gün sonra «Birin ağı» bacısı oğlunu urusetə göndərdi, kalan pul alıb

oğlunun qanını uddu. Hökuməti də pulnan susdurdular. Onnan sonra parıldadı bu kişi.

Tükan aşdı, rayonda ev aldı, kənddə dvares tikdirdi, keçən il də rüşvətini verib gəldi

oturdu vəzifədə. İndi qılıncının dalı da kəsir, qabağı da!»

«Mən də deyirdim daxal üçün bir-iki ağac istiyim onnan».

«Vallah nə bilim, özünüz məsləhət eliyin. İstiyin, bəlkə də verər. Onun əlində bir

daxal tikmək nədi ki!»

«Bə bu Zülfüqar nə təhər adamdı».

«Hansı Zülfüqar? Tıs- tısı deyirsən?»

«Şofir…»

«Hə… Hə… Odu, odu. Bir dəfə qazəllibiriynən kəndə gəlirmiş, görür ki, yolnan

bir təkər yumalanır. Deyir, nə yaxşı oldu. Tez maşını saxlayıb təkəri atır kuzasına. Evə

çatanda arvadına deyir, büyün yaxşı bir qazanc eləmişəm: təkər tapmışam. Arvadı baxır

ki, öz maşınının dal təkərlərindən biridi, yolda açılıb, yumalanıb, xəbəri olmuyub.

Bir dəfə də ova gedifmiş. Güllə atmaq istəyəndə tüfəngi pısıldayır. Barıtı

islanıfmış. Görür açılmadı, lüləni ovcuna tutur, qırmalar dığıltıynan əlinin içinə tökülür.

O gün axşamacan Zülfüqarın ovu belə keçir. Bütün patronları tısıldıyır, bütün

qırmalarını ovcuna töküb cibinə yığır. O vaxtdan adı «Tıs-tıs Zülfüqar» qalıb. Amma

pis adam döy».

«Səndə söhbətlər varmış…»

«Sədr mənə iki ağac verdi» - dədəm sevindiyindən az qalırdı qanad açıb uçsun.

Cəld evdən balta, ip götürüb kalxozun parkına yollandıq. Qarovulçunun göstərdiyi ərər

ağaclarını kəsib arıtladıq. Dədəm əvvəlcə addımları ilə, sonra metirlə hər şeyi ölçübbiçdi,

kərənləri lazımı ölçüdə kəsib nizamladı, sonra traktor tutub məhəllə yerinə

apardıq. Həmin gün məhəlləmizə ilk lapatkəni vurduq. İşmizin üstünə birinci gəlib

çıxan Sonyanın atası oldu. Onun eynən qızı kimi yaraşıqlı çöhrəsi, ağappaq, arxaya

daranmış saçları vardı. Dədəmlə görüşən kimi üz-gözünü tökdü: «Adam yer tutanda bir

məsləhət eləməz? Mən buranı dörd ildi ki, behləmişəm. Sədr də bilir, camaat da».

35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!